Prezident Çinlə imzalanmış müqaviləni TƏSDİQLƏDİ

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə təsdiq edilib.

Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, sənəd 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.