Month: January 2018

  • Bakıda 4 qadın həmcinsini məhkəməyə verib – DƏLƏDUZLUQ

    Bakı sakini Nəzakət Hüseynova sələmçilər tərəfindən tora salındığını iddia edir.

    Median.Az xəbər verir ki, Lent.az-a müraciət edən şikayətçinin oğlu Vüsal Hüseynli bildirib ki, 4 nəfər sələmçi və onların qohumları tərəfindən qanunsuzluqlara məruz qalıblar: “Anama tələ quranlar Aynur Yusifova, Dostxanım Cabbarova, Sara Rüstəmova , Atlas Mirzəyeva adlı qadınlardır. Onlar iddia edirlər ki, anama pul veriblər və ala bilmirlər. Əvvəlcə qeyd edim ki, onlarla aramızda heç bir borc müqaviləsi bağlanmayıb. Borc münasibətləri mülki xarakter daşıyır. Bunu işə görə anamı cinayət məsuliyyətinə cəlb etmək istəyirlər. Bu, tamamilə qanunsuzdur, çünki mülki işlərdə cinayət tərkibi olmur. Bunu bilən sələmçi qadınlar – borclu hesab etdiyi insanlara şər-böhtan atır. Məsələn, iddia edirlər ki, “mən sənə 10 min manat pul vermişəm və sən də mənə əvəzində maşın, torpaq sahəsi və s. söz vermisən”. Yəni 4-5 nəfər eyni yalançı ifadə verir, şahidlik edir. Belə olan təqdirdə sələmə pul alan insanları cinayət məsuliyyətinə cəlb etmək mümkün olur. Buna hüquq dilində “süni ittiham sübutu”, məişət dilində isə “üzəduranlıq” deyilir. Üstəlik, bu, sadəcə borc pul deyil, bu, qanunsuz sələmçilik fəaliyyətidir, çünki bu iş üçün müvafiq lisenziyaya sahib olmaq lazımdır”.

    Vüsal Hüseynli qeyd edib ki, süni ittiham sübutu yaradılandan sonra cinayət işi açmaq və təqsirləndirilən şəxsi müvafiq maddə ilə dələduzluqda ittiham eləmək mümkün olur: “Siz fikirləşə bilərsiniz ki, yalançı onlar deyil, mənim anamdır, bu insanlar həqiqətən bizə pul verib, əvəzində maşın almaq istəyiblər, yəni dələduzluq həqiqətən də olub. Amma bu 4 nəfər və onların qohumları eyni üsulla daha üç insanı şərləyib. Bu işlərin ikisi Səbail Rayon Polis İdarəsində, biri isə Yasamal Rayon Polis İdarəsindədir və bu işlərə dair sənədlərin surətləri də bizdə var. Dediyim kimi, oxşar məzmunlu, eyni motivli şikayətlərdir. Bizim şikayət etmədiyimiz qurum qalmayıb, amma görünən odur ki, məsələyə cavabdeh şəxslər də qanunla hesablaşmaq istəmir. Ortada olan bütün yazışmalar, sələmçilərin üst-üstə düşməyən yalan ifadələri, eyni məzmunlu digər şikayətləri açıq-aşkar sübut edir ki, sələmçilər şər-böhtanla, özbaşınalıqla və qanunsuz fəaliyyətlə məşğuldur”.

    Məsələ ilə bağlı yazıda adı çəkilən şəxslər öz ərizələrində bildiriblər ki, Nəzakət Hüseynovaya borc pul veriblər.

    Cinayət işi üzrə Dostxanım Cabbarova bildirib ki, əvvəllər Nəzakət Hüseynova ilə qızıl alveri ediblər: “Nəzakətə birinci 6 min manat borc pul vermişəm. Bu pulu məndən qızıllarını girovluqdan götürmək üçün alıb. Daha sonra müxtəlif tanışlarımdan Nəzakətə görə pullar götürüb vermişəm. Onun bizə ümumilikdə 20400 manat borcu yaranıb. Nəzakət Hüseynova müxtəlif bəhanələr gətirərək həmin pulları bizə qaytarmayıb”.

    Sara Rüstəmova isə ərizəsində qeyd edib ki, Nəzakət Hüseynovaya 6 min manat pul verib: “2015-ci ilin mart ayında əvvəldən də tanıdığım Nəzakət adlı qadına borc pul verdim. Daha sonra Nəzakət həmin pulu qaytarmadı. Gah mənə ev verəcəyini, gah da işə düzəldəcəyi vədi verərək bu günə qədər pulumu qaytarmayıb”.

    Atlas Mirzəyeva isə deyib ki, tanışı Dostxanımın qonşuluğunda yaşayan Nəzakətə borc pul verib: “Nəzakət Hüseynova tez-tez Dostxanımgilə gəlib-gedirdi. Daha sora Nəzakətə 4400 manat pul vermişəm. İlk əvvəl qaytaracağını desə də, bu günə qədər pulumu verməyib”.

    Aynur Yusifova da Nəzakət Hüseynovaya 5000 min manat pul verdiyini deyib: “2015-ci mart ayında tanışım Dostxanımın qonşuluğunda yaşayan Nəzakətə 5000 min manat pul vermişəm. Daha sonra Nəzakət müxtəlif bəhanələr gətirərək bu günə qədər pulumu qaytarmayıb”.

    Hazırda iki tərəf arasında çəkişmə Yasamal rayon Məhkəməsində araşdırılır. Məhkəmə istintaqı başa çatıb. Prokuror Nəzakət Hüseynovanın 3 il 9 ay azadlıqdan məhrum edilməsini tələb edib.

    Nəzakət Hüseynova isə özünü bu işlə əlaqədar özünü günahkar bilmədiyini və sələmçi qadınların onu həbs etdirmək istədiyini iddia edir. Onun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.

  • Собчак призвала легализовать марихуану

    Кандидат в президенты России от партии «Гражданская инициатива» Ксения Собчак выступила за легализацию легких растительных наркотиков в стране. Об этом она сказала на встрече со своими сторонниками в Калининграде, передает Median.Az со ссылкой на РИА Новости.
    По словам Собчак, такая мера поможет решить вопрос с «наркотической эпидемией» в России.

    «Я сама этим не пользуюсь, но я и водку бутылками не пью. И я не очень понимаю, почему водку пить в огромном количестве — это считается нормальным у нас в стране, а использовать марихуану, от которой гораздо меньше последствий, даже с точки зрения статистики преступлений, — нет», – пояснила она.

    Как отмечает агентство, в МВД категорически против такой инициативы. Начальник главного управления по контролю за оборотом наркотиков ведомства Андрей Храпов подчеркивает, что в этом нет никакой пользы и никакого медицинского эффекта. По его данным, в странах, где употребление каннабиса не возбраняется, уже приходят к выводу, что это неправильно.

    Собчак как кандидату от непарламентской партии нужно до 31 января собрать 100 тысяч подписей избирателей. На воскресенье, 21 января, у нее их уже 97 тысяч.

    Выборы президента России пройдут 18 марта.

  • Gəncədə maşını arxaya verən ata öz azyaşlı oğlunu vuraraq öldürüb

     Gəncə şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    “Report” xəbər verir ki, Şahsevənlər küçəsində maşınını arxaya verən ata bilmədən təqribən 5-7 yaşlı oğlunu vuraraq ona ağır xəsarət yetirib.

    Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Апшеронском районе ранен 17-летний подросток – ФОТО

    В Апшеронском районе в поселке Сараи школьник получил ранение в глаз в результате выстрела, передает Report.

    Согласно информации, инцидент произошел в то время, как 17-летний ученик 10-го класса Халил Аллахгулиев возвращался из школы вместе со своим братом Джалилом.

    После выстрела из охотничьего ружья неизвестным осколки патронов задели левый глаз школьника. Пока не выяснено, кем именно был открыт огонь.

    Мальчик был доставлен в Межрайонную офтальмологическую больницу им. У.Мусабейли в Сумгаите.
    Как сообщили в медучреждении, когда Х.Аллахгулиева доставили в больницу, его состояние было тяжелым. Ему оказали срочную медицинскую помощь. Была проведена хирургическая операция поврежденной в области глаза. Об этом также были информированы сотрудники правоохранительных органов.

    По факту ведется расследование.


  • İş adamları arasında atəş açıldı, bir nəfər həbsə, digəri məzara – Bina sahibsiz qaldı

    MTK sahiblərinin davası sakinləri çıxılmaz hala salıb. 6 ildir tikintisi başa çatmış binada heç bir kommunal xidmət işləmir. Onlarla ailə problemlər içində qalıb.

    Minval.İnfo xəbər verir ki, söhbət Yeni Günəşli V massivi “Badü-Küba” MTK-dan gedir. Bina sakinləri saytımıza şikayət məktubu ünvanlayaraq, başlarına gələnləri yazıblar.

    Şikayət məktubunda qeyd edilib ki, onların şikayətləri nə ilkdir, nə də son… 2006-cı ildə bünövrəsi qoyulan “Badü-Küba” MTK-dan mənzil alan sakinlər, həmin gündən bəri problem yaşayırlar.

    “Hamı kimi biz də ağ günə çıxıb, yeni tiklidə yaşayacaq və bu süründürməçilikdən qurtulacaqdıq. Lakin, hadisələr biz gözlədiyimiz kimi cərəyan etmədi. 2006-cı ildə bünövrəsi qoyulan bu bina, 2012-ci ildə yarımçıq da olsa tikintisini başa vurdular.

    Bu dövrdə şərik adlandırılan iki bina sədri Qəmbərov Ədalət və Asif adlı şəxs arasında ədavət yarandı. Güllələdilər, güllələndilər….100 oyundan çıxdılar və bütün bunlarda dövlətin gözü qabağında oldu. Əziyyət çəkən də biz sakinlər idik. Bu mübarizədə kimin qalib gələcəyini gözləyirdik. Kim hansı sədrdən ev alıbsa, həmin sədr məğlub olsa evi batacaqdı” deyən sakinlər, iki sahibkarın davasına görə, əziyyət çəkdiklərini bildiriblər.

    “2012-ci ildən yavaş-yavaş sakinlər heç biri şəraiti olan evlərinə köçməyə başladılar ki, evləri əllərindən alınmasın və ya başqasına satılmasın…”
    Sakinlər deyirlər ki, bu məsələ nağıla bənzəsə də, tamamı ilə həqiqətdir: “Bəli, bu bir nağıla, ya da kinoya bənzəyir, amma həqiqətdir. Uzun-uzadı davadan sonra bina bölündü və hər sədrə müəyyən qədər hissə düşdü. Kimlərinsə evi əlindən alındı, kimlərinsə evi bu biri sədr tərəfindən başqasına satıldı. Əziyyət çəkəndə biz qadınlar olduq. Körpə uşaqlarla küçələrdə, kirayələrdə… 2012-ci ildən yavaş-yavaş sakinlər heç biri şəraiti olan evlərinə köçməyə başladılar ki, evləri əllərindən alınmasın və ya başqasına satılmasın…

    Həmən ildə binanın işığı, suyu, qazı, nə lifti, nə də qapısı varı idi. Sakinlər binanın təmiri üçün nəzərdə tutulmuş, nazik naqillə çəkilmiş, közərmiş işıqdan istifadə edirdilər ki, o da gah yüklənib alışıb yanırdı, gah da binanın uzun illər təmir dövründə yığılıb qalmış borcuna görə sönürdü. Kimisi körpə uşaq qucağında qohum evinə qaçırdı, kimisi isə uşağını bağrına basıb qızdırırdı”.

    Asif Əsədullazadə

    “Qəmbərov Ədalətlə mübarizədə olan şəxslər polis tərəfindən tutuldu və cərimələndi”
    Binadan ev alıb dərdə düşənlərin problemi bununla da bitmir. Onlar müasir binada yaşaya-yaşaya suyu maşınla alırlar: “Evdə su istifadə etmək üçün binanın qarajına iri (2-3 tonluq) çənlər qoyub su maşını ilə doldurur və nasos vasitəsi ilə yuxarı mərtəbəyə vurub istifadə edirdik. İşıq kabusumuz 3 il davam etdi. Bu 3 il ərzində MTK sakinləri dəfələrlə yerli kanallara, icra hakimiyyətinə, polisə müraciət eləsə də heç bir şikayətə baxılmadı. Əvəzində Qəmbərov Ədalətlə mübarizədə olan şəxslər polis tərəfindən tutuldu və cərimələndi”.


    Hər şeydən bezən mənzil sahibləri özləri binaya işıq, su çəkdiriblər: “Əziyyət çəkən sakinlər bu işin düzəlməyəcəyini gördük və belə qərara gəldik ki, pul yığıb özümüz işıq çəkdirək. Elə də oldu. 50 sakin 330 (üç yüz otuz) manatdan yığaraq Suraxanı rayon işıq idarəsində işləyən Ruslan adlı şəxsə verdik. Min bir əziyyətlə, binanın kişiləri də fəhləlik edərək yol qazdılar və işığı binaya çəkdilər. 2015-ci il dekabr ayının 30-u hamının evində işıq yandı, amma rəsmi deyildi.
    Rəsmi olmamasının səbəbi binanın texniki şərtinin olmamasına görədir. Bu səbəbdən 50 nəfərə 1 işıq sayğacı qoyuldu. Sonra hərə özünə bazardan bir sayğac aldı və eləcə kim nə qədər işlətdiyinə baxıb, o qədər məbləği ödəməyə başladı. Yenə hər dəfəsində müəyyən itkilər, borclar yarandı və bu üzdən işıqlar sönməyə başladı.

    Amma ən azından artıq evimizdə 110-120 volt deyil, 190-200 volt işıq olurdu. Sonradan güc birlikdədir deyib su çəkmək üçün pul yığdıq və çəkdik. Bunu da qeyri-rəsmi etdik. Yəni 1 kubu adi vətəndaşlar üçün 0.50 AZN olan suya 2 AZN, 1 kvt 0.07 AZN olan işığa isə biz 0.10 AZN ödəyirik. Sədr Ədalət Qəmbərovdan səbəbini soruşanda isə “itki var” deyir. Suyumuz isə 2018-ci ilin yanvar ayında düzəldi. Yəni 6 ildən sonra qeyri-qanuni olsa da suyumuz oldu. Biz hələ binanın şəraiti haqqında danışmırıq.

    Qaz isə…onun adını çəkmirik. Çünki nə olduğunu bilmirik. Açığı qiymətini də unutmuşuq. Biz qadınlar dəfələrlə yığılıb bu barədə dövlət orqanlarına müraciət etmişik. Lakin hər dəfəsində məktubumuz yarı yolda qalıb, ya da cırılıb atılıb. Açığı biz də bilmirik bu Ədalət və Asif kimin adamlarıdır. Niyə dövlətin bunlara gücü çatmır?”

    “Binanın vergi borcu kifayət qədərdir və hər dəfəsində rüşvət verərək bu borcdan yayınır”

    MTK sədri özünü keçmiş MTN-in general-mayoru Akif Çovdarovun adamı kimi təqdim edirmiş:“Özünü elə təqdim edirdi. Amma nazirlik ləğv ediləndən sonra da bir şey dəyişmdəi. Sanki öz yalanı ilə bütün məmurları ələ alıb. Hər dəfə də sakinlər yığışıb etiraz bildirəndə isə “mən dövlətin öhdəliyin yerinə yetirirəm” deyir. Hər dəfə MTK-nı bir başqasının adına keçirir və məhkəmələrdən cinayətdən yayınır. İndi də heç bilmirik yaşadığımız bina kimin adınadır. Binanın vergi borcu kifayət qədərdir və hər dəfəsində rüşvət verərək bu borcdan yayınır.

    Artıq bu müharibədən yorulmuşuq. Bakının mərkəzində nə normal işığımız, nə normal suyumuz, nə də qazımız var.. Bu süründürməçilikdir. Bu binada Azərbaycanın gələcəyində önəmli rol oynayan gənclər doğulur, böyüyür”.

    Minval.İnfo-nun əldə etdiyi məlumata görə, iki sahibkar arasında dava uzun illərdir davam edir. Belə ki, torpaq və tikinti üstündə başlayan bu qalmaqalın tarixi 2005-ci ildən başlayır. “Arko” MMC-nin sahibi Asif Əsədullazadə bina tikintisi üçün qanuni icazə alsa da, bir müddət sonra tək bu işi başa vura bilməyəcəyini görüb “Badu Kubə” MTK ilə müqavilə bağlayır. Müqaviləyə görə, “Badu Kubə” MTK evi tikməli, bunun qarşılığında Asif Əsədullazadəyə həm 8.000 kvadrat metr mənzil, həm də qeyri-yaşayış yeri verməli imiş.

    2007-2008-ci ilə qədər işlər yolunda gedərkən, Ədalət Qəmbərov adlı bir adam “Badu Kubə” MTK-ya sədr keçir və anlaşılmazlıq da buradan başlayır. O zamandan davam edən narazılıq əvvəlcə xırda mübahisələrə, zamanla isə düşmənçiliyə çevrilir. Dünya malı münasibətləri o həddə gətirib ki, iş adamı Asif Əsədullazadənin oğlu Türkel Əsədullazadə “Badi-Kubə” Mənzil-Tikinti Kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq MTK-nın işçisi Samid Məmmədovu öldürüb.

    Sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi və sədri Ədalət Qəmbərovu isə ağır yaralayıb. Kooperativ rəhbəri vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub. Hazırda T.Əsədullazadə həbsdədir. Əldə etdiyimiz məlumata görə, Ədalət Qəmbərov da həbs edilib.
    İnşa olunan binada 322 mənzili 500 yaxın vətəndaşa satan Ədalət Qəmbərov, Yasamal məhkəməsinin 25 yanvar 2017-ci il tarixli həbs qətimkan qərarı ilə Kürdəxanı həbsxanasında öz əməllərinin cəzasını çəkir. Onun Akif Çovdarovla iş birliyi qurması faktları barədə də araşdırılma aparılır.

  • Bakıda avtoxuliqanlıq edən sürücü 23 YPX avtomobilinin köməkliyi ilə saxlanılıb

    Bu gün səhər saatlarında Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

    “Report” xəbər verir ki, Yol Patrul Xidmətinin paytaxt ərazisində xidmət aparan əməkdaşları “90-UR-366” dövlət qeydiyyat nişanlı “Naz Lifan” markalı avtomobilin sürücüsü Ramin Ağayevə manevr qaydalarını pozması, ötmə əməliyyatını düzgün yerinə yetirməməsi, eləcə də, sürət həddini aşımasına görə “Saxla!” əmri verib.

    Əmrə tabe olmayan sürücü təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edərək YPX əməkdaşlarından uzaqlaşmağa çalışıb. Lakin Nobel prospektinin NZS qəsəbəsinə düşən hissəsində hüquq-mühafizə orqanları əməkdaşlarının süni tıxac yaratması səbəbindən “Naz Lifan”ı saxlamaq mümkün olub. Sürücü avtomobildən düşüb qaçmaq istəyərkən o polislərin köməkliyi ilə tutulub.

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayı rəhbərliyinin iştirakı ilə 23 YPX avtomobili “Naz Lifan”ın saxlanılmasında iştirak edib.

  • Ana 13 yaşlı qızının bəkarətini biznesmenə 27 minə satmaq istədi, tutuldu – FOTOLAR

    Rusiyada 13 yaşlı qızını biznesmenə satan ana polis tərəfindən saxlanılıb.

    Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 35 yaşlı Irina Gladkikh adlı qadın rəfiqəsi ilə birləşərək qızını 27 min dollara oliqarxa satmaq istəyərkən tutulub.
    Pulu götürəndə qadın saxlanılıb. O, qızının bəkarətini 27 min dollara iş adamına satmaq istədiyini etiraf etmək məcburiyyətində qalıb.

    O, azyaşlını intim münasibətə sövq etdiyinə və insan alveri ilə məşğul olduğuna görə həbs edilib.

    Median.Az fotoları təqdim edir:




  • Bakıda yanan binadan 8 ailəni yol polisləri xilas edib – VİDEO

    Xəbər verildiyi kimi, yanvarın 20-də səhər saatlarında Bakıda yaşayış binasında yanğın baş verib. Hadisə Səbail rayonu Neftçilər prospektində – Azneft meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

    Avtosfer.az-ın əldə etdiyi məlumata görə, yanğının ilk şahidləri yol polisi əməkdaşları olub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Müşaiyət-eskort bölüyünün 1-ci tağımının əməkdaşları, baş serjant Vüsal Şəmsəddin oğlu İsmayılov və serjant Anar Arif oğlu Bədəlov Azneft meydanında xidmətdə olarkən binada yanğın baş verdiyini görüblər.

    Səhər saatları olduğu üçün sakinlərin yanğından xəbəri olmayıb. Yol polisləri dərhal hadisə yerinə gedərək binaya daxil olublar. Onlar bir-bir qapıları döyərək sakinlərə binada yanğın baş verməsi barədə xəbər veriblər və binanı tərk etmələrinə kömək ediblər. Yuxarı mərtəbələrin birində yanğın nəticəsində yaranan tüstü vəziyyəti daha da ağırlaşdırıb. Buna baxmayaraq, yol polisləri qapını sındıraraq 84 yaşlı qadını həyətə düşürüblər. Bütün mənzilləri boşaldandan sonra yol polisləri binanı tərk ediblər. Təxminən 15 dəqiqə sonra sakinlərin çağırışı ilə əraziyə yanğınsöndürənlər və təcili yardım gəlib. Tüstüdən zəhərlənən yol polisi əməkdaşları Vüsal İsmayılov və Anar Bədəlova ilkin tibbi yardım göstərilib.

    Külək yanğının qarşısının alınmasınada çətinliklər yaratsa da təxminən bir saat yarımdan sonra yanğın məhdudlaşdırılıb. Hadisə zamanı xəsarət alan olmasa da, mənzillərə ziyan dəyib. Yanğına binanın damında naqillərində baş verən qısa qapanmanın səbəb olduğu ehtimal edilir. Çünki yanğın yatağı yoxlanılarkən orada qaz borusunun olmadığı məlum olub.

  • Ramil Usubov rəisi işdən azad edib

    Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, Qusar rayon polis şöbəsinin Şahdağ polis bölməsinin rəisi, polis mayoru Səbuhi Rüstəmov müvafiq əmrə əsasən işdən azad olunaraq DİN-in Baş Kadrlar İdarəsinin sərəncamına verilib. 

  • “Gecə saat 4-ün yarısı idi, ayıldım, gördüm evdə yoxdur” – Azərbaycanda son illərin ən dəhşətli hadisəsi – VİDEO

    Azərbaycanda son illərin ən dəhşətli hadisələrindən biri yaşanıb.

    Milli.Az xəbər verir ki, qəzaya uğrayaraq maşınının içində yanıb öldüyü deyilən Rəhmanın qətlə yetirildiyi şübhələri artmaqdadır.
    “Bizimləsən” verilişinə çıxan Rəhmanın həyat yoldaşı Səidə adlı xanım ərinin qəza nəticəsində yanıb ölmədiyini iddia edib. Mərhumun həyat yoldaşı Rəhmanın qətlə yetirildiyini bildirib.

    “2017-ci ilin iyul ayının 7-si axşam saatlarında axşam yeməyini yedikdən sonra evdən çıxdı. Bir kafedə olub. Zəng edib çağırıblar. Kafedən dostu ilə birgə gedib. Dostu da öz iş yoldaşıdır. Ərim ona deyib ki, adam gələcək, gedək onu götürüb, gələk. O götürəcəyi şəxs kimdir, onu bilmirəm daha. Amma həyat yoldaşımı whatsapp-la çağırıblar. Telefonunda bir səsli mesaj var. Məncə çoxu silinib. Yanındakı oğlan deyir ki, “whatsapp-la danışdı. Deyib ki, “Gələsi olmadı, gedək”. Yenidən həmin kafeyə qayıdıblar. O kafedə də mənim qardaşım işləyir. Yenidən buna zəng gəlir və o gedən gedir. Oğlana deyir ki, gedirəm, 20 dəqiqəyə qayıdıram. Oğlan sonra zəng edir ona, deyir ki, gəlirəm. Bir az sonra yenidən zəng edəndə onun telefonuna zəng çatmayıb. Düşünüblər ki, yəqin evə gedib. Gecə saat 4-ün yarısı idi. Yatıb qalmışdım mən də”.

    Mərhumun həyat yoldaşının açıqlamasının ardına aşağıdakı videoda baxa bilərsiniz: