Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Səid Nəcəfzadəni təbrik edib – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva paraatlet Səid Nəcəfzadənin Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə paylaşım edib.

M.Əliyevanın rəsmi “Instagram” hesabındakı paylaşımda deyilir:

“Paraatlet Səid Nəcəfzadəni Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!”