Prezident görkəmli bəstəkarı TƏLTİF ETDİ

Azərbaycanın görkəmli bəstəkarı Tofiq Bakıxanov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Tofiq Əhməd Ağa oğlu Bakıxanov Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.