Month: January 2018

  • Ucarda ailə faciəsi: Atanı öldürüb, oğlunu yaralayıblar

    Ucarda ata və oğul bıçaqlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə 23:30 radələrində, rayon ərazisində baş verib.

    Şəhərin Heydər Əliyev prospekti, ev 92 ünvanında yaşayan 1959-cı il təvəllüdlü Tehran Salman oğlu Zahidov və oğlu 1982-ci il təvəllüdlü Samir Tehran oğlu Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
    T. Zahidovun ürək nahiyəsindən aldığı xəsarət ağır olduğundan o, xəstəxanada ölüb. Oğlu S. Zahidov isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. 

    Cinayətin törədilməsində şübhəli bilinən İsayev Nurlan Sahib oğlu saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

  • В Азербайджане началась подготовка к президентским выборам

    «Уточняются списки избирателей в связи с предстоящими в Азербайджане президентскими выборами».

    Об этом журналистам заявил председатель Центральной избирательной комиссии Азербайджана Мазахир Панахов.
    Он отметил, что, как и в предыдущие годы, подготовка к выборам началась с начала января: «В настоящее время мы занимаемся уточнением списков избирателей. На уровне участков уточнения завершится до 5 февраля. Затем собранная на участках информация будет доведена до округов, и работы завершатся до конца мая».

    Отметим, что президентские выборы в Азербайджане намечены на 17 октября этого года.

  • Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyi bir neçə aya fəaliyyətə başlayır

    Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumu və nazirliklərdə icra olunan funksiyaları həyata keçirəcək.

    Bunu baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi artıq formalaşır:

    “İndi lazım olan texniki-təşkilati işlər görülməkdədir. Əvvəllər bir neçə dövlət qurumu və nazirliklərin icra etdiyi funksiyalar Qida Təhlükəsizliyi Agentliyinə verilir. Bir neçə aya təşkilati işlər yekunlaşacaq və Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətini birbaşa həyata keçirməyə başlayacaq”.

  • Salyan sakinindən 3 kiloqramdan çox narkotik vasitə götürülüb – FOTO

    Salyan polisi şəhər sakinindən külli miqdarda narkotik vasitə aşkarlayaraq götürüb.

    “Report”un Aran bürosu xəbər verir ki, Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Salyan şəhər sakini, Şahbazov Rövşən Nurəddin oğlu şübhəli şəxs qismində saxlanılıb.

    Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqram 175 qram çəkidə narkotik maddə olan qurudulmuş marixuana, 41,478 qram tiryək aşkar olunaraq götürülüb.

    Faktla bağlı Salyan rayon Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

    Salyan rayon məhkəməsinin qərarı ilə Rövşən Şahbazov barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

  • Bakıda bayker motosikleti aşıraraq ağır xəsarət alıb

    Bakının Yasamal rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    “Report” xəbər verir ki, 1992-ci il təvəllüdlü Salayev Rahil Əlirəhman oğlu idarə etdiyi motosikletlə Nəriman Nərimanov prospektində yüksək sürətlə hərəkətdə olan zaman onu aşırıb.

    Nəticədə sürücü kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən avtotexniki ekspertiza təyin edilib.

  • MSK prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb

    “Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçici siyahıları dəqiqləşdirilir”.

    “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

    O bildirib ki, seçkilərə hazırlıq əvvəlki illərdə olduğu kimi yanvarın əvvəlindən başlayıb: “Hazırda seçici siyahılarının dəqiqləşdirməklə məşğuluq. Fevralın 5-nə qədər məntəqələr səviyyəsində dəqiqləşdirmələr başa çatacaq. Sonra məntəqələrdə yığılan məlumatlar dairələrə çatdırılacaqdır və may ayının axırına qədər işlərə yekun vurulacaq”.

    Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.

  • Masazırda altıncı mərtəbədən yıxılan 3 yaşlı körpə sağ qalıb

    Abşeron rayonunun Masazır qəsəbəsində bədbəxt hadisə baş verib.

    “Report” xəbər verir ki, 2014-cü il təvəllüdlü Ağayev Əlimurad Nicat oğlu yaşadığı binanın 6-cı mərtəbəsindən yerə yıxılıb.

    Azyaşlı otla örtülü torpaq qatının üzərinə düşdüyündən sağ qalıb. Yaralı əvvəlcə 1 saylı Kiliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin vəziyyəti orta-ağır olduğundan sonradan Bakıdakı özəl klinikalardan birinə köçürülüb.

  • Bakıda gənc oğlan bıçaqlanıb

    Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

    “Report” xəbər verir ki, 1991-ci il təvəllüdlü Əkbərov Nicat Adıgözəl oğlu Cavanşir körpüsünün altında naməlum maşında bıçaqlanaraq yerə itələnib.

    Yaralı “təcili yardım” vasitəsilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

  • Azərbaycan və Rusiya arasında dövlət sərhəd nişanlarının qoyuluş mərasimi fevralda keçiriləcək

    “Azərbaycan və Rusiya arasında dövlət sərhəd nişanlarının qoyuluş mərasimi fevralda keçiriləcək”.

    “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə deyib.

    Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında sərhədin demarkasiya prosesi üzrə növbəti görüş fevralın 20-dən sonra Bakıda keçiriləcək.

    Sonra sərhədin Qusar rayonu ərazisindəki hissəsində sərhəd nişanlarının qoyuluş mərasimi baş tutacaq.

    Nazir müavini qeyd edib ki, Gürcüstanla dövlət sərhədinin delimitasiyası uzrə növbəti müzakirələr isə bu ilin birinci rübünə planlaşdırılır.

    “Ekspert görüşü və komissiya çərçivəsində geniş müzakirələr aparılacaq”, – Xələf Xələfov deyib.

  • Neftçalada Azərbaycan Ordusunun şəhid olan əsgəri bu gün dəfn olunacaq – FOTO

     Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov bu gün dəfn olunacaq.

    “Report”un Aran bürosu xəbər verir ki, şəhid doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsindəki Seyidlər qəbiristanlığında torpağa tapşırılacaq.

    Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısının, ictimaiyyət nümayəndələrinin, kənd sakinlərinin, şəhidin hərbçi yoldaşlarının və xidmət etdiyi hərbi hissəsinin zabitlərinin iştirakı gözlənilir.