Paşinyan: “İrəvan və Bakı sülh müqaviləsinin imzalanması üçün ikitərəfli məsləhətləşmələr aparır”

“İrəvan və Bakı sülh müqaviləsinin imzalanma müddətlərinin razılaşdırılması üzrə ikitərəfli məsləhətləşmələr aparır”.

Median.Az-ın “Sputnik Ermənistan”a istinadla verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Sardarapatda çıxışı zamanı bildirib.

O, həmçinin vurğulayıb ki, Ermənistan Türkiyə ilə də fəal dialoq aparır.