Azərbaycanla Somali arasındakı saziş TƏSDİQLƏNDİ

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş təsdiqlənib.

Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, sənəd 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanıb.