Month: January 2018

  • В Баку малолетняя изнасилована родственником

    В Баку зарегистрирован факт неоднократного изнасилования малолетней девочки. 

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в Управлении полиции Бинагадинского района.  

    В 2017 году в различное время была изнасилована 13-летняя жительница поселка Бинагади Л.С.

    Выяснилось, что к изнасилованиям причастен дядя пострадавшей (брат матери) Р.Бабаев, 1993 года рождения, проживающий с ней по одному адресу. 

    В настоящее время ребенок находится в реинтеграционном центре Союза детей Азербайджана, откуда в полицию и поступило заявление об изнасиловании.  

    Следственные органы проводят проверку вокруг подозреваемого. По факту пока никто не задержан, поскольку заявление в полицию поступило только 18 января.

  • Bakıda dayı 13 yaşlı bacısı qızını dəfələrlə zorladı

    Bakıda  azyaşlı qızın dəfələrlə zorlanması faktı qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə oxu.az-a Binəqədi rayon Polis İdarəsindən məlumat daxil olub.

    Məlumata əsasən, 2017-ci ildə Binəqədi qəsəbəsinin 13 yaşlı sakini müxtəlif vaxtlarda bir neçə dəfə zorlanıb. Azyaşlıya təcavüz edən şəxs zərərçəkənin eyni ünvanda yaşayan  dayısı, 1993-cü il təvəllüdlü R.Babayevdir.

    Uşağında hazırda  Azərbaycan Uşaq Birliyinin reinteqrasiya mərkəzində olduğu bildirilir. Polisə zorlanma faktı ilə bağlı şikayət ərizəsi məhz həmin mərkəzdən daxil olub.

    İstintaq orqanları, şübhəli ilə bağlı araşdırma aparır. Ərizə yanvarın 18-də daxil olduğundan fakt üzrə hələlik heç kim saxlanılmayıb.

  • Zeynəb Dostəliyeva canlı efirdə: “Maral Tahirqızı dəlidir, başı çatmır onun..” (VİDEO)

    ATV kanalında yayımlan “Bizimləsən” verlişində müğənni Zeynəb Dostaliyeva Maral Tahirqızını biabır edib. 

    Baku.ws-in məlumatına görə, aparıcının Maral Tahirqızını müğənni kimi qələmə verməsi Zeynəb xanımın xoşuna gəlməyib. İfaçı onu heç vaxt müğənni kimi qəbul etmədiyini deyib. 

    “Maral Tahirqızının yeri dəlixanadır, səhnə deyil! Onun başı çatmır. Elə oxumaq olar?! O, geyimini, danışığını və oturuşunu bilmir. Onu necə müğənni adlandırmaq olar?! Əgər o müğənnidirsə mən müğənniliyin daşını atıram”.

    Daha sonra Z. Dostaliyeva indiki müğənniləri qınayıb. Onun sözlərinə görə, o vaxtı müğənnilər qastrola gedəndə pis vəziyyətdə olan qonaq evlərinə aparırdılar. Hazırki müğənniləri isə otelə aparırlar.

  • Sevil-Sevinc bacıları canlı yayımda onlara elçi düşən oğlanın ailəsi haqda ŞOK FAKTLARI açıqladı (VİDEO, FOTO)

    Ötən gün Xəzər TV-də yayımlanan “5-də 5” verilişində müğənnilər Sevil və Sevinc Səfərovalar onlara elçi düşən oğlana cavab veriblər. 

    Baku.ws-in məlumatına görə, Həzrət adlı oğlan Sevil Səfərova ilə ailə qurmaq istədiyini bir neçə həftə əvvəl canlı yayımda bəyan edib. 

    Lakin Sevil və Sevinc Səfərovalar onlara vaxt verilməsini istəyiblər. 

    Bu müddət ərzində müğənnilər elçi düşən Həzrət və onun ailəsi haqqında məlumat toplamağa başlayıb. 

    Dünən isə əkiz bacılar canlı yayımda Həzrətə cavabını məktub formasında verib. Müğənnilər deyib ki, məktubda hər şey yazılıb, əgər Həzrət istəyərsə, yazılanları efirdə oxuya bilər. 

    Həzrət məktubu oxuduqdan sonra aparıcı Zaur bildirib ki, bəzi məsələləri müzakirəyə çıxarmağa ehtiyac var. 

    Belə ki, Sevil və Sevinc Səfərovaların araşdırmaları nəticəsində məlum olub ki, Həzrət əvvəllər nişanlı olub. Halbuki, Həzrətin anası oğlunun nişanlı olmadığını bildirmişdi. 

    Sevincə elçi getmək istəyən Həzrətin qardaşı isə evli olub və övladı da var. 

    Ana övladları ilə bağlı geniş açıqlamalar verib və həqiqəti söyləyib. 

    Verilişdən həmin hissəni təqdim edirik. 





  • Nadir Qafarzadə Maykl Ceksonun fanatlarını ələ saldı – FOTO

    Azərbaycanlı müğənni Nadir Qafarzadə dünyaca məşhur mərhum müğənni Maykl Ceksonun obrazını oxşadan şəxslə şəkil çəkdirib.

    Baku.ws-in məlumatına görə, ifaçı fotonu sosial şəbəkədə paylaşıb. 

    “Mən deyəndə ki, Maykl Cekson ölməyib, inanmırdız! Budur, kişinin oğlu!” 

    İfaçı Maykl Ceksonun fanatlarını həm də ələ salıb. Belə ki, mərhum müğənnin bir çox fanatları ifaçının ölümünə inanmırlar.

    Qeyd edək ki, Maykl Cekson 2009-cu ildə dünyasını dəyişib.

  • “20 Yanvar 1920-ci ildə olub” – Bakıda keçirilən sorğuda sakinlərin cavabları gözlənilməz oldu (VİDEO)

    Lider TV-də “20 Yanvar” hadisələri ilə bağlı Bakıda keçirilən sorğu yayımlanıb. 

    Baku.ws-in məlumatına görə, sakinlərdən Azərbaycanın müstəqillik tarixinin şanlı səhifələrindən biri olan “20 Yanvar” hadisəsinin neçənci ildə baş verdiyi soruşulub. 

    Cavab isə çox fərqli olub. Respondetlərdən çoxu isə hadisənin nə vaxt baş verdiyini bilməyib. 

    Sakinlər arasında “20 Yanvar”ın 1920-ci ildə, baş verdiyini, “mən o vaxtı 20 günlük uşaq olmuşam” deyənlər də olub. 

    Sorğuya daha ətraflı video materialda baxa bilərsiniz. 

  • Naz Miladan Azərbaycan xalqına hörmətsizlik – FOTO

    Türkiyədə evlilik yarışmasına qatılması ilə məşhurlaşan azərbaycanlı Naz Mila 20 Yanvar günü konsert verəcək.

    Median.Az xəbər verir ki, o, bu barədə “Instagram” hesabında məlumat yayıb.

    Diceylik etməyə başlayan Naz matəm günü Türkiyədə klubların birində konsert proqramı ilə çıxış edəcək. 

    Onun bu hərəkəti sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər Nazı təhqir və tənqid atəşinə tutublar.
    Qeyd edək ki, sözügedən paylaşımı tənqid edənlərlə yanaşı, bəyənən azərbaycanlıların sayı da az olmayıb.

    Onuda qeyd etmək istəyirik ki, hansı sənətlə məşğul olduğu bilinməyən Naz Mila adlı şəxs özünün çılpaq fotoları, aşağı səviyyəli açıqlamaları və addımları ilə yadda qalıb. Özünə reklam olaraq bu yolu seçən Nazın bu hərəkətləri etməsi dünya praktikasında olduğu kimi, normaldır. Ancaq mövzu Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bir gündürsə və həmin xanım bununla gündəmə gəlmək istəyirsə, onun diqqətinə çatdırmaq istəyirik ki, dünyada ən şərəfsiz və alçaq adam belə bu addımı atıb, xalqının qanlı tarixi ilə gündəmə gəlmir./oxu.az

  • Rusiyada azərbaycanlılara hücuma görə həbslər

    Rusiyanın hüquq-mühafizə orqanları Volqoqradın cənubunda silahlı hücumda iştirak etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb. Onlardan ikisi müvəqqəti təcrid etmə mərkəzinə yerləşdirilib, üçüncü şübhəli polis nəzarəti altında xəstəxanada müalicə olunur.

    Oxu.az xəbər verir ki, bu barədə TASS cümə günü regionun güc strukturlarında çalışan mənbəyə istinadən məlumat yayıb.
    Bundan əvvəl yayılan xəbərə görə, cümə axşamı Moskva vaxtı ilə axşam saat 19:00 radələrində Volqoqradın Krasnoarmeysk rayonunda yerləşən kafelərdən birinin yaxınlığında silahlı hücum (odlu və soyuq silahların tətbiq ilə) baş verib. Nəticədə bir nəfər həlak olub, üç nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Fakt üzrə cinayət işi açılıb.

    “Əməliyyat-axtarış tədbirləri nəticəsində və şəhərdə həyata keçirilən “Perexvat” planı nəticəsində  şübhəlilərin minərək hadisə yerini tərk etdiyi “İnfiniti” və “Lada Priora” markalı  avtomobillər  aşkarlanaraq-saxlanılıb. Ümumilikdə üç şübhəli saxlanılıb – onlardan biri polis nəzarəti altında xəstəxanada müalicə alır, digər iki şübhəli müvəqqəti təcridxanaya yerləşdirilib”, – deyə agentliyin müsahibi bildirib.

    Bölgənin istintaq idarəsi, saxlanılan şübhəlilərlə bağlı rəsmi qaydada ətraflı məlumatların bir qədər sonra ictimaiyyətə çatdırılacağını bildirib.

    Volqoqrad diyar administrasiyasının səhiyyə komitəsindən verilən xəbərə görə, insident nəticəsində xəsarət alanlar hələ də xəstəxanadan buraxılmayıb. Əvvəl hər üç zərərçəkənin ağır vəziyyətdə olduğu bildirilsə də, hazırda onlardan birinin vəziyyəti orta-kafi qiymətləndirilir.

  • Prezidentin ayırdığı üç milyon manat beş telekanal arasında bölünəcək

    Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən ayrılan üç milyon manat “Azərkosmos”un xərcləri və digər başqa xərclər hesablanmaqla beş özəl telekanal arasında bərabər və ədalətli şəkildə bölünəcək.

    Median.Az-ın xəbərinə görə, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

    Şöbə müdirinin sözlərinə görə, üç milyon manat “Xəzər”, “Lider”, “Space”, ATV və ARB telekanalları arasında bölünəcək: 
    “Bu sərəncam Azərbaycan prezidenti cənab İlham Əliyevin ölkə telekanallarına diqqət və qayğısının göstəricisidir.

    Sərəncam Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə imzalanıb”.

    N. Cavadov qeyd edib ki, sərəncamda nəzərdə tutulan məsələlərin həlli ilə bağlı MTRŞ-da iclas keçiriləcək və müvafiq qərar qəbul ediləcək.

    Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan MTRŞ-ya üç milyon manat ayrılıb.

  • Müəllimi qaçıran direktorun qardaşı oğlu imiş – TƏFƏRRÜAT

    Xəbər verdiyimiz kimi, Bərdə rayonunun Hacıalılı kənd orta məktəbinin riyaziyyat müəllimi Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb. 

    Qaçırılma hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

    Oxu.az-a etibarlı mənbədən daxil olan məlumata görə, 23 yaşında olan müəllimin adı Gülçindir. O, məlumat verildiyi kimi, nişanlı olmayıb. Müəllimi qaçıran T.Zeynalov isə eyni məktəbdə tədrislə məşğul olan digər müəllimin oğlu və məktəb direktoru Səyyarə Zeynalovanın qardaşı oğludur.

    T.Zeynalov müəllimi məktəbdən evə gedərkən qaçırıb. Qızın valideynləri isə oğlanın ailəsi ilə görüşərək bu işə razılıq veriblər.
    Qeyd edək ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.