İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirildi – YENİLƏNİB (Foto / Video)

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü olub.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı olmadan təkbətək formatda davam edib.

* * * * *

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.