Niderlandın kralı Azərbaycan Prezidentinə təbrik məktubu göndərdi

Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.

Bu bayram münasibətilə Azərbaycan xalqına daha firavan gələcək diləyir və ən xoş arzularımı çatdırıram”.