Month: January 2018

  • Azərbaycanda 8 qat çempion bıçaqlandı – FOTOLAR

    Azərbaycanda 8 qat çempion bıçaqlandı - FOTOLAR

    Azərbaycanda tanınmış idmançı bıçaqlanıb.

    Median.Az femida.az-a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunda baş verib.Bıçaqlanan şəxs isə KEMPO idman növü üzrə 8 qat Azərbaycan çempionu və bir sıra beynəlxalq yarışların qalibi Ceyhun Niyazovdur.

    Məlumata görə,hadisə Ceyhun Niyazova məxsus “CFC” çay evində baş verib. Gecə saatlarında çay evinin qarşısından keçən zaman kənar şəxsin içəridə olduğunu görən idmançı mübahisə zamanı bir neçə bıçaq zərbəsi alıb. Yerli sakinlərin saytımıza verdiyi məlumata görə, idmançını bıçaqlayan şəxs Cəlil Əsədovdur.Onun narkomaniyadan əziyyət çəkdiyi qeyd olunur.

    Xatırladaq ki, Ceyhun Niyazov KEMPO idman klubunun Ağcabədi filialının rəhbəri və baş məşqçisidir.

    Azərbaycanda 8 qat çempion bıçaqlandı - FOTOLAR

  • Azərbaycanlı qız toyda tapançanı çəkib atəş açdı (VİDEO)

    Azərbaycanlı qız toyda tapançanı çəkib atəş açdı (VİDEO)

    Türk toylarında daha çox kişilərin əl atdığı “sevinc” metoduna bu dəfə azərbaycanlı qız əl atıb.

    Median.Az a24.az-a istinadən xəbər verir ki, çadır toyunda gənc bir qız dəfələrlə havaya atəş açıb. O ətafındakıları, xüsusi ilə də xanımları qorxudub.

    Ən önəmlisi isə budur ki, Azərbaycan Qanunvericiliyində silah istifadəsi cinayət sayılır, qanunla isə məsuliyyətə səbəb olur.

  • Sevil və Sevinc bacıları polisə çağırıldı: oğurluq pullar onlara xərclənib

    Sevil və Sevinc bacıları polisə çağırıldı: oğurluq pullar onlara xərclənib

    Müğənnilər Sevil-Sevinc Səfərovalar Yasamal Rayon Polis İdarəsinə çağırılıb.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə rayon ərazisində oğurluq faktı qeydə alınıb. Altı min manat civarında oğurluq edən gənc oğlan Yasamal polisi tərəfindən saxlanılıb. İddia olunur ki, həmin şəxs ilkin ifadəsində oğurladığı məbləğin böyük qismin pərəstişkarı olduğu Sevil-Sevinc bacılarına xərclədiyini bildirib. Müğənni bacılar şahid qismində ifadə vermək üçün polis bölməsinə dəvət ediliblər.

    Əməkdaşımız məsələylə bağlı Sevil-Sevinc bacılarının prodüserləri ilə əlaqə saxlayıb. Adının çəkilməsini istəməyən prodüser xanım bildirib ki, bu gün sənətçilərin atalarının ildönümü olduğu üçün danışmaq imkanına malik deyillər. Əvəzində özü bunları deyib:

    “Onlar qorxaq uşaqlardırlar. Əgər belə bir şey olsaydı, mütləq mənə deyərdilər. Çünki mənsiz heç yerə getmirlər. Mən bu məsələdən xəbərsizəmsə, deməli, belə bir şey olmayıb”.

  • Nişan günü özünü asan qızın nişanlısı danışdı: “Gözümüzü açandan bir yerdəydik” – VİDEO

    Qaxda Ağyazı kəndində qeydə alınan intihar hadisəsinin təfərrüatları məlum olub.

    “Space”də yayımlanan “Hadisə harada – Tahirə orada” verilişində 19 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın intiharı müzakirə olunub. Nişanı olacağı gün intihar edən qızın nişanlısı da danışıb. O münasibətlərinin yaxşı olduğunu və qızın niyə belə bir addım atdığını anlamadığını bildirib.

    Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./azxeber.com

  • Bakıda yoldan keçən həkim küçədə bıçaqlanan kişini ölümdən xilas etdi

    Bakıda yoldan keçən həkim küçədə bıçaqlanan kişini ölümdən xilas etdi

    Bakının Səbail rayonunda orta yaşlı kişi bıçaqlanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Bayıl qəsəbəsindəki bazarın yaxınlığında qeydə alınıb.

    1983-cü il təvəllüdlü Kəmirov Emin İlqar oğlunun mobil telefonuna tanışı tərəfindən zəng daxil olub və o, Emindən bayıra çıxmasını istəyib.

    Zəng əsasında bayıra çıxan E. Kərimova hazırda məlum olmayan səbəblərdən iki bıçaq zərbəsi vurulub. Zərbə E.Kərimovun ayağındakı damara düşüb. O, çoxlu qan itirməyə başlayıb. Lakin bu zaman ərazidən keçən Bakıdakı özəl klinikalardan birinin İran əsilli həkimi ona ilkin tibbi yardım göstərərək “təcili yardım” vasitəsilə xəstəxanaya aparıb.

    Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin əməkdaşları araşdırmaya başlayıb. İlkin məlumata görə, hadisəni törədən şəxs sərxoş vəziyyətdə olub.

  • İtkin düşən alpinistlərin dostlarından VİDEO MÜRACİƏT

    İtkin düşən alpinistlərin dostlarından VİDEO MÜRACİƏT

    Dekabrın 23-də itkin düşən “Gilavar” – hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun dostları və qohumları Fövqəladə Hallar Nazirliyinə müraciət edib.

    Itkin düşən alpinistlərin yaxınlarının video müraciəti sosial şəbəkələrdə yayılıb.

    Onlar alpinistlərin axtarışlarını aparan FHN-ə və digər aidiyyatı qurumlara müraciət edərək bildirirlər ki, nə olursa olsun axtarışlar davam etməlidir.

    “Gilavar” Hava və Ekstrim İdman Klubunun alpinistləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu,Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və bir müddət keçəndən sonra onlarla əlaqə kəsilib.

    Bir həftədən çoxdur ki, axtarışlar davam etsə də hələlik heç bir nəticə əldə olunmayıb. /baku.ws

  • “Bəyin oğurlanması” filminin çəkildiyi ev 33 il sonra – VİDEO

    “Bəyin oğurlanması” filminin çəkildiyi ev 33 il sonra - VİDEO

    Space Tv-də yayımlanan “Olar? Olmaz!” “Bəyin oğurlanması” çəkildiyi kənddən daha doğrusu əsas səhnələrin çəkildiyi evdən bəhs edir. Bu ev indiyədək qorunub saxlanılır.

    Bu kəndi Şamaxının hollivudu da adlandıra bilərik. Söhbət Şamaxının Məlhəm kəndindən gedir. Kənddə “Bəyin oğurlanması”, “Qarca Qız”, “Qaçaq Nəbi”, “Dədəqorqud”, “Yeddi Oğul İstərəm” kimi tanımış filimlərin də bir sıra çəkilişləri aparılıb.

    Bu ev kinoda qız evi kimi tanınan İsrafil, yəni Yaşa Nurninin evidir. Ev bu günə qədər qorunub, saxlanılıb. Sadəcə bir kiçik dəyişiklik var. O da pilləkənlərdəki sürahilərin çıxarılmasıdır. Bəyin Oğurlanması filminin demək olar ki bütün çəkliş meydançası bu kəndə qurulub. 1985-ci ildə lentə alınan filmin çəklişinə kənd sakinlərinin də marağı böyük olub.

    3 ay davam edən çəkilişlərdə epizodik rollarda elə kənd sakinləri də yer alıb. Filmin çəkilişində bir neçə məkandan istifadə olunub. Onlardan biri də bu evdir. Nəsibə xanımın roldakı evi bu günə qədər qorunub. Səhər yeməyi və dialoq bu məkanda çəkilib. Öz evlərini kino çəkilməsi üçün sevə-sevə sənətkarlara həvalə edən ev sahibləri indi o filmi izlədikdə böyük sevinc hissi duyduqlarını deyirlər./baku.ws

  • Heydər Əliyevin “Volqa” hədiyyə etdiyi briqadir: “37 ildir qoruyub saxlayıram” (FOTO)

    Heydər Əliyevin "Volqa" hədiyyə etdiyi briqadir: "37 ildir qoruyub saxlayıram" (FOTO)

    Salyanın Marışlı kənd sakini 69 yaşlı Həsrət Əsədov 37 il bundan əvvəl ulu öndər Heydər Əliyev tərəfindən ona verilən “QAZ-24” markalı “Volqa” avtomobilini bu gün də ən qiymətli hədiyyə kimi qoruyub saxlayır.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, minik avtomobili Həsrət Əsədova ötən əsrin 80-ci illərində Salyandakı kolxozlardan birində pambıqçılıq üzrə komsomolçu gənclər briqadasının briqadiri olarkən bağışlanılıb.

    Hadisə isə belə olub: Ulu öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə – 1981-ci il avqustun sonlarında Salyana səfər edir. Səfər çərçivəsində Həsrət Əsədovun rəhbərlik etdiyi komsomolçu gənclər briqadasının pambıq sahəsini gəzir, briqadanın plan və öhdəliyi ilə tanış olur. Heydər Əliyev biləndə ki, briqadir “Bir beşillikdə iki beşillik plan yerinə yetirək” təşəbbüsünü irəli sürüb və rayonda fəaliyyət göstərən bütün komsomolçu gənclər briqadalarını bu təşəbbüsə qoşulmağa çağırıb, briqadirin əmək fəaliyyəti, briqadanın ötən illərdə nə qədər pambıq topladığı, məhsuldarlığın neçə sentner olması ilə maraqlanır. Ulu Öndər “Bir beşillikdə iki beşillik plan yerinə yetirək” çağırışını nəcib bir təşəbbüs kimi bəyənir və elə oradaca briqadir Həsrət Əsədova növbədənkənar “Volqa” avtomobilinin verilməsini tapşırır.

    Həsrət Əsədov deyir ki, həmin “QAZ-24” onun üçün ən dəyərli, qiyməti heç nə ilə ölçülməyən bir hədiyyədir. “Hər dəfə maşınla səfərə gedib-gələndə, nəvələrimi məktəbə aparıb-gətirəndə Ulu Öndərlə görüşüm gözlərim önünə gəlir, o xoş anları bir də yaşayıram. Allah ona qəni-qəni rəhmət eləsin!”, – deyə Salyan sakini bildirir.

    Heydər Əliyevin "Volqa" hədiyyə etdiyi briqadir: "37 ildir qoruyub saxlayıram" (FOTO)


  • Futbolçumuza görə Almaniyada karantin elan edildi

    Futbolçumuza görə Almaniyada karantin elan edildi

    Azərbaycan millisinin futbolçusu Dmitri Nəzərov virusa yoluxub.

    28 yaşlı futbolçunun çıxış etdiyi Almaniyanın “Ertsqebirqe” klubu İspaniyanın Mursiya şəhərində olacaq toplanış öncəsi tibbi baxış keçirib.

    İki futbolçuda – Nəzərov və Klemens Fandrixdə qrip virusu aşkarlanıb. Onların müalicələri davam edir.

    “Aue”nin baş məşqçisi Hanes Dryus Dmitri Nəzərov və Klemens Fandrixin də İspaniyaya yollanacaq heyətdə yer alacağını bildirib. Ancaq digər futbolçuların da qripə yoluxmaması üçün komandada karantin elan edilib./oxu.az

  • Olimpiya mükafatçımız 36 min dollarlıq müqavilə bağladı

    Olimpiya mükafatçımız 36 min dollarlıq müqavilə bağladı

    Azərbaycanın iki sərbəst güləşçisi yanvarın 9-da start götürəcək Hindistan Liqasında mübarizə aparacaq.

    Bunlar üçqat dünya çempionu, Olimpiya medalçımız Hacı Əliyevlə dünya çempionatının mükafatçısı Aslanbəy Alborovdur.

    65 kq çəki dərəcəsində mübarizə aparan Əliyev 36 min dollarlıq müqaviləyə imza atıb. 92 kq çəkidəki Alborovun anlaşmasının dəyəri isə 28 min dollardır. Onlar ayrı-ayrı klubların heyətində çıxış edəcəklər.

    Qeyd edək ki, Pro Wrestling League adlanan yarış 3 ildir keçirilir./oxu.az