Paşinyan: Ermənistan-ABŞ şirkəti Sünikdən keçən yolu idarə edəcək

Ermənistan-ABŞ şirkəti Sünikdən keçən yola nəzarət etməyəcək, onu idarə edəcək.

“Report”un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, bu marşrutda biznes idarəetməsi həyata keçiriləcək.