Month: January 2018

  • Bakıdakı söküntü “bumu” mənzil kirayəsini bahalaşdırdı – REPORTAJ

    Median.Az xəbər verir ki, Son aylar paytaxt Bakıda söküntü işlərinin sürətlənməsi kirayə mənzillərin kəskin bahalaşmasına səbəb olub. Bahalaşma ilə yanaşı, kirayə ev tapmaq da müşkül məsələyə çevrilib.

    “Yeni Müsavat” qəzetinin müxbiri Nizami rayonu ərazisində yerləşən kirayə mənzil bazarında olub, bahalaşmanın səbəblərini öyrənməyə çalışıb.

    Ərazidə olduğumuz zaman mənzil bazarında canlanma müşahidə etdik. Həmişə sönük gördüyümüz bazarda kifayət qədər kirayə ev axtarışına çıxanların şahidi olduq.

    Satıcılar mənzil bazarının canlanmasının səbəbini paytaxt Bakıda pilot layihələrin həyata keçirilməsi ilə əlaqələndirdilər: “Bakının bir neçə rayonunda söküntü işlərinə başlanılıb. Köhnə, qəzalı binaları sökərək yerində çoxmərtəbəli binalar tikirlər. Bu zaman sakinləri bir neçə illiyinə müxtəlif yerlərdə kirayə mənzillərə köçürürlər. Bu isə kirayə mənzil bazarına öz təsirini göstərir. Son zamanlar mənzil bazarında bu qədər müştəriyə rast gəlməmişdik”.

    Müştərilərlə isə kirayə mənzillərin kəskin şəkildə bahalaşdığını dilə gətirdilər. Kirayə mənzil axtarışına çıxan Rafiq Hacıyev metrostansiyaların ətrafında olan mənzillərin daha baha təklif olunduğunu bildirdi: “Bir həftədən çoxdur ki, mənzil axtarıram. Ancaq ötən ayla müqayisədə çox fərq var. “Neftçilər” metrostansiyanın ətraflarında yeni tikili binadan ikiotaqlı, orta təmirli kirayə mənzilin aylığı 400-450 manatdır. Köhnə tikililər isə nisbətən ucuzdur. İkiotaqlı orta təmirli mənzilin aylıq kirayəsi 350, üçotaqlılar isə 400-450 manatdır. Ümumiyyətlə, yeni binalarda olan mənzillərə tələbat daha çoxdur”.

    R.Hacıyev bir neçə gündür ki, nəzərdə tutduğu məbləğə kirayə mənzil tapa bilmədiyini bildirdi: “Düşündüm ki, 250-300 manata normal şəraitli ikiotaqlı ev taparam. Ancaq bu beş gün ərazində hər gün maklerlərlə əlaqə saxlasam da, ev alqı-satqısı ofislərinə baş vursam da, tapa bilməmişəm. Əslində iki ay öncə dediyim məbləğə normal ev tapa bilərdim. Təsəvvür edin ki, iki ayda kirayə evlər 100-150 manat bahalaşıb”.

    Bazarda müşahidəmiz zamanı kirayə mənzil axtaranların daha çox şəhərin mərkəzi hissələrində yaşayanlar olduğunu öyrəndik. Onlarla söhbətimiz zamanı aydın oldu ki, ev axtarışına gələnlərin bir çoxunun mənzili pilot layihə çərçivəsində plana düşüb. Həmin ailələr isə rahatlıq baxımından metro ətraflarına axın edirlər: “Nərimanov rayonunun sakiniyəm. Yaşadığım bina əlverişli yerdə yerləşsə də, qəzalı vəziyyətdə idi. Tikinti şirkəti bizimlə müqavilə bağlayıb, kirayə mənzillərə köçürür. Evim iki otaqdan ibarət olduğundan 400 manat verdilər. Bu qiymətə isə Nərimanov rayonu ərazisində kirayə ev tapmaq müşkül məslədir. Bu səbəbdən də metro stansiyalarının ətrafında ev axtarıram. Lakin burada da kirayə qiymətlər çox bahadır. Bundan əlavə, bazarda qıtlıqdır, seçim azdır. “Makler”lər sanki evləri auksiona çıxarıblar. Tələbat çox olduğundan qiymətləri süni şəkildə artırırlar. Bəzən bir mənzil üçün eyni zamanda 3-4 nəfər namizəd olur. Belə olan halda bahalaşma qaçılmazdır”.

    İqtisadçı ekspert Vüqar Bayramlı kirayə mənzil bazarında bahalaşmanın səbəblərini belə izah edir: “Aylıq kirayə haqqı yüksək olan mənzillərin kirayə haqqında son aylar hər hansı qiymət dəyişikliyi olmayıb. Çünki bu cür evlərə tələbat elə də çox deyil. Təqribən 300- 400 manat civarında olan evlərə tələb yüksəkdir. Kirayə mənzillərin bahalaşmasının əsas səbəblərindən biri rayonlardan Bakıya gələnlərin artmasıdır. Eyni zamanda turistlərin sayı da kirayə mənzil bazarındakı qiymətlərə birbaşa təsir göstərir. Bununla yanaşı, paytaxtda aparılan son söküntü işləri ilə bağlıdır. Mənzil bazarına daxil olan vəsaitin də həcmi artıb. Çünki tikinti işləri ilə əlaqədar olaraq həmin binalarda yaşayanlara iki il müddətində kirayə haqqı ödəyərək, kirayə mənzillərə köçürülür. Təbii ki, belə olan halda kirayə mənzil bazarında bahalaşma müşahidə olunur. 2018-ci ildə dövlət büdcəsindən inşaata daha çox vəsaitin ayrılası nəzərdə tutulub. Bu isə sökülən binaların sayına təsir göstərəcək. Nəticədə kirayə bazarına tələb artacaq. Lakin bu tələbat bahalı kirayə mənzillərə şamil olunmayacaq”.

  • Стивена Сигала обвинили в изнасиловании

    Стивена Сигала обвинили в изнасиловании

    Актриса Регина Симонс обвинила звезду боевиков Стивена Сигала в изнасиловании.

    Как передает Median.Az, об этом сообщает People.

    Симонс снималась в массовке фильма «В смертельной опасности» (1994), где главную роль играл Сигал.

    По словам актрисы, инцидент произошел, когда ей было 18 лет. Как утверждает Симонс, Сигал пригласил ее к себе домой на вечеринку в честь окончания съемок, но девушка, якобы, оказалась единственной гостьей в доме, где никакого празднования не было.

    Со своей стороны, модель Фавиола Дадис, заявившая, что артист домогался ее на прослушиваниях в 2002 году, рассказала, что и она, и Симонс подали заявления против Сигала в полицейский департамент Лос-Анджелеса в декабре.

    По словам пресс-секретаря департамента, полиция проводит расследование в отношении Сигала по событиям 2005 года.

  • Prezident özbaşınalıq edən bu məhkəmə hakimini işdən qovdu

    Prezident özbaşınalıq edən bu məhkəmə hakimini işdən qovdu

    Azərbaycan prezidenti İlham Əliyev Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Bəhrəm oğlu Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az azxeber.com saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamına görə Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Bəhrəm oğlu Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitamverilib.

  • Ajda Pekkan Bakının mərkəzində gəzintiyə çıxdı – VİDEO

    Ajda Pekkan Bakının mərkəzində gəzintiyə çıxdı - VİDEO

    Türk musiqisinin divası Ajda Pekkan Bakıda gəzintiyə çıxıb.

    Median.Az Baku.ws saytına istinadən məlumatına görə, Türkiyə musiqisinin əfsanəsi Fəvvarələr meydanında gəzərək Bakı haqqında məlumatlar öyrənib. Ətrafdan keçən insanların böyük marağına səbəb olan müğənni daha sonra restoranlardan birində yemək yeyib.

    Müğənni sevənlərinə avtoqraf verməyi də unutmayıb.

    Qeyd edək ki, məşhur müğənni Bakıya “Nargis magazine” jurnalının 5 yaşı münasibəti ilə səfər edib. Türkiyə musiqisinin əfsanəsi yanvar ayının 13-də Heydər Əliyev adına Sarayda konsert verəcək.

  • “Digitürk”dən Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik (FOTOFAKT)

    Türkiyənin rəqəmsal televiziya yayımı sahəsində ilk və lider şirkəti olan “Digitürk”ün Dağlıq Qarabağda dileri fəaliyyət göstərir.

    Median.Az Baku.ws saytına istinadən məlumatına görə, şirkətin saytında dilerlərin fəaliyyət göstərdiyi xarici ölkələr arasında Dağlıq Qarabağ da göstərilir.

    “Yeni IP qutumuzu nağd ödəmə ilə satın almaq üçün aşağıdakı dilerlərimizlə əlaqə yarada bilərsiniz”, – deyə saytda qeyd edilir.

    Məsələ ilə bağlı “Digitürk”ün Azərbaycandakı filialı ilə əlaqə saxladıq. Filialdan BAKU.WS-ə “Digitürk”ün Dağlıq Qarabağda dilerinin fəaliyyət göstərməsindən xəbərləri olmadığını bildirdilər.

    Eyni zamanda qeyd edildi ki, məsələ ilə bağlı “Digitürk”ün baş ofisinə müraciət ediləcək.

  • Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinə ZƏRBƏ, ticarətçilərə DƏSTƏK

    Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinə ZƏRBƏ, ticarətçilərə DƏSTƏK

    Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.

    Gələn məlumatlarda yeni nazirin sahibkarlara “yaşıl işıq” yandıracağı əminliklə vurğulanır. Həm də ona görə ki, bu barədə prezident İlham Əliyev dəfələrlə “sahibkarlara normal fəaliyyət göstərmələri üçün şərait yaradılmalı, bürokratik əngəllər aradan qaldırılmalıdır” göstərişlərini verib.

    Median.Az xəbər verir ki, Modern.az-a daxil olan məlumata görə, hətta bu tədbirlər çərçivəsində illərdir “Binə” və “Sədərək” ticarət mərkəzlərində yaşanan kassa aparatları probleminə də nöqtə qoyulacağı söylənilir.

    Qeyd edək ki, Vergilər Nazirliyi “Binə” və “Sədərək” ticarət yarmarkalarındakı ticarət sahələrinin kassa aparatları ilə təmin edilməsi üçün həmin mərkəzlərin rəhbərləri ilə hələ 2012-ci ildən iş aparır. Həmin ildə sahibkarlar və Vergilər Nazirliyi rəsmilərinin iştirakı ilə müşavirə keçirilib və onlara uçotun başa çatdırılması üçün daha bir il müddət verilib. Yəni 2013-cü ilin sonunadək “Binə” və “Sədərək”dəki sahibkarlar qeydiyyata alınmalı, mağazalarda kassa aparatları quraşdırılmalı, əmək müqavilələri bağlanmalı və 2013-cü ildən etibarən vergi qanunvericiliyinə əməl edilməli, vergilər dövlət büdcəsinə ödənilməli idi.

    Lakin problem bugünədək həllini tapmayıb. Məsələ burasındadır ki, “Binə” və “Sədərək” yarmarkalarında ticarətlə məşğul olan sahibkarlar vergi ödəyirdilər, amma dövlətə deyil, bu obyektlərin sahiblərin. Ticarət obyektlərində yerləri sahibkarlara icarəyə verən “Binə” və “Sədərək”in rəhbərləri isə onlardan topladıqları böyük pulların müqabilində dövlətə daha az vəsait ödəyirdilər.

    Qanunvericiliyə görə isə sahibkar icarə haqqı ilə yanaşı, kassa aparatına çek vurmalı və gəlirlərindən vergini özü dövlətə ödəməlidir.

    2015-ci iin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra ölkədə baş verən sürətli bahalaşma “Binə” və “Sədərk” ticarət mərkəzlərinin fəaliyyətinə də ciddi ziyan vurdu. Xaricdən valyuta ilə alınan malların qiyməti avtomatik olaraq bahalaşdı. Alıcılıq qabiliyyətinin aşağı düşməsi, üstəgəl dövlət və qanunla müəyyən olunmayan əsassız vergilər sahibkarları çıxılmaz vəziyyətdə qoydu.

    İndi isə bütün ümidlər yeni vergilər naziri Mikayıl Cabbarova dikilib…

    Məlumatlara görə, “Binə” və “Sədərk” ticarət mərkəzlərindəki obyektlərdə indiyədək 8000 ədəd kassa aparatı quraşdırılıb. Vergilər Nazirliyinin “Binə” və “Sədərək”lə əlaqədar başlatdığı bu iş sözügedən obyektlərin rəhbərlərin qeyri-qanuni əməllərinə zərbə, orada ticarətlə məşğul olan orta və xırda sahibkarlara isə dəstək olacaq. Belə ki, icarəyə verilmiş mağazaları işlədənlərin bundan sonra gəlirlərdən vergiləri artıq “Binə” və “Sədərək”in rəhbərlərinə deyil, birbaşa dövlətə ödəyəcəyi bildirilir. Bu ödənişlərin həm də əvvəlkindən daha az olacağı qeyd edilir…

  • Azərbaycanın ən yaşlı tələbəsini tanıyın – VİDEO

    Azərbaycanın ən yaşlı tələbəsi Azərbaycan Dillər Universitetində təhsil alır.

    Median.Az “Xəzər xəbər”ə istinadən məlumatına görə, övladı yaşındakı tələbələrlə birlikdə eyni parta arxasında oxuyan Bəhram Şamilov müəllim olmaq istəyir.

    Universitetin üçüncü kurs tələbəsi olan Bəhramla elə imtahan verərkən söhbətləşdik.

    Onun sözlərinə görə, bu təhsil aldığı ilk universitet deyil. Bundan əvvəl o, Moskvada oxuyub və Azərbaycanda Tibb Universitetini bitirib. Bir müddət dövlət müəsissələrinin birində həkim kimi çalışıb. Həmsöhbətim artıq bir neçə imtahını da uğurlu verib.

    Bəhram Şamilov deyir ki, universitetdə ən yaşlı tələbə olmasına baxmayaraq tələbə yoldaşları ilə də münasibəti yaxşıdır. Onlar kimi vaxtı-vaxtında dərsə gəlir və verilən tapşırıqları yerinə yetirir.

    Dillər Universitetinin Tələbə-elmi cəmiyyətinin sədr müavini Şahin Sərdarlı deyir ki, Bəhram Şamilov universitet həyatında da aktivliyi ilə seçilir.

    Bəhram Şamilov bildirdi ki, universiteti bitirdikdən sonra bir müddət ingilis dili müəllimi kimi çalışacaq.

  • Dilənçilik biznesi – onların arxasında duran sirli qara qüvvələr

    Qapımız döyüldü açdım, həyətə 35 yaşlarında qaraçı qadın girdi, dilənirdi.”Sən o gözəl canın, mənə çörək pulu ver, acam yemək ver, çay ver” dedi.

    Axtardığım fürsət özü ayağıma gəlmişdi. Nə zamandı dilənçilərlə bağlı yazacağım yazının daha bir qəhərmanı öz ayağı ilə qapıma gəlmişdi.

    -Sənə pul da verəcəm, yemək də çay da , amma bir sözümə düzgün cavab verməyini istəyirəm, olarmı?

    -Olar.

    -Sən gündə nə qədər qazanısan?

    -Bizdə günə 50 manata qazanan dilənçiyə zəif dilənçi deyirlər, hələ işini öyrənməmiş sayılır.

    -Hardan gəlmisən

    Yevlax rayonundan

    Bax beləcə dilənçi qadınla onların biznesi barədə söhbətimiz başladı, bəlkə də şəhər əfsanəsi kimi gəzən bir çox faktları da o adi reallıq kimi dilə gətirdi.

    “Dilənmək üçün polisə də pul veririk. Yoxsa rahat olmağa qoymurlar. Harda oturmağımızdan, nə qədər gəlir gətirən yer olmasından asılı olaraq qiymətlər dəyişir. Metro staniyaları yaxınlığında oturub dilənlərin qazancı da çox olur, polisə verdiyi ” dolya” da”.

    Elə bu yerdə qarlı bir gündə “Əhmədli” metrostansiyası yaxınlığında bir dilənçi ilə etdiyim söhbət yadıma düşdü. Telefonumu düzəltirməyə çalışdığım bir dükanın qarşısında qarın üstündə altına bir karton parçası qoyaraq oturmuş çox kök bir qadın muğam ifaçılarının həsəd aparacağı yanıqlı bir avazla dilənirdi. “Ürəyim ağrıdı, bu soyuqda bu qarda necə oturub dedim”. Dükan sahibi gülümsədi. “Vallah ağrıyıb eləməsin, o hər gün burda polisə ən az 100 manat peşkəş verir, hər axşam da arxasınca qara bir “Lexus” gəlir dedi.

    Daha bir maraqlı faktı da qapımıza gələn dilənçi danışdı. Qardaşı hər gün xarici markalı böyük avtomobili ilə diləndiyi yerə gəlir, avtomobilin içindən düşəndə üstü başı abırlı bir adam kimi düşür. qapını bağlayıb əlindəki torba ilə uzaqlaşır. Sonra gözdəniraq bir yerdə üstünü dəyişib dilənçi paltarını geyib gəlir oturur maşının təkərinin dibində. Axşama qədər dilənib, gecə yenə minir avtomobilinə çıxıb gedir. Bu kimi faktlar ” elit” dilənçilər arasında fəxrlə danışılır.

    Dilənçilər iki qrupa bölünür: dələduzlar və kölələr. Onlar gündəlik yer pulu ödəyirlər. Dilənçilərin 40 faizi zorla saxlanılır və ancaq yemək üçün işləyirlər. Adətən onlar heç kimləri olmayan rayon adamlarıdır. O cümlədən uşaqlardır.Metro və ibadət yerlərinin yaxınlığında olan dilənçilər «sahibkar» üçün çalışırlar. Kənardan başqa şəxslərin gəlib burada dilənməsi qeyri mümkündür. Onlar sadəcə qovulurlar.Ancaq ən yaxşı pul götürənlər əli-ayağı olmayan əlillərdir. Onlar əl-ayaqlarının şikəst yerlərini açıq-aşkar nümayiş edirlər ki, insanlar daha çox mərhəmət etsinşlər. Qeyd edək ki, bu növ dilənçilər yaxşı gəlir mənbəyi olduqları üçün dilənçilər arasında ən yüksək təbəqəyə malikdirlər. Diləndirilən şikəst dilənçilər uşaqkən oğurlanıb süni şəkildə şikəst edilənlərdir. dilənçilər oğurlanmış uşaqları bilərəkdən yandırır, qollarını, ayaqlarını amputassiya etdirir, üzlərinə turşular tökür ki, şikəst və xəsarət almış uşağa daha çox yazığımız gəlir və cibimizdəki son qəpiyi də verməyə hazır oluruq.

    Onların arxasında duran gizli qara qüvvələr böyük pullar qazanır, diləndirilən şikəstləri, uşaqları “iş yerlərinə” xüsusi avtomobillərlə gətirib- aparırlar. Yəni polis istəsə bu gizli mafiyanın arxasına düşə və minlərlə insanın taleyini xilas edə bilər. Amma kimsənin bunda maraqlı olduğu hiss olunmur.

    Qanun nə deyir?

    Polis kapitanı Alim Məmmədovun Bizimyol.info saytına verdiyi məlumata görə,saxlanılan dilənçilər Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilirlər. Bu məntəqədə həmin adamların şəxsiyyəti müəyyənləşdirilir. Bundan sonra isə onlar öz yaşadıqları yerlərə göndərilir. Amma yaşadıqları ərazilərə göndərilən dilənçilər az sonra təkrar Bakıya üz tuturlar. Onların qarşısını almaq mümkün deyil. Sən göndərirsən,o elə həmin gün yarı yoldan qayıdır geriyə. Bakı dilənmək üçün onlara daha əlverişlidir. Həbs etməklə, qadağalar qoymaqla onların qarşısını almaq olmaz. Kimisə tutub 15 sutka iş kəsməklə nə ictimai-inzibati xətaların, nə də cinayət tərkibli əməlin qarşısını almaq olar. Artıq bu cür metodlar keçmişdə qalıb. Artıq bu cür metodlar effekt vermir. İndi bütün problemlərin həlli hüquqi dövlətlərdə olduğu kimi təkliflərdən, profilaktik tədbirlərdən keçir. Paytaxtda hansısa böyük miqyaslı tədbir keçirildikdə DİN Çevik Polis Alayı, rayon polis idarələri dilənçilərin axınını qarşısını müvəqqəti olaraq alırlar. Amma bu daimi olmur, nəzarət zəifləyən kimi köhnə hal təkrarlanır. Qanunvericiliyə əsasən, dilənçiliklə məşğul olmaq inzibati xətadır. İnzibati Xətalar Məcəlləsinin avaralıqla məşğulolma adlı 307-1-ci maddəsi mövcuddur. Bu şəxslərlə məşğul olan orqan Daxili İşlər Nazirliyidir. Dilənçiliklə məşğul olan şəxslər barəsində protokol tərtib olunur və 20 manatdan 25 manata qədər cərimə müəyyən olunub. Əgər dilənçiliklə məşğul olan şəxs öz yetkinlik yaşına çatmayan övladını da bu işə cəlb edirsə, 10 manatdan 15 manata qədər əlavə cərimə tətbiq edilir. Bu kifayət etmədikdə isə şəxs barəsində 15 günədək inzibati həbs seçilə bilər”.

    Dövlət Statistika Komitəsi və Ailə, Qadın, Uşaqların İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu gün Azərbaycanda 700-ə yaxın dilənçi uşaq var. Amma bu yalnız qeydə alınanlardır və gördüklərimiz belə deməyə əsas verir ki, 700 dilənçi Bakının elə tək bir rayonu ərazisində fəaliyyət göstərir. Hüquqi demokratik dövlətlərdə dilənçilik kütləvi hal alanda onlara qarşı mübarizə aparan orqan, Post Patrul Xidməti müəyyən bir təkliflə Nazirlər Kabinetinə çıxır.

    Bir neçə ay öncə Bakının Əhmədli qəsəbəsində itkin düşən 10 yaşlı Abbasov Amilin tapılması və itkin düşdüyü günlər ərzində dilənçilər tərəfindən diləndirildiy barədə xəbər əslində cəmiyyət üçün həyəcan təbili olmalıydı. Lakin olmadı.
    Xatırladım ki, uşağın anası isə bildirmişdi ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və bütün günü soyuqda diləndirib. Uşaq soyuqda qalmaqdan eşitmə qabiliyyəti zəifləmiş və xəstələnmişdi. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu bilərkən gətirib onu oğurladığı yerdə buraxıb gedib. Təssüflər olsun ki, sonra nə bu qaraçı qadın tapıldı, nə də kimsə bu insanların təhlükəli olması barədə düşündü. Əksinə onlardan qorxmaq , ehtiyat etmək əvəzinə mərhəmət göstərib , pul verməyə, ” savab qazanmağa” davam edirik.
    Avtobuslarda dilənib pul qazananlara gəlincə..Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə bildirib ki, dilənçiləri avtobusda fəaliyyəti qadağandır və onlar sürücülərin diqqətini yayındıra bilər. Bakı Nəqliyyat Agentliyindən də bildirdilər ki, avtobuslardakı dilənçilərə qarşı mübarizə aparmaq, hər hansı tədbir görümək qurumun səlahiyyətləri çərçivəsində deyil. Bəs kimin səlahiyyətindədir? Ya dilənçilər qanundakı boşluqları yaxşı biləcək qədər savadlıdırlar, ya da hansısa böyük bir əl qəsdən bu boşluqlara yol verir.

    Mənbə: bizimyol.info

  • В Азербайджане замедлилась инфляция

    В Азербайджане замедлилась инфляция

    Инфляция в Азербайджане в декабре 2017 года составила 0,5% против 0,2% в ноябре, сообщили сегодня в Госкомитете по статистике, передаёт Median.Az со ссылкой на Интерфакс-Азербайджан.

    “Инфляция в Азербайджане в декабре 2017 года составила 0,5%. При этом цены на продовольственные товары поднялись на 1%, на непродовольственные товары – на 0,2%, тогда как тарифы на услуги населению не изменились”, – отметили в Госкомстате.

    По данным Госкомстата, среднегодовой рост цен по итогам декабря составил 12,9% (среднегодовой рост цен по итогам ноября 2017 года составлял 13,4%). В том числе продовольственные товары за год подорожали на 16,4%, непродовольственные товары – на 11,6%, услуги – на 9,3%.

    Правительство Азербайджана на 2017 год прогнозировало среднегодовую инфляцию на уровне 13,2%.

    Среднегодовая инфляция в Азербайджане по итогам 2016 года составила 12,4%.

  • Güləşçimiz Rusiya idmançısı kimi təqdim olundu – FOTOFAKT

    Güləşçimiz Rusiya idmançısı kimi təqdim olundu - FOTOFAKT

    Xəbər verdiyimiz kimi, Azərbaycan idmançıları artıq 3-cü mövsümdür ki, Hindistanda sərbəst güləş üzrə kişi və qadınlar arasında keçirilən Pro Restlinq Liqada (Pro Wrestling League) mübarizə aparır.

    Oxu.az xəbər verir ki, üçqat dünya çempionumuz Hacı Əliyev və Aslanbəy Alborov “Dehli Sultanları” (Delhi Sultans) klubunda, digər güləşçimiz Cəmaləddin Məhəmmədov isə “Danqal” komandasında çıxış edir.

    Lakin təşkilatçılar idmançılarımızdan Cəmaləddin Məhəmmədovla bağlı texniki səhvə yol veriblər. Belə ki, o, turnirin saytında Rusiya idmançısı kimi təqdim olunub.

    Qeyd edək ki, “Dehli Sultanları” ilk turda “Mambey Maharathi” komandasına uduzub – 41:54. 92 kq çəki dərəcəsində mübarizə aparan Aslan Alborov Kadian Satyavarta 15:0 qalib gəlib. 65 kq çəkili üçqat dünya çempionumuz Hacı Əliyev isə Toğrul Əsgərovun Olimpiadanın finalında uduzduğu rusiyalı Soslan Ramonova 2:3 yenilib.

    Cəmaləddin Məhəmmədovun komandası isə “Pəncab Kralları”na (Punjab Royals) 40:33 hesabı ilə qalib gəlib. 125 kq-da çıxış edən ağır çəkili legionerimiz gürcü Ceno Petriaşviliyə 3:4 uduzub. Bu nəticələrdən sonra altı komandanın iştirak etdiyi turnirdə “Danqal” 2 xalla lider, xalsız “Dehli Sultanları” isə sonuncu pillədə qərarlaşıb.