Month: January 2018

  • Когда выдадут пенсии?

    Когда выдадут пенсии?

    Запоздание в финансировании пенсий привело к тому, что пожилые люди часами простаивают у банкоматов в надежде получить полагающиеся им деньги.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, точное время перечисления пенсий неизвестно.

    Запоздание объясняют нерабочими днями в начале месяца из-за праздников. Сообщается, что для перечисления пенсий на пластиковые карты требуются дополнительные технические процедуры.

    Отметим, что в прошлом месяце финансирование пенсий было реализовано лишь 13-го числа. Хотя в предыдущие месяцы пенсионеры получали деньги 11-го числа.

  • Pensiyalar nə zaman veriləcək?

    Когда выдадут пенсии?

    Pensiyaların maliyyələşdirilməsindəki gecikmə təqaüdçülərin “pulumuz, bəlkə, bu gün hesablara köçürüldü” ümidi ilə bankomatların qarşısına toplaşmasına səbəb olub.

    Oxu.az-ın Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrindən aldığı məlumata görə, pensiyaların nə zaman hesablara köçürüləcəyi dəqiq bəlli deyil.

    Gecikmə yeni təqvim ilinin ilk ayı, həmçinin bayramla əlaqədar ayın ilk günlərinin qeyri-iş günləri olması ilə əsaslandırılır. Bildirilir ki, pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar tələb edir.

    Qeyd edək ki, ötən ilin son ayında pensiyaların maliyyələşdıriməsi dekabrın 13-nə təsadüf etmişdi. Hansı ki, əvvəlki aylarda təqaüdçülər vəsaitlərini hər ayın 11-i alırdılar.

    Xatırladaq ki, 2013-cü ildən Azərbaycanda pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkilib. Uzun müddətdir pensiyaların maliyyələşməsi hər ayın 13-dək Bakı şəhərində, 20-dək isə regionlarda başa çatırdı. Xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar üzrə hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacağı barədə məlumat verilmişdi.

  • Gömrükçülər sərhəddə “balıq tutdular” – FOTO + VİDEO

    Gömrükçülər sərhəddə “balıq tutdular” – FOTO + VİDEO

    Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

    Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən oxu.az-a verilən xəbərə görə, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Qazaxıstanın Aktau limanından Bakı şəhərinə “Merkuri-1” gəmisi ilə boş vəziyyətdə qayıdan Azərbaycan vətəndaşı Məmmədov Ramin Telman oğlunun idarə etdiyi 99-LF-021/05-ZA-006 nömrə nişanlı, “Kamaz” markalı yük nəqliyyat vasitəsində qaçaqmalçılıq yolu ilə nərə cinsli balıq yükünün gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.

    Məlumat əsasında, həmin nəqliyyat vasitəsinə Beynəlxalq Dəniz Ticarət Limanında gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gizlədilən, içərisində dəniz suyu olan sellofana bükülmüş vəziyyətdə – ümumi çəkisi 1 ton 408 kq olan (496 ədəd) nərə cinsli balıq və 1 ədəd üzərində “Yamaha Enduro 15” yazısı olan kater mühərriki aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

    Gömrükçülər sərhəddə “balıq tutdular” – FOTO + VİDEO

  • İtkin düşən alpinistlərlə bağlı yeni TƏFƏRRÜATLAR

    İtkin düşən alpinistlərlə bağlı yeni TƏFƏRRÜATLAR

    “Qubada itkin düşən alpinist dostlarımızla sonuncu əlaqəmiz onların dağa çıxmazdan əvvəlki gün gecə dağ ətəyində düşərgə saldıqları zaman olmuşdu”.

    Median.Az-in məlumatına görə, bunu Trend-ə alpinist Camal Qaşqay deyib.

    C.Qaşqay vurğulayıb ki, bu, itkin düşmüş alpinistlərdən alınan sonuncu mesaj oldu: “Həmin gecə güclü külək və qar müşahidə olunurdu. Ehtimal ki, onlar sonra dağa çıxan zaman problemlə üzləşiblər, lakin xilasetmə komandası və helikopterlər əsas düşərgədən yuxarıda onlardan heç bir iz tapa bilməyib”.

    O qeyd edib ki, itkin düşən alpinistlər səfərə getməzdən əvvəl lazımi sənədləşdirmə və yoxlama işlərini həyata keçirmişdilər, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və digər müvafiq qurumlardan lazımi icazə almışdılar.

    Alpinistin sözlərinə görə, qrup yaxşı təchizatlanmışdı və onlardan ikisi kifayət qədər təcrübəyə malik idi.

    Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

    Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

  • ATV Hüseyn Əzizoğluna qadağa qoydu

    ATV telekanalı tanınmış vayner Hüseyn Əzizoğluna efir qadağası qoyub.

    Median.Az Minval.info-ya istinadən xəbər verir ki, ATV telekanalında yayımlanmış “Vine show”-da iştirak edərək üçlüyə qədər gəlib çıxmış Hüseyn Əzizoğlu səsvermədə uduzaraq finala keçə bilməyib.

    Vayner finala qala bilməməsi ilə əlaqədar sosial şəbəkədə paylaşım edərək uduzmağında kanal rəhbərliyini günahlandırıb: “Məni “Vine show”-da uduzdurdular. Yarımfinalda məni uzaqlaşdırdılar. Amma mən buna layiq deyildim. 1 milyon izləyicisi olan məni gətirib 20 min izləyicisi olan birinə uduzdurdular. Mən bu xalqın içindən çıxan adamam. Atama, qohumlarıma 2-3 min manat pul verib, “Mənə səs göndərin” deməmişəm. Məni Allah, bu xalq sevir. Təki mən həyatda uduzmayım, oyun boş şeydir. Hər şeyi xalqım gözəl bilir. Hamınızı sevirəm. Mən qalib olmadım, amma xalqımın sevgisini qazandım. Göndərdiyiniz səsləri hala edin”.

    Ələ etdiyimiz məlumata görə, vaynerin bu çıxışı ATV telekanalının rəhbərliyi tərəfindən qəzəblə qarşılanıb və vaynerin kanala girişinə qadağa qoyulub. Rəhbərlikdən Hüseyn Əzizoğlunu növbəti əmrə qədər ATV telekanalında yayımlanan heç bir verilişdə görmək istəmədiklərini deyiblər.

    Qeyd edək ki, ötən aylarda yayımlanmış verilişin finalçıları aktyor Rafael İsgəndərovun oğlu vayner Fuad İsgəndərov və Mahmud Səfərov olublar. Sonda yarışmada birinciliyi Fuad İsgəndərov qazanıb və əsas hədiyyə hesab edilən motosikleti Mahmud Səfərova bağışlayıb.

  • Bakı metrosunda qatarın vurduğu sərnişinin dəhşətli görüntüsü – FOTO

    Bakı metrosunda qatarın vurduğu yaşlı kişinin görüntüsü ortaya çıxıb.

    Baku.ws-in “qaynar xəttinə” göndərilən görüntüdə yaşlı kişinin huşsuz vəziyyəti əks olunub.

    Hadisə bir qədər əvvəl Həzi Aslanov – Dərnəgül üzrə 28 nömrəli metro xəttində baş verib. Bakı Metropoliteni QSC mətbut xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Baku.ws-ə bildirib ki, 9:18-də təxminən 50 yaşlı kişi Qara Qarayev stansiyasında özünü relslərin üstünə atmaq istəyib.

    Lakin, qatar yaşlı kişini vuraraq platformaya atıb. Təcili Tibbi Yardım gələrək kişiyə ilkin tibbi yardım göstərib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda 461 avtobus sürücüsü həbsdə olub – RƏSMİ AÇIQLAMA

    Bakıda 461 avtobus sürücüsü həbsdə olub - RƏSMİ AÇIQLAMA

    “Keçən ildən sürücü bazası yaradılıb və orada adı olan 3000-dən çox sürücü ilə bağlı Daxili İşlər Nazirliyi və digər aidiyyəti orqanlara müraciət olunub”.

    Median.Az-in “Report”a istinadən verdiyi məlumata görə, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorun müşaviri Mübariz Abbasov daşıyıcılarla görüşdə deyib.

    Onun sözlərinə görə, Daxili İşlər Nazirliyindən BNA-ya cavab gəlib: “Agentliyə daxil olan məlumatda 3008 sürücünün 461-nin məhkumluq həyatı yaşadığı qeyd olunub. Bu məsələ əlaqədar daşıyıcılar BNA ilə birgə araşdırma aparacaq. Məhkumluğun növünə görə yekun qərar qəbul olunacaq”.

    O həmçinin əlavə edib ki, bu ilin 3-6 ayı ərzində 700 də nəqliyyat vasitəsi nağdsız ödəniş sistemi keçiriləcək.

  • Bakının bu ünvanından hər an FACİƏ xəbəri gələ bilər: Yüzlərlə sakinin həyatı təhlükədədir – FOTO + VİDEO

    Bakının bu ünvanından hər an FACİƏ xəbəri gələ bilər: Yüzlərlə sakinin həyatı təhlükədədir - FOTO + VİDEO

    2018-ci ildə yaşamağımıza baxmayaraq, hələ də paytaxt Bakıda çətin şəraitdə həyat sürənlər var. Söhbət “Montin” bazarına yaxın Mayakovski 8/9 ünvanında yerləşən binada yaşayan sakinlərdən gedir.

    Baku.ws-in məlumatına görə, bu ünvandakı yataqxana qəzalı vəziyyətdədir. Burada əksəriyyəti məcburi köçkünlər olanlar sakinlər sözün əsl mənasında yaşamaq uğrunda mübarizə aparırlar.

    Sözügedən tikili 1937-ci ildə istifadəyə verilib. Həmin ildən bu günədək yataqxana bircə dəfə də təmir olunmayıb.

    Təəssüf ki, binadakı üfunət qoxusunu, hər mərtəbə üçün ümumi olan sanitar qovşaqdakı antisanitariyanı sözlə ifadə etmək qeyri-mümkündür.

    Döşəmələr elə vəziyyətdədir ki, açılmış dəliklərdən açıq-aşkar alt mərtəbədəki mənzillərin içini görmək olur.

    Yataqxanada yaşayan hər bir insanın həyatı isə ayrıca bir dram mövzusudur. Bir otaqda 6-7 nəfərin necə yaşamasını düşünmək belə çətindir. Hələ bu yaşayanların yeni qurulmuş gənc ailələr, onların valideynləri, bacı-qardaşları olduğunu fikirləşəndə buradakı həyat tərzi haqqında acınacaqlı mənzərə yaranır.

    Sakinlər deyir ki, dəfələrlə yataqxananın təmir olunması xahişi ilə aidiyyatı orqanlara müraciət ediblər. Lakin bununla bağlı pul ayrılmadığı cavabını alıblar.

    Bakının bu ünvanından hər an FACİƏ xəbəri gələ bilər: Yüzlərlə sakinin həyatı təhlükədədir - FOTO + VİDEO

  • Sürücülərin hər gün pozduğu cəriməsi olan qaydalar – 30 manatdan 12 min manatadək (SİYAHI)

    Sürücülərin hər gün pozduğu cəriməsi olan qaydalar - 30 manatdan 12 min manatadək (SİYAHI)

    Sürücülərin əksəriyyəti qanunla cəriməsi olan qaydaları demək olar ki, hər gün pozurlar.

    Bu qayda pozuntularının bəzilərini polis görərkən cərimələyir, bəzilərinə isə göz yumur.

    Sürücülərin tez-tez pozduğu və cəriməsi olan qaydaların siyahısını təqdim edirik.

    1. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmaq – 60 AZN, 3 bal

    2. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmək – 40 AZN

    3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmaq – 30 AZN

    4. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmaq və ya durmaq – 40 AZN

    5. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmaq – 100 AZN, 4 bal

    6. Sərnişin daşıma qaydasını pozulmaq – 60 AZN, 3 bal

    7. Nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmaq – 40 AZN

    8. Ara məsafəsi saxlamamaq – 40 AZN

    9. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmək – 400 AZN cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

    10. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə vermək – Fiziki şəxslər 60 AZN, vəzifəli şəxslər 200 AZN, hüquqi şəxslər 12 min AZN.//baku.ws