Leyla Abdullayeva Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Sofi Laqutt ilə görüşüb.

Bu barədə o özünün “X” hesabında paylaşım edib.

“Əziz həmkarım Sofi Laqutt, sizi səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, bizim birgə səylərimiz ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək”, – deyə səfir qeyd edib.