AZ RU
22.8 C
Baku
Çərşənbə axşamı, İyun 9, 2026
REKLAM SAHƏSİ
728 × 90
EvCəmiyyətYevlaxda evdə partlayış olub, xəsarət alan var

Yevlaxda evdə partlayış olub, xəsarət alan var

Yevlax rayonunun Aşağı Bucaq kəndində ümumi sahəsi 126 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın nəticəsində evin lambirindən ibarət tavanı 15 m sahədə yanıb. Partlayış dalğasının təsirindən evin giriş qapısı yerindən çıxıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

SON XƏBƏRLƏR
Mövzu üzrə
Banner
Banner