İlham Əliyev Müstəqil Azərbaycanın ilk hərbi pilotuna ölümündən sonra Milli Qəhrəman adı verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Median.Az President.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslərin təltif edilməsi qərara alınıb:

“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə

Vaqif Bəxtiyar oğlu Qurbanov – baş leytenant (ölümündən sonra)

“Azərbaycan Bayrağı” ordeni ilə

Akif Bayram oğlu Quliyev – ehtiyatda olan baş gizir

“İgidliyə görə” medalı ilə

Gülbudağ Əli oğlu Binyətov – ehtiyatda olan polkovnik-leytenant

Bəşir İman oğlu Əliyev – ehtiyatda olan mayor

Elman Səyyad oğlu Cəlilov – ehtiyatda olan kapitan

Tofik Şıxbala oğlu Şalbuzov – ehtiyatda olan baş gizir.

Qeyd edək ki, Vaqif Bəxtiyar oğlu Qurbanov Azərbaycanın ilk hərbi pilotudur.