Azərbaycanı Türkmənistanın bitərəfliyinin tanınmasının ildönümü ilə bağlı tədbirlərdə Baş nazir təmsil edəcək

Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı tədbirlərdə Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edəcək.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla telefon söhbəti zamanı deyib.

Prezident dekabrın 12-də Azərbaycanda ümummilli lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməyəcəyini bildirib, həmin tədbirlərdə Azərbaycanın Baş nazirinin iştirak edəcəyini vurğulayıb.