Ararat Mirzoyan: “Azərbaycan və Türkiyə Yerevana dəvət olunub”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan və Türkiyə Avropa Siyasi Birliyinin gələn ilin yazında Yerevanda keçiriləcək 8-ci sammitinə dəvət olunublar.

Median.Az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, nazir bunu jurnalistlərə müsahibəsində bəyan edib.

Mirzoyan bildirib ki, dəvətlər hələlik şifahi formada göndərilib.