Sabah Bakıda Suriya və İsrail rəsmiləri arasında görüş keçiriləcək

İyulun 31-də Bakıda Suriya və İsrail rəsmiləri arasında növbəti görüş keçiriləcək.

Bu barədə AFP agentliyi diplomatik mənbəyə istinadla xəbər verir.

Məlumata görə, görüş nazirlər səviyyəsində baş tutacaq.

Qeyd edək ki, iyulun 13-də də Bakıda Suriya və İsrail nümayəndələri arasında görüş keçirilmişdi.