Month: January 2018

  • Нескольким десяткам шарлатанов помешали калечить людей в Азербайджане

    В Министерстве здравоохранения Азербайджана обнаружили поддельные дипломы у лиц, якобы вернувшихся в страну после обучения за рубежом.

    В Азербайджане выявлены лжемедики с поддельными дипломами — в общей сложности обнаружено 36 фальшивых документов, на основании которых их владельцы пытались оказывать медицинские услуги гражданам страны.

    В связи с этим направлено обращение в соответствующие госструктуры, сообщает Report со ссылкой на заявление заведующего сектором права и внутреннего контроля министерства здравоохранения АР Эльхана Азизова.

    По словам представителя Минздрава, большинство поддельных дипломов выдано от имени заведений среднего медицинского образования (медицинские колледжи).

    Завсектором добавил, что количество поддельных дипломов уменьшилось по сравнению с прошлыми годами.

    При этом Азизов отметил, что 10% обнаруженных в 2017 году поддельных дипломов принадлежат лицам, вернувшимся в страну после получения образования за рубежом.

  • В Масаллы раскрыто убийство 20-и летней давности – ФОТО

    Как сообщает Median.Az, сотрудники Масаллинского РОП и районной прокуратуры в ходе совместных следственно-розыскных мер раскрыли убийство 20-и летней давности. Так, 26-го декабря в полицию с заявлением обратилась жительница села Ени Зуванд Стякан Мамедова, которая показала, что в 1997-м году житель села Татиан Вугар Исаев с целью женитьбы украл ее дочь Бахар Мамедову и якобы увез в Россию. По словам женщины, Исаев на днях появился в деревне, а от ее дочери вестей нет.

    В связи с поступившим заявлением Вугар Исаев для предварительного допроса был доставлен в отделение, где признался в том, что в октябре 1997-го года после того как убежал вместе с Бахар, он отвез ее в лесной массив вблизи села Шихлар, где на почве конфликта сломал девушке шею и убил ее. После содеянного он закопал покойную в яме, спустя 5 месяцев уехал в город Архангельск РФ.

    В ходе разбирательства выяснилось, что кроме этого, в 2005-м году за совершение убийства в России он был задержан и приговорен по статье 105 (умышленное убийство) УК РФ на 12 лет. Освободившись из мест заключения 25-го декабря Исаев вернулся в Масаллинский район Азербайджана.

    В ходе следственного эксперимента при участии задержанного в указанном месте на территории села Шихлар были найдены останки убитой Бахар Мамедовой.

    В районной прокуратуре по статье 120.1 (умышленное убийство) УК Азербайджана возбуждено уголовное дело, ведется следствие.


  • Zakir Həsənov “Rembo”nu Gülhanəyə göndərdi – FOTOLAR

    Zakir Həsənov "Rembo"nu Gülhanəyə göndərdi - FOTOLAR

    Aprel döyüşlərində Ağdərə rayonunun Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə başından ağıır qəlpə yarası alan tankçımız, “Rembo” ləqəbli Razi Cavadov bu gün qardaş ölkəyənin paytaxtına – Gülhanə hospitalına müalicəyə göndərilir.

    Məlumatı moderator.az-a Razinin atası, Qarabağ Qazisi Vidadi Cavadov verib. Onun bildirdiyinə görə müdafiə naziri Zakir Həsənovun göstərişi və şəxsi qayğısı nəticəsində oğlunun müalicəsinin davam etdirilməsi və müvafiq prosedurların həyata keçirilməsi üçün onun Gülhanəyə göndərilməsinə qərar verilib.

    Biz də ümid edirik ki, Razi tezliklə müalicəsini uğurla başa çatdıraraq vətənə, ailəsinin, övladlarının yanına qayıdacaq.

    Zakir Həsənov "Rembo"nu Gülhanəyə göndərdi - FOTOLAR


  • Пойман турок, убивший Айдан Байрамову

    Пойман турок, убивший Айдан Байрамову

    Задержан подозреваемый в убийстве азербайджанки Айдан Байрамовой, передаёт Median.Az со ссылкой на haqqin.az .

    Она была убита 2 ноября 2017 года в турецком городе Карс. Преступление произошло в одном из развлекательных заведений. Айдан Байрамова присутствовала там на дне рождения.

    Задержан некий Серкан Ч.. О деталях и причинах убийства Айдан Байрамовой не сообщается. Однако известно, что в июле прошлого года в этом же месте был убит таксист Бюньямин Урейил. В совершении обоих преступлений подозревается Серкан Ч..

    Интересно, что Серкан был схвачен на месте преступления. В новогоднюю ночь он решил посетить то самое заведение. Полиция узнала об этом и провела операцию по задержанию. Отмечается, что при Серкане был пистолет марки Glock, из которого якобы и были застрелены Урейил и Байрамова, а также 14 патронов и 2 грамма синтетического наркотика метамфетамина.

  • SOCAR увеличивает число автозаправок в Румынии

    SOCAR увеличивает число автозаправок в Румынии

    Госнефтекомпания Азербайджана (SOCAR) планирует увеличить количество своих автозаправочных станций в Румынии, передаёт Median.Az со ссылкой на румынские СМИ.

    Новая, 38-я по счету, АЗС под брендом SOCAR в Румынии появится в городе Сату-Маре.

    “SOCAR уже подала в мэрию Сату-Маре соответствующие документы. Станцию планируется построить на выезде из города в сторону Пети. SOCAR уже приобрела здесь участок площадью 5400 квадратных метров. На АЗС будут установлены три топливораздаточных колонки. Здесь также планируется расположить ресторан быстрого питания, парковку, магазин потребительских товаров”, – сказано в сообщении.

    В настоящее время автозаправочные станции SOCAR функционируют в 18 регионах Румынии.

    Госнефтекомпания владеет АЗС в Азербайджане, Грузии, Украине, Румынии.

  • Məşhur avtoritet qardaşlar Azərbaycan həbsxanasına gətirilir

    Rusiyanın “Qoluqa” həbsxanasında cəza çəkən kriminal avtoritetlər bərdəli Ruslan və Dadaş Nəzərli qardaşlarının Azərbaycana ekstadisiyası gözlənilir.

    Median.Az a24.az-a istinadən xəbər verir ki, Ruslan Nəzərli qanunsuz silahlı qruplaşma yaratmaqda, dövlət məmuruna qarşı zorakılıqda və quldurluqda ittiham olunur. Onun cəzaçəkmə müddəti isə 10 il yarım müddətə müəyyən edilib.

    Qardaşı Dadaş Nəzərli isə qanunsuz silahlı birləşmə yaratmaqla və quldurluqla ittiham olunur. Dadaş Nəzərlinin hökmü isə qardaşından bir il daha çox müddətə – 11 il yarım müddətinə oxunub.

    Rusiyada hal-hazırda cəza çəkən qardaşların ekstradisiyası üçün Azərbaycan tərəfi ilə danışıqlıqlar başa çatıb.

  • Yeni ildən manat 1.59-dək yüksələcək – Dollarla bağlı sevindirici xəbər

    Yeni ildən manat 1.59-dək yüksələcək - Dollarla bağlı sevindirici xəbər

    “Bu il manatın dollara məzənnəsi möhkəmlənə bilərmi? Maliyyə naziri manatın möhkəmlənməsi üçün təzyiqlərin olduğunu bildirib. Bir müddət öncə isə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar təşkilatı tərəfindən bu ay keçirilən sorğu və hazırlanan hesabatda Azərbaycan milli valyutasının dollara nisbətən kursunun 2018-ci ildə 1.59-dək yüksələcəyi qeyd olunmuşdu”.

    Bu barədə iqtisadçı Vüqar Bayramov qeyd edib. Mütəxəssis bildirir ki, Mərkəzi Bankın mövqeyi dəyişməyib.

    “Əgər qlobal şoklar baş verməzsə, o zaman 2018-ci ildə il manat dəyər itirməyəcək. Deməli, bu il manatın məzənnəsi daha çox neftin qiymətindən asılı olacaq. Amma bütün hallarda manatın yenidən möhkəmlənməsi qeyri-neft ixracatı və iqtisadiyyatın diversifikasiyası baxımdan arzuolunan deyil. O baxımdan, iqtisadi baxımdan mövcud məzənnəni qoruyub saxlamaq daha məntiqi olardı.

    Son proseslər də göstərir ki, Mərkəzi Bank manatın yenidən kəskin möhkəmlənməsində maraqlı görsənmir. Baş bank üçün mövcud məzənnəni qoruyub saxlamağın daha prioritet olduğu hiss edilir. Əslində, hökumətə təqdim etdiyimiz təkliflərdə manatın möhkəmlənməsi deyil, mövcud məzənnənin qorunub saxlanması və bunun müqabilində 2015-ci ildə hazırladığım “üç tərəfli” mexanizm əsasında xarici valyutada kreditləri olan vətəndaşlarımıza bu il kompensasiyaların verilməsi öz əksini tapıb.

    Bu bir tərəfdən, Azərbaycan qeyri-neft məhsullarının rəqabətqabiliyyətliliyinin qorunub saxlmasına gətirib çıxarar, digər tərəfdən isə problemli kreditlərin sağlamlaşdırılması, əhalinin banklara olan borc öhdəliyinin kəskin azaldılması baxımdan ciddi irəlləyişə səbəb olar. Bu ilki məzənnəyə bir daha toxunsaq, manatın yenidən möhkəmlənməsi iqtisadiyyatın şaxələnməs ilə bağlı prioritetlər baxımdan arzuolunan olmasa da son qərarı Mərkəzi Bank deyəcək. Baş bank isə hələlik milli valyutanın möhkəmlənməsində maraqlı görsənmir”, – deyə eksper əvalə edib./baku.ws

  • “Azəriqaz”dan limiti keçən abonentlər haqda AÇIQLAMA

    “Azəriqaz”dan limiti keçən abonentlər haqda AÇIQLAMA

    Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı 2018-ci il başlamasına baxmayaraq, qaz sayğaclarının hələ də sıfırlanmadığını iddia edib. O bildirib ki, Qaz idarələrində olan itkilər, bu itkilərə görə vəifəli şəxslərin vəzifədən getmə (cəzalanma) ehitimalı yüksək olduğundan, onlar da qaz itkisini ört-basdır etmək üçün abonentlərin sayğac göstəricilərində, dekabrın qaz sərfini yanvar ayınının əvvəllərində qeyd etməyi (planlaşdırıblar).

    M.Qəhrəmanlı həmçinin deyib ki, qızı smartkarta 10 manat yükləyib, amma sayğaca 5 manat yüklənib:

    “Halbuki, yanvarın 1-dən etibarən limit ləğv olunmalı idi. “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev, bu gün qızım smartkarta 10 manat pul vurub. Ancaq sayğac 5 manat yüklədi. Niyə oğurluq? Pulu həftə sonunadək qaytarmasan, səni məhkəməyə verəcəm. Hanı sənin sıfırlanman?”.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin ( İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a deyib ki, 2018-ci il yanvarın 1-dən etibarən bütün sayğaclar sıfırlanıb:

    “Tarif (qiymət) Şurasının 2016-cı il 22 dekabr tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanıb. 2017-ci il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanıb. Mirvari Qəhrəmanlı yeganə abonentdir ki, bu barədə şikayət edir. Ünvanı, sağyacın kodunu qeyd etsin. Biz bazada baxaq. Əminliklə bildirirəm ki, elə bir problem yoxdur. Və yeganə insandır ki, belə bir müraciət ünvanlayıb ki, guya 10 manat yükləsə də 5 manat yüklənib”.

    İ.Kərbalayev sözlərinə belə davam edib:

    “Birincisi, sayğacın göstəricisi manatla deyil, kubla göstərilir. İkincisi, onun məsələsilə bağlı müraciət ünvanlamışıq ki, abonent kodunu bizə bildirsin. Yalnız o halda araşdırma aparıb açıqlama verə bilərik”.

    “Azəriqaz” rəsmisi qeyd edib ki, 2017-ci ildə təbii qazın monitorinqi zamanı mexaniki sayğacla təmin olunan abonentlərin 25 faizi illik limiti keçib:

    “Smart tipli sayğaclarda, həmçinin, “Smart ITRON” məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1700 kubmetr limit 2018-ci il yanvarın 1-i tarixindən başlayaraq smart karta aparılan ilk ödəniş əməliyyatından etibarən hesablanacaq. Yəni, əgər abonentin sayğacında ötən ildən məbləğ qalıbsa, 2018-ci ildə hansı aydan ödəniş edəcəksə, o vaxtdan yeni 1700 kubmetr qaz limiti hesablanacaq”.

  • AZƏRBAYCANDA İLK – General göstəriş verdi, yol polisi hərəkətə keçdi

    AZƏRBAYCANDA İLK - General göstəriş verdi, yol polisi hərəkətə keçdi

    Azərbaycanda ilk dəfə olaraq yol polisi rayonlardan Bakıya gələn bütün sərnişin avtobuslarını, eləcə də mikroavtobuslarla istirahətə gedən turistləri müşaiyət edib.

    Median.Az-in avtosfer.az-a istinadən xəbərinə görə, yanvarın 3-də istirahət gününün sonuncu günü olduğu üçün yollarda yarana biləcək sıxlığı və təhlükəli vəziyyəti nəzərə alaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Yol-Patrul Xidməti Alayına ayrıca göstəriş verib.

    Göstəriş əsasında hava şəraiti ilə əlaqədar, habelə sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün istiqamətlərdə marşrut avtobusları patrul avtomobilləri ilə müşayiət olunublar.

    Qeyd edək ki, belə hallar əvvəllər də baş verib. Lakin bu dəfə yol polisləri kütləvi şəkildə bu işə cəlb olunublar. Yol-Patrul Xidməti Alayının hər bir taqımının şəxsi heyəti öz ərazilərinə daxil olan avtobusları 8-10 maşından ibarət qrup halında müşaiyət edərək növbəti taqıma təhvil verib. Beləliklə, həmin avtobuslar növbəli şəkildə Sumqayıt şəhərinə, eyni zamanda, Bakının girşinə qədər müşaiyət olunub.

    Qarşıda patrul avtomobili olduğu üçün Bakı-Quba, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Astara yolu ilə hərəkət edən avtobuslar eyni sürət rejimində və bir cərgə üzrə tam təhlükəsiz şəkildə sərnişinləri mənzil başına çatdırıblar. Ən böyük yük isə yol polisinin Qaradağ, Saray və Zarat postlarının üzərinə düşüb. Hər iki istiqamətdə gün ərzində 200-dən artıq avtobus və mikroavtobus müşayiət olunara Bakıya yola salınıb.

    Mikroavtobuslarla rayonlara səyahət edən xarici ölkə vətəndaşları, eləcə də yerli turistlər və sərnişinlər yol polisinin bu addımını müsbət qiymətləndiriblər. Elə sürücülər də təhlükəsizlik baxımından müşayiətlə hərəkəti üstün tutublar. Onlar bildiriblər ki, yol polisi onsuz da yollarda onlara hər zaman dəstək olur, kömək edir. Bu dəfə isə tam fərqli formada köməyə gəliblər.

    Bir qrup xarici hərbçi qonağın olduğu avtobusu Qubaya qədər YPXA-nın 1-ci taqımının komandiri, mayor Ürfət Şükürov özü müşaiyət edib. Taqım komandiri daha sonra Bakıya gələn 9 avtobusu da müşaiyət edərək Xırdalan dairəsinə çatdırıb.

    Yol polisinin gördüyü tədbirlər nəticəsində Bakınin giriş nöqtələrində hər hansı qəza, tıxac və digər xoşagəlməz hal baş verməyib.

  • Azərbaycan 11 cinayətkarı Türkiyəyə təhvil verib

    Azərbaycan 11 cinayətkarı Türkiyəyə təhvil verib

    Azərbaycan ötən il müxtəlif cinayətlərdə ittiham olunan 11 nəfəri Türkiyəyə təhvil verib.

    Median.Az Milliyet-ə istinadla xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi yayıb.

    İnformasiyaya əsasən, 2017-ci ildə Türkiyəyə 32 ölkədən 108 nəfər ekstradisya olunub. Almaniya birinci sıradadır. Bu ölkə il ərzində müxtəlif cinayətlərdə təqsirləndirilən 17 nəfəri Türkiyəyə təhvil edib.

    2017-ci ildə Gürcüstandan 13, Azərbaycandan 11, Şimali Kipr Türk Cümhuriyyətindən 10, Bolqarıstan, Rumıniya, Səudiyyə Ərəbistanı və Ukraynanın hər birindən 4 nəfər Türkiyəyə ektradisiya edilib.

    Ötən il ilk dəfə olaraq, Peru, Kosovo, Monteneqro, Myanma, Tayland, Malayziya və Çin də şübhəliləri rəsmi Ankaraya təhvil verib.

    DİN-nin Təhlükəsizlik Baş İdarəsindən bildirilib ki, 2017-ci ildə Türkiyə 21 şübhəli şəxsi öz ölkələrinə ekstardisiya edib.

    Məlumata görə, rəsmi Ankara Azərbaycan və İspaniyanın hər birinə 3 nəfər, Tacikistan, İngiltərə, İsveçin hər birinə 2, Bolqarıstan, Qazaxıstan, Fransa, Mərakeş, Makedoniya, Paraqvay, Avstriya, Almaniya və Serbiyaya isə 1 şübhəli təhvil verib.