Azərbaycan Prezidenti: “Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq”

“Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq”.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə bəyanatında deyib.

“Bizim strateji tərəfdaşlığımız başlayır”, – deyən dövlətimizin başçısı dünyanın ən böyük ölkəsi ilə strateji tərəfdaşlığı böyük imkan və böyük məsuliyyət kimi dəyərləndirib.