
ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Alison Huker Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
“A.Huker dəyərlərini müdafiə edərək həyatını itirən bütün insanları xatırlayır və münaqişə nəticəsində sevdiklərini itirmiş ailələrə və dostlara dərin hüznlə başsağlığı verir”, – deyə məlumatda qeyd olunub.