AZ RU
22.8 C
Baku
Çərşənbə, İyun 10, 2026
REKLAM SAHƏSİ
728 × 90
EvCəmiyyətQobustan dağlarında Qalacıq mağaraları - VİDEO

Qobustan dağlarında Qalacıq mağaraları – VİDEO

Qobustanda qayalıqda, daşlar arasında ovularaq tikilən mağaralar öz sirrini hələ də saxlamaqdadır.

Median.Az xəbər verir ki, Qalacıq mağaraları rayonun Bədəlli kəndindən təxminən 3-4 min metr cənub-şərqdə yerləşir.

Tarixi mənbələrdə V-VI əsrə aid olduğu bildirilən mağara 6 otaqdan ibarətdir. Qayaların içində ovulan dairəvi hücrələr bir-birinə bağlıdır. Hər bir hücrənin daxilində giriş-çıxışı üçün yollar var.

Qalacıqlara gedən yol əlverişsiz olduğundan buradan çox az adamın xəbəri var. Çox təssüf ki bu qədim məkan turistik imkanlarından yararlana bilmir.

Əgər bura turizm marşurutu salınarsa, bu mağaralar tez bir zamanda məşhurlaşar.

SON XƏBƏRLƏR
Mövzu üzrə
Banner
Banner