Şimali Makedoniya prezidenti Mikayıl Cabbarovu qəbul edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə görüşüb.

Bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Şimali Makedoniyaya işgüzar səfərimiz çərçivəsində Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın qəbulunda olduq. Görüşdə ölkələrimiz arasında münasibətlərin prioritet istiqamətləri və iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi apardıq”, – deyə nazir bildirib.