İlham Əliyev Vyetnamla təhlükəsizlik sahəsində sazişi TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.

Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Qeyd edək ki, saziş 2025-ci il oktyabrın 26-da Hanoy şəhərində imzalanıb.