Month: January 2018

  • Ramil Usubov yeni polis rəisi təyin etdi

    Рамиль Усубов назначил нового начальника полиции

    Daşkəsən rayonunda polis rəisi vəzifəsinə yeni təyinat olub.

    Daxili işlər naziri, general polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, bu vəzifəyə Göygöl Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Vəfadar Orucov təyin olunub.

    Daşkəsən rayonunun əvvəlki polis rəisi Fəxrəddin Abbasov isə Ağsu Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

  • Bakı metrosunda intihar: sərnişin özünü qatarın altına atdı

    Bakı metrosunda intihar: sərnişin özünü qatarın altına atdı

    Bakı metrosunda intihar hadisəsi baş verib.

    “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, hadisə 22:10 radələrində “Ulduz” metro stansiyasında qeydə alınıb.

    Belə ki, 20-25 yaşlarında kişi özünü “H.Aslanov” metrostansiyasından “İçəri Şəhər”ə gedən, 15 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. N.Paşayev bildirib ki, həmin istiqamətdə qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.

    Ölən şəxsin meyiti hazırda relslərin üzərindən çıxarılıb və qatarların hərəkəti bərpa olub. N.Paşayev bildirib ki, kişinin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb.

    Daha sonra özünü qatarın altına ataraq intihar edənin kimliyi müəyyənləşdirilib.
    Bu, 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur.

  • İmişlidə məktəblini avtomobil vuraraq öldürdü

    İmişlidə məktəblini avtomobil vuraraq öldürdü

    İmişli rayonunda avtomobil azyaşlını vurub.

    Median.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobil Mirili kənd sakini, 2009-cu il təvəllüdlü Şahpələngova Təranə Sakit qızını magistral yolu keçərkən vurub. Məktəbli ağır vəziyyətdə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

    Uşaq aldığı xəsarətlərdən 1 saat sonra ölüb.

    Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Мужчина упал в море на бакинском бульваре

    Мужчина упал в море на бакинском бульваре

    На территории Приморского парка человек упал в море. Происшествие зарегистрировано около «Яхт-клуба», передает Median.Az со ссылкой на АПА.

    Личность упавшего в воду пока не раскрывается. На место происшествия прибыли спасатели МЧС.

    Неизвестно, какой характер носило происшествие: несчастный случай или попытка суицида.

    По факту ведется расследование.

  • Aydın Əliyevin işçisinin görünməmiş vəhşiliyi – VİDEO

    Aydın Əliyevin işçisinin görünməmiş vəhşiliyi – VİDEO

    Sərhəd keçid məntəqələrinin birində gömrük işçisinin vətəndaşlarla kobud rəftarını əks etdirən videogörüntülər yayılıb.

    AzEuroNews.com–un məlumatına görə, yeni il öncəsi Dövlət Gömrük Komitəsinin əməkdaşının vətəndaşların bağlamalarını yoxlayan zaman onlarla kobud rəfdarı lentə alınıb. Gömrük əməkdaşı xanımların bağlamalarını “X-ray” aparatından keçirən zaman onların üstünə bağıraraq təhqir edib, daha sonra isə söyüb.

    Həmin videogörüntünü təqdim edirik:

  • “Hotiç”də şok “endirim”: 300 manata satılan ayaqqabı, endirimlə 370 manata – FOTO

    “Hotiç”də şok “endirim”: 300 manata satılan ayaqqabı, endirimlə 370 manata - FOTO

    Paytaxtın Bülbül prospektində yerləşən “Hotiç” ayaqqabı dükanı müştəriləri aldadır.

    Qaynarinfo xəbər verir ki, bu barədə paytaxt sakini Pərviz Musayev məlumat verib. O, “Hotiç” mağazasının fırıldaqçılıqla məşğul olduğunu və yalançı endirimlərlə müştəriləri aldatdıqlarını bildirib:

    “Bir neçə gün əvvəl “Hotiç” ayaqqabı dükanının “Instagram” səhifəsində kişi çəkməsi gördüm. Bir müştərinin qiymətlə bağlı sualı dükan tərəfindən “300 AZN” deyə cavablandırılmışdı.

    Az öncə “Hotiç”in qarşısından keçəndə vitrinə böyük hərflərlə “50% endirim” yazıldığını gördüm və dükana girərək həmin çəkməni soruşdum:

    – Bəli, Siz istəyən ölçü var.– Qiyməti?

    – 370 AZN.– Endirimə düşür?

    – Xeyr, yeni kolleksiyadır.Açıb “Instagram”da özlərinin yazdığı 300 AZN cavabını göstərirəm, xanım satıcı təəccüblə mənə baxaraq deyir:

    – Bunu kim yazıb bura?Nəsə deməyə ehtiyac qalmadığı üçün dükanı tərk etdim. Bu cür “endirimlər”, müştərini aldatmaqla dükana cəlb etmə demək olar ki əksər dükanlarda müşahidə edilir (istisnalar ola bilər)”.

  • Daha bir məşhur zavodun çörəyindən yad cism çıxdı – FOTO

    Bakıda fəaliyyət göstərən zavodun məhsulundan yad cism çıxıb.

    Bu barədə adının açıqlanmasını istəməyən paytaxt sakini bizimyol.info-ya məlumat verib. Belə ki, mağazadan aldığı çörəkdən mənşəyi məlum olmayan cism çıxıb. O, bunun nə olduğunu bilməyib. Fotoları saytımıza göndərən Bakı sakini məsələnin ictimailəşdirilməsini istəyib.

    Qeyd edək ki, alınan çörəyin “Çörəkçi” zavodu tərəfindən istehsal olunduğu bildirilib.

    Xatırladaq ki, bundan öncdə də məşhur zavodlardan birinin, həmçinin sexdə bişirilən çörəklərin içərisindən mismar, ip və s. bu kimi cismlər çıxıb.

    Daha bir məşhur zavodun çörəyindən yad cism çıxdı – FOTO

  • Mübariz Mənsimov mərhum aktrisanın ailəsinə ev bağışladı

    Mübariz Mənsimov mərhum aktrisanın ailəsinə ev bağışladı

    Xanım Qafarovanın ailəsinə yeni mənzil hədiyyə olunub.

    Median.Az-in məlumatına görə, bu barədə Kulis.az-a millət vəkili Qənirə Paşayeva məlumat verib.

    Onun sözlərinə görə azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov aktrisanın yararsız şəraitdə yaşayan ailəsinin – qızının və anasının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlara şəhərin mərkəzində mənzil hədiyyə edib:

    “Mərhum aktrisamız Xanım Qafarovanın mənzil şəraitinin yaxşılaşdırılması üçün müvafiq qurumların hamısına müraciət göndərmişdim. Azərbaycanlı iş adamı Mübariz Mənsimovdan da xahiş etmişdim ki, belə bir ailəmiz var, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına kömək etsin. O söz vermişdi ki, yaxın zamanlarda onların mənzil şəraitinin yaxşılaşdırılmasına əlindən gələn kömək edəcək və ailədən uyğun bir mənzil seçməsini istəmişdi. Sağ olsun, Mübariz müəllim sözünün üstündə durdu. Ona mənim təşəkkürlərimi çatdırmağınızı xahiş edirəm. Mən bu məsələni bir çox iş adamlarına demişdim. Amma bir tək Mübariz müəllimdən cavab ala bildik. Yaxın iki həftə içərisində Xanım Qafarovanın ailəsi o evə köçəcək.”

    Xatırladaq ki, bu günlərdə APA TV-nin “Show time” verilişi mərhum aktrisa Xanım Qafarovanın ailəsinin yaşadığı evdən süjet hazırlamışdı. Süjetdə aktrisanın ailəsinin – 8 yaşlı qızının və yaşlı anasının əvvəlki şəraitsiz, nəm çəkmiş, keçmişdə qaraj olmuş tikilidə yaşadıqları görünürdü.

  • В Масаллы поймали гигантского орла – ФОТО

    В Масаллы поймали гигантского орла – ФОТО

    В Масаллы пойман необычный орел.

    Как передает Median.Az со ссылкой на АПА, житель села Хырмандалы Анар Гурбанов обнаружил орла на пастбище, когда искал своего пропавшего коня.

    Орел не мог лететь из-за сломанных крыльев. Гурбанов принес птицу домой. Житель села кормит хищника мясом. А.Гурбанов говорит, что не может лечить птицу, поэтому просит соответствующие структуры забрать ее.

    Село Хырмандалы не является горным, поэтому орлы в этой местности – редкие гости.

    Отметим, в мире насчитывается 290, в Азербайджане – 36 видов орлов.

    В Масаллы поймали гигантского орла – ФОТО



  • Дорожная полиция обратилась к автовладельцам

    Дорожная полиция обратилась к автовладельцам

    Главное управление государственной дорожной полиции обратилось к юридическим и физическим лицам в связи с предоставлением информации о пользователях транспортными средствами.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, в обращении говорится:

    «В последнее время на интернет-сайтах и в социальных сетях некоторые водители высказывают различные мнения по поводу электронных протоколов об административных нарушениях, составленных с помощью специальных технических средств, оснащенных функциями фото и видео-регистрации, а также в связи с трудностями, возникшими в оплате штрафов в банках, непринятии в банках оплаты или сложностях в оплате в связи с составлением в один и тот же день нескольких протоколов.

    В этой связи Главное управление дорожной полиции МВД доводит до внимания владельцев транспортных средств, что в соответствии с требованиями закона «О дорожном движении», при прохождении госрегистрации или перерегистрации физические лица должны предоставить адрес, по которому прописаны, адрес фактического проживания, номер мобильного телефона и, при наличии, электронный адрес, а также номер водительского удостоверения. Юридические лица должны предоставить в орган госрегистрации соответствующие данные лица, которому доверено управлять транспортным средством, и при смене данных, обновить их в течение одного дня.

    «К сожалению, некоторые юридические и физические лица не обеспечивают своевременное обновление указанных данных, в связи с чем невозможно официально выслать нарушителям составленные в отношении них электронные документы по почте и вынести решения по составленным протоколам. Эти протоколы предоставляются в официальном порядке водителям транспортных средств в момент задержания и в этот же день выносятся решения по выданным протоколам. Понятное дело, что в подобной ситуации лицо, нарушившее правила большее количество раз, вынуждено выплачивать штрафы в большем размере.

    В связи с этим, а также для предотвращения потери времени при предоставлении соответствующих документов при задержании транспортного средства, дорожная полиция призывает владельцев транспортных средств в течение дня после смены вышеназванных сведений уведомлять об этом по почте региональные регистрационно-экзаменационные отделения и отделения техосмотра, или обратиться посредством формы «Онлайн-обращения» на сайте Главного управления дорожной полиции www.dyp.gov.az».