Peskov: “Rusiya Putin və Əliyev görüşünün nəticələrini yüksək qiymətləndirir”

“Moskva Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında Tacikistanda keçirilən ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndirir”.

Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib.

“Biz iki prezident arasında Düşənbədə baş tutan ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndiririk. Bu o nöqteyi-nəzərdən vacib görüş idi ki, biz ikitərəfli münasibətlərimizdə həmin səhifəni birlikdə vərəqlədik”, – deyə Peskov qeyd edib.