Paşinyan Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirik. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayırıq”, – deyə paylaşımda qeyd olunub.