Rusiya “3+3” platformasını təşkilata çevirmək üzərində işləyir

“Rusiya Cənubi Qafqaz üzrə “3+3″ platformasını tam hüquqlu təşkilata çevirmək istiqamətində iş aparır”.

Median.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “Rusiya-Ermənistan” ikinci ictimai forumunda bildirib.

O bildirib ki, Moskva region ölkələrinin maraqlarının harmonizasiyasında “3+3” regional əməkdaşlıq platformasına mühüm yer ayırır.

“Platformanın Cənubi Qafqazda qarşılıqlı fəaliyyət üzrə tam hüquqlu təşkilata çevrilməsi istiqamətində iş aparırıq”, – deyə nazir müavini əlavə edib.