Month: January 2018

  • В Азербайджане прекращены налоговые проверки бизнеса

    Министерство налогов Азербайджана полностью приостановило проверки бизнес-сектора.

    Как передает Median.Az, об этом Trend сообщил источник в правительстве.

    Приостановка проверок связана со структурными и кадровыми изменениями в министерстве, которые были начаты после смены руководства. Напомним, что в декабре 2017 года ведомство возглавил Микаил Джаббаров.

    Отметим, что до января 2021 года в Азербайджане действует мораторий на проверки бизнеса, но они не распространяются на налоговые проверки компаний с годовым оборотом свыше 120 тысяч манатов. При этом, мораторий также не затрагивает хронометражные проверки и ряд других видов налоговых проверок, которые проводятся в компаниях с годовым оборотом менее 120 тысяч манатов.

    «Кадровые изменения коснулись также сотрудников, осуществляющих налоговые проверки», – сказал собеседник агентства.
    В настоящее время кураторство над сферой проверок перешло одному из заместителей министра Илькину Велиеву. Однако, даже несмотря на наличие куратора, проверки пока не осуществляются.

    Источник объясняет это не только кадровыми перестановками, но и тем, что новый министр может внести определенные изменения в сам процесс проведения налоговых проверок.

  • Sələmçi qadınların tələsi, yoxsa dələduzluq işi?- “Aylıq 10 faizə 17800 manat

    Bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Nəzakət Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası davam edir. Təqsirləndirilən qadın sələmə pul verən şəxslər tərəfindən şərləndiyini deyir. Zərərçəkmiş tərəflərin isə şikayətçi olduğu şəxs yalnız Nəzakət Hüseynova deyil.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq; xeyli miqdarda törədildikdə) və 178.2.4-cü (dələduzuq; təkararən törədildikdə) maddələri ilə ittiham edilən Hüseynova Nəzakət İmran qızının cinayət işi üzrə məhkəmə iclası Yasamal Rayon Məhkəməsində davam etdirilir.
    İttihamda yazılır ki, Nəzakət Hüseynova tanışı Elza Qəhrəmanovdan ərinə maşın almaq, oğlunun və qızının təhsili üçün ödəniş etmək adı ilə cəmi 11100 manat pul alıb. Zərərçəkmiş kimi tanınmış Atlas Mirzəyevadan oğlunu işə düzəltmək adı ilə 4400 manat, Dostxanım Cabbarovadan isə 6 min manat borc alaraq geri qaytarmamaqda ittiham edilir. İş üzrə digər zərərçəkmiş kimi tanınanlardan biri isə Sara Rüstəmovadır. İttihama görə, Nəzakət Hüseynova ondan 6 min manat alaraq qaçqınlar üçün tikilən bindan ev almasına kömək edəcəyini deyib. Rəsmi ittihamda yazılır ki, Aynur Yusifova da eyni məqsədlə Nəzakət Hüseynovaya 6 min manat pul verib.

    Nəzakət Süleymanova ittihama münasibət bildirərkən özünü təqsirli hesab etməyib.

    Bildirib ki, Dostxanım Cabbarovanı qardaşının qonşusu kimi tanıyıb və sonradan aralarında münasibət yaranıb. D.Cabbarova qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğu üçün ondan qızıl alaraq satıb və qazanc əldə edib.

    N.Süleymanova bildirib ki, daha sonra qonşuları üçün sələmə pul lazım olduğu üçün Dostxanım Cabbarovaya müraciət edib. Aylıq 10 faiz sələm vermək şərti ilə 17800 manat pul alıb və qonşularına verib. Sonradan öyrənib ki, Dostxanım həmin pulu Aynur adlı tanışından alıb.

    “Mən pulu Dostxanımdan alıb, faizi də ona ödəmişəm. 25 min manata qədər pul qaytarmışam. Elza Qəhərəmanovadan isə 1000 manat sələmə pul götürmüşəm. Yoldaşım Gürcüstan maşın gətirəndə 1000 manat lazım oldu. 10 faizlə Elza xanımdan götürdük. Sonra da qaytardıq. Onun sələmə pul verdiyini bilirdim. Tanışım Turan mənə müraciət edərək şəxsi məsələsinin həlli üçün sələmə pul lazım olduğunu dedi. Mən onu Elza ilə əlaqələndirdim, görüşdürdüm. Turan Elzadan 5500 manat pul götürmüşdü. Turan sonra yenə zəng edərək pul lazım olduğunu dedi. Mən isə bu işi öz aralarında həll etməli olduqlarını söylədim. Sonradan öyrəndim ki, Turan Elzadan yenə də pul götürüb. Aylıq olaraq 1000 manat faiz verirdi. Sonra pulu ödəyə bilmədi. Elza da mənə zəng edərək Turanın pulu vermədiyini dedi. Öz aralarında həll etmələrini desəm də Elza bildirdi ki, Turan mənim tanışım olduğu üçün pulu məndən tələb edir. Turan 2 min manat Elzaya verdi və əsas borcdan çıxmasını istədi. Elza isə həmin pulu faizə hesabladığı üçün Turan daha pul ödəmədi. Elza məni hədələyərək pulu qaytarmayacağım halda oğlumu və ərimi həbs etdirəcəyini, maşınımı əlimizdən alacağını və bizi rüsvay edəcəyini dedi. Mən ona pulun 8 min manatını qaytarmağa məcbur oldum. Hissə-hissə olmaqla isə, əlavə 6 min manat da verdim. Borcum olmadığı halda Elzaya 14 min pul ödədim. Ailəmə nəsə edəcəyindən ehtiyat edirdim”.

    Təqsirləndirilən N.Süleymanova əlavə edib ki, tanışları üçün Dostxanımdan sələmə pul alsa da, ondan şikayətçi olan digər qadınları tanımır və əlaqələri olmayıb.

    “Dostxanım iki qadınla evimə gəldi. Dedi ki, həmin qadınlar onun şahidləridir və mən sələmə aldığım pulları qaytarmalıyam. Mən 102-yə zəng edərək məlumat verdim. Polis əməkdaşları gəlib həmin qadınları evimdən çxıardı”- deyən N.Hüseynova adı çəkilən şəxslərdən heç birinə pul borclu olmadığını deyir.

    Nəzakət Hüseynovanın oğlu Vüsal Hüseynli musavat.com-a bildirib ki, 4 nəfər sələmçi və onların qohumları onun nanasına böhtan atır:

    “Onlar özbaşınalıqla məşğuldur və heç biri qanunla hesablaşmaq istəmir. Baş prokurorluq, Yasamal Rayon Prokurorluğu və şikayət etdiyimiz heç bir instansiya məsələyə adekvat reaksiya vermək istəmir və hər vəchlə bu sələmçilərin maraqlarına uyğun hərəkət edirlər. Aynur Yusifova, Dostxanım Cabbarova, Sara Rüstəmova, Atlas Mirzəyeva anamdan şikayətçi olublar.

    Onu bildirim ki, tərəflər arasında heç bir borc müqaviləsi bağlanmayıb və bu borc münasibətləri mülki xarakter daşıyır. Kimisə bu işdə cinayət məsuliyyətinə cəlb etmək tamamilə qanunsuzdur, çünki mülki işlərdə cinayət tərkibi olmur. Bunu bilən sələmçilər başqa yol seçir- borclu hesab etdiyi insanlara şər-böhtan atır. Məsələn, iddia edirlər ki, mən sənə 10 min manat pul vermişəm və sən də mənə əvəzində maşın, torpaq sahəsi və s. söz vermisən. Yəni 4-5 nəfər eyni yalan ifadəni verir, şahidlik edir və belə olan təqdirdə sələmə pul alan insanları cinayət məsuliyyətinə cəlb etmək mümkün olur. Buna hüquq dilində “süni ittiham sübutu”, məişət dilində isə “üzəduranlıq” deyilir. Üstəlik, bu sadəcə borc pul deyil, bu qanunsuz sələmçilik fəaliyyətdir. Dediyim kimi, süni ittiham sübutu yaradılandan sonra cinayət işi açmaq və təqsirləndirilən şəxsi müvafiq maddə ilə dələduzluqda ittiham eləmək mümkün olur”.

    Vüsal Hüseynli bildirib ki, zərərçəkmiş kimi tanınan şəxslər yalnız anasından yox, başqa şəxslərdən də şikayətçidir: “Siz fikirləşə bilərsiniz ki, yalançı onlar deyil, mənəm və bu insanlar həqiqətən bizə pul verib, əvəzində maşın almaq istəyiblər, yəni dələduzluq həqiqətən də olub. Amma bu 4 nəfər və onların qohumları eyni üsulla daha üç insanı şərləyib. Bu işlərin ikisi Səbayıl Rayon Polis İdarəsində, biri isə Yasamal Rayon Polis İdarəsindədir və bu işlərə dair sənədlərin surətləri də bizdə var. Dediyim kimi, oxşar məzmunlu, eyni motivli şikayət, daha doğrusu, şər-böhtanla dolu şahid ifadələri: “mən sənə pul vermişəm, maşın, ev, qızıl, torpaq sahəsi almaq üçün, sən isə pulu götürüb qaçmısan”. Necə oldu ki, bu 4 qadını bir nəfər pulunu alıb aldadır, onlar yenə gedib başqa adamla eyni iş görürlər, pul verib torpaq sahəsi almaq istəyir? Həmin adam da yenə bunları aldadır və yenə eyni şey davam edir? Bu qədər yalan olmaz. Bu cinayətləri görməmək mümkün deyil. Ortada bu qədər sübut ola-ola ədalətsiz qərar çıxarıla bilməz”.

    Qeyd edək ki, Nəzakət Hüseynova barəsində həbsqətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır. Hazırda əməliyyat olunub və xəstəxanada müalicə alır.

  • В Бразилии расстреляли посетителей ночного клуба – МНОГО УБИТЫХ И РАНЕНЫХ

    Минимум десять человек погибли, еще шесть пострадали в ходе стрельбы в клубе в бразильской Форталезе, сообщает агентство EFE со ссылкой на официальные источники.

    Атака произошла утром в субботу в бедном районе Форталезы. Группа вооруженных людей подъехала к клубу и без разбора начала стрелять на внутреннем дворе. Агентство отмечает, что причиной происшествия могли стать разбирательства из-за наркотиков.

    По данным телеканала Globo, пострадавших доставили в больницы.

  • Bayıl yamacındakı sürüşmənin aktivləşmə səbəbləri açıqlandı – SON DURUM

    Həmin ərazidə sonuncu dəfə 2010-cu ildə martın 7-də “Əbədi məşəl”in önündə batma prosesi baş verdi

    “Bayıl yamacında sürüşmə prosesi hələ davam edir”. Median.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

    Ə.Qaralov qeyd edib ki, yamacda dərinliyi 5-6 metr olan çatlar yaranıb.

    Onun sözlərinə görə, Bayıl sürüşmə ərazisi yeni yaranan sürüşmə zonası deyil: “Ədəbiyyatlara baxanda görürük ki, təxminən 1847-ci ildən bəri — bəlkə ondan da qabaq olub, ancaq biz ədəbiyyatlarda olanı deyirik — müxtəlif illərdə və həmin ərazinin müxtəlif yerlərində çökmələr, uçqunlar, sürüşmə prosesləri baş verib. Həmin ərazidə sonuncu dəfə 2010-cu ildə martın 7-də “Əbədi məşəl”in önündə batma prosesi baş verdi. Burada 35 metrə yaxın böyük bir torpaq qatı çökdü. Ondan 450 metr aşağıda – Neftçilər prospektində, dənizə yaxın hissədə magistral yolda qabarma əmələ gəldi. Biz bütün bu məlumatlar haqqında atlas hazırlamışıq və əraziləri konturlaşdırmışıq. Bu gün sürüşmənin baş verdiyi ərazi də bizim tərəfimizdən sürüşməyə meylli ərazi kimi qeyd olunub”.

    Ekspedisiya rəisi əlavə edib ki, ərazidəki sürüşmənin fəallaşmasına mövsümlə əlaqədar yağışların miqdarının çoxalması, torpaq qatının ağırlaşması, eyni zamanda, fərdi evlər tikmək məqsədilə yamacın aşağı hissəsinin kəsilməsi səbəb olub: “Bütün bu amillər ərazinin dayanıqlığını azaltdığından yamac boyu – “Bayıl dərəsi” deyilən ərazinin sağ yamacında sürüşmə prosesləri baş verir”.

    Ə.Qaralov qeyd edib ki, hazırda Zığ, Günəşli yaylası sürüşmə zonalarında aktivlik olsa da, oradakı prosesin aktivliyi Bayıl yamacı ilə müqayisədə stabildir.

  • Azərbaycanda mikroavtobus aşdı, 3 nəfər xəstəxanaya yerləşdirildi

    Tovuzda toya gedən mikroavtobus qəzaya uğrayıb.

    Median.Az Trend-ə məlumatına görə, Goranboy rayonundan gələn Ford markalı mikroavtobus Tovuz rayonunun Böyükqışlaq kəndi ərazisində idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb.

    Goranboy rayon sakinləri, 1999-cu il təvəllüdlü Xeyrullayeva Zinyət Halay qızı, 1951-ci il təvəllüdlü Əliyeva Səmayə Dünyamalı qızı və 1967-ci il təvəllüdlü Qasımova Ceyran Mədət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

  • Bakıda özünü öldürmək istəyən şəxs xilas edilib

    Bakıda intihara cəhdin qarşısı alınıb.

    Fövqəladə Hallar Nazirliyindən oxu.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər intihar etmək məqsədilə çoxmərtəbəli yaşayış binasının damına çıxıb.

    Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən intihar cəhdinin qarşısı alınıb.

  • Azərbaycanda 7 prokuror işdən çıxarılıb, 3-ü orqandan xaric edilib

    “2017-ci ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib, kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun müsabiqə yolu ilə dərin biliyə malik yüksək ixtisaslı gənc hüquqşünaslar hesabına mütəmadi komplektləşdirilməsi üçün zəruri tədbirlər görülüb”.

    Bu barədə baş prokuror Zakir Qaralov Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirib.

    O, qeyd edib ki, hesabat dövründə xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 9 nəfərin ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edildiyi, 107 prokurorluq işçisinin yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkildiyi, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən başlayaraq keçirilən 17 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 780 gənc hüquqşunasın sayının prokurorluğun kadr tərkibinin 66 faizini təşkil etməsi, eləcə də 60 ştat vahidi üzrə elan edilmiş növbəti qəbul üzrə cari il ərzində vakant vəzifələrə təyinatların aparılacağı prokurorluq orqanlarında həyata keçirilən kadr islahatlarının uğurlu nəticələri kimi dəyərləndirilib.

    Qeyd edilib ki, ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə aparılmış xidməti yoxlamalar nəticəsində 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 26 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər isə prokurorluq orqanlarından xaric olunub.

    Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın artırılması tələb edilib.

  • 37 работников прокуратуры привлечены к административной ответственности

    В 2017 году одними из основных задач было принятие мер по укреплению службы, исполнения и трудовой дисциплины в прокурорских органах, созданию твердой дисциплины во всех структурных делениях, принципиальной позиции в отношении всех обнаруженных недочетов и ошибок.

    Об этом заявили на расширенном коллегиальном заседании в Генпрокуратуре республики по итогам деятельности в 2017 году.

    Было отмечено, что в результате служебных проверок 37 работников прокуратуры были привлечены к административной ответственности, из них 26 сделаны выговоры и серьезные выговоры, 1 человек понижен в должности, 7 – освобождены с должности, 3 – отстранены из органов прокуратуры.

    В отчетный период 9 человек, показавших хорошие результаты в работе и организаторские способности, были впервые назначены на должности независимых районных прокуроров, 107 человек – повышены в должностях. В 17 конкурсах, проводимых в стране с 2002 года, приняты на службу 780 молодых правоведов и составили 66% кадрового состава прокуратуры, что было оценено, как успешный результат проведенных в органах прокуратуры реформ.

  • 4 yaşlı azərbaycanlı vunderkind: 3 dildə oxuyur, yazır, qəliz hesablamalar aparır – REPORTAJ, VİDEO, FOTOLAR

    Azərbaycanlı 4 yaşlı Oğuzxan Məmmədli milyonda bir uşağa nəsib olan fitri istedadı ilə əsl vunderkinddir, yəni möcüzə uşaqdır. O, yüksək hafizə, intellekt və istedada malik olmaqla heyrətləndirir və  həmyaşıdlarından çox seçilir. Onun bəzi bacarıqları nəinki 4 yaşlı uşağın, hətta böyüklərin belə zehni imkanları xaricindədir.

    2 yaşından etibarən Azərbaycan əlifbası ilə sərbəst oxumağı, yazmağı öyrənən Oğuzxan, indi ingilis və rus dillərində yazıb-oxumağı da bacarır. Hətta ingilis dilini də ana dili kimi bilir.  Adətən uşaqlar hərfləri I sinifdə öyrənir, tədris ilinin sonunda cümləni hecalayaraq oxumağa başlayırlar. Oğuzxan isə sözləri hecalamadan səlis şəkildə, sanki 10 yaşlı uşaq kimi oxuyur. Səslənişdə isə 4 yaşlı uşağa məxsus şirinlik də öz yerindədir.

    Bundan başqa, apardığı riyazi hesablamaları ilə insanları təəccübləndirməyi də bacarır. Məsələn, 4-ü 4-ə vurub, ondan alınan rəqəmləri də milyonlara qədər 4-ə vuraraq hesablaya bilir.   Rəqəmləri 10-10, 5-5 artıraraq, birinci sinif şagirdinin belə tanımadığı ədədlərə qədər artırır. Uşaqların 2-ci , 3-cü siniflərdə öyrəndiyi vurma cədvəlini isə əzbər bilir.

    Onu da qeyd edək ki, Oğuzxan Məmmədli Azərbaycan Ümid Partiyası sədrinin müavini, Binəqədi Bələdiyyəsinin Yerli Ekologiyalar Daimi Komissiyasının üzvü Tamilla Qulaminin oğludur.

    Median.Az xəbər verir ki, Musavat.com-un reportyor qrupu azərbaycanlı 4 yaşlı vunderkindin istedadını işıqlandırmaq üçün Tamilla Qulaminin evinə baş çəkib.

    Evin sonbeşiyi olan Oğuzxan vaxtının çox hissəsini internet resurslarında axtarış etməklə və yeni bir söz, yeni bir  bilgi öyrənməklə keçirir. İnsan bu qədər bilgiyə sahib uşaqdan ilk baxışdan böyüklərə məxsus davranış da gözləyir, ancaq Oğuzxan sadəcə 4 yaşlı bir şıltaq uşaqdır. İlk dəfə gördüyü insanlarla çətin ünsiyyətə girir, özünəməxsus görə kaprizləri var. Ona heç nəyi tapşırıqla etdirmək mümkün deyil, yalnız özü istədiyi zaman edir. Oğuzxanın öz bacarıqlarını göstərməsi üçün bizə Tamilla xanım yardımçı olur və onu yönləndirir. Riyazi hesablamalardan zövq alan bu uşaq qənddandakı konfetlərdən tutmuş, içdiyi çayın neçə qurtum olmasına qədər hər şeyi saymağa çalışır. Normalda uşaqlar qabdakı kişmişləri yeməyə çalışsa da, Oğuzxan onları düzərək vərəqin üstündə “2” yazır.

    Bundan başqa axdığı cizgi filmlərdəki bütün dialoqları, dinləydiyi uşaq mahnılarındakı bütün sözləri əzbər bilir.

    Dil bilgiləri o qədər çoxdur ki, bəzən rus və ingilis dillərini qarışdırır. Anasının fincanı göstərərək verdiyi  “bu nədir” sualına, “eto cap” deyə cavab verir və bu hər birimizin gülüşünə səbəb olur.

    Oğuzxanın bütün bu dilləri, riyazi hesablamaları, bilgiləri necə öyrənməsinə gəlincə,  anası Tamilla Qulami deyir ki, bunun üçün heç bir xüsusi əmək sərf etməyib: “Oğuzxan daha çox öz-özünə öyrənir, heç kim ona xüsusi dərs keçmir. Bacısı ilə aralarındakı yaş fərqi elədir ki, qızım 1-ci sinfə başlayanda, Oğuzxan 1 yaşında  idi.  Onu qucağımda oturdub qızımın dərslərinə kömək edirdim. Demək olar ki, bu prosesdə bizimlə birgə olurdu. Beləcə oxuyub yazmağa həvəsi artdı. Yaş yarımında artıq hərfləri tanıdığını gördüm. 2 yaşından etibarən internetdə, “Youtube” səhifəsində heç nəyə rastgələ baxmır. Özü yazıb istəyi videonu axtarış verir və ona baxır. Adətən uşaqlara ingilis və rus dilləri öyrədilən videoları izləyir. Son vaxtlar isə fransız dilində rəqəmləri öyrənməyə çalışır”.

    Tamilla xanım deyir ki, övladının super zəkaya sahib  olması onu nə qədər sevindirsə də, özünə qapalı olması ehtimalı, ünsiyyətə meylli olmaması da bir o qədər narahat edir: “Daha çox sosiallaşması, ünsiyyətə meylli olması üçün bir neçə gündür ki, onu uşaq bağçasına qoymuşam. Ancaq orada da yazıb-oxumağa meyl göstərir. Çalışıram  ki, öyrənməkdən çox yaşıdları ilə oyunlar oynamağa üstünlük versin”.

    Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.






  • “Xəzər İnşaat” MTK sədri bina sakinlərinin yolunu bağladı: Sakinlər ayağa qalxdı – ŞİKAYƏT

    Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” massivində yaşayan sakinlər ayağa qalxdılar.

    Median.Az xəbər verir ki, bu barədə BiG.AZ-a məlumat verən sakinlər qeyd ediblər ki, massivdə yerləşən Kristal Abşeron binalarında özbaşınalıq edilir. Belə ki, kompleksdə yerləşən 4-ü 12 mərtəbəli, 3-ü isə 7 mərtəbəli olan binaların yanğın təhlükəsizliyi çıxışı bina rəhbərliyi tərəfindən özbaşınalıq yolu ilə bağlanılıb. Həmin təhlükəsizlik çıxışlarına isə qapı qoyulub. Bununla yanaşı 7 mərtəbəli binanın zirzəmisi də park qaraj kimi qanunsuz olaraq istifadəyə verilib. Qapıdan isə istifadə etmək hüququ yalnız qarajda maşın saxlayanlara verilib:

    “Yanğınsöndürənlər üçün nəzərdə tutulan yoldan yalnız bina sahibinin evinə gələn qonağa və pulla maşını orada saxlamaq istəyənlərə icazə verilir. Komendanta yaxınlaşıb soruşanda bildirir ki, bizlik deyil, rəhbərliyə müraciət edin. Bu binanın sahibi “Xəzər İnşaat” MTK-nın sədri Fikrət Məmmədovdur. Bina sakinləri ona müraciət edəndə bildirir ki, kompleks bizimdir. Giriş, çıxış da bizimdir. Uşağı məktəbə, baxçaya aparan məcburdur ki, 760 metr yolu qət etsin. Qadınlarımız axşam evə gələndə əziyyət çəkir. Binada yaşayanlardan fikir öyrənmədən özbaşınalıq edirlər. Camaat kompleksdən ev alıb ki, rahat yaşasın. Dünən bütün bina sakinləri ayağa qalxmışdı. Belə davam edəcəyi təqdirdə biz etirazlara davam edəcəyik”.

    Sözügedən binada məskunlaşan digər sakin qeyd edir ki, bu bina rəhbərliyinin etdiyi ilk özbaşınalıq deyil: “Bu bina rəhbərliyinin etdiyi ilk özbaşınalıq deyil. Onlar yarım milyonluq istilik sistemi üçün sakinlərdən pul topladılar. Lakin o da ərsəyə gəlmədi sakinlər öz hesablarına kombi sistemi çəkdirdilər. Biz bura rahat yaşamaq üçün külli miqdarda pul xərcləyirik amma hər addımda özbaşınalıqla rastlaşırıq. Bu barədə bütün nazirliklərə müraciət ünvanlamışıq. İstəyirik ki, bu məsələ mətbuatda da yayımlansın”.
    Məsələ ilə bağlı şirkətə rəsmi sorğu göndərsək də cavab verilməyib. Mövqelərini dərc etməyə hazırıq.