İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etdi – VİDEO + FOTO

Mayın 28-də Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoyub.