Azərbaycan və Ermənistan XİN başçılarının Nyu-Yorkda keçiriləcək görüşünün vaxtı müəyyənləşdi

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş bu gün Bakı vaxtı ilə 18:15-də keçiriləcək.

Bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc edilən məlumatda qeyd olunur.

Məlumat üçün əlavə edək ki, Azərbaycan və Ermənistan XİN başçıları sonuncu dəfə bu ilin iyulunda Vaşinqtonda NATO sammiti çərçivəsində görüşüblər.