Month: February 2018

  • Şəhid qızını öldürən biznesmen oğlunun sürücüsü yalan ifadə verib

    Bakıda şəhid qızını avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlu Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə davam edib.

    Median.Az Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səbail Rayon Yol Polis İdarəsinin əməkdaşı Yasin Abbaslı ifadə verib.

    O bildirib ki, hadisə zamanı Bayraq Meydanı istiqamətində xidmətdə olub. Hadisə baş verən zaman oraya yollanıb və yol hərəkətinin tənzimləməyə başlayıb: “Hadisə yerində bir nəfərin yol kənarında dayandığını və ağladığını gördüm. Bir neçə nəfər də mülki geyimli şəxs var idi. Mən hadisəni törədən şəxsi orada gördüm. Ona bildirdim ki, kənarda dayansın. Çünki ola bilərdi ki, zərərçəkmişin yaxınları gələrdi və mübahisə yaranardı. Onların təhlükəsizliyi baxımından belə bir addım atdım və yol kənarında dayanan 254 nömrəli yol polisi maşınının yanına göndərdim”.

    Sualları cavablandıran polis əməkdaşı söyləyib ki, qəzanı törədən şəxsin üzərində sürücülük vəsiqəsi və maşının sənədləri olmayıb.

    Şahid Yasin Abbaslı onu da deyib ki, hadisəni törədən şəxsin naməlum şəraitdə oradan uzaqlaşması ilə bağlı xidməti yoxlama da aparılıb. O və digər polis əməkdaşlarına töhmət verilib.

    Məhkəmədə şahid qismində Rəhimovlar ailəsinin sürücüsü olan Əmrulla Şahbazov da dindirilib.

    Bildirilir ki, hadisə baş verən zaman qəzanı törətdiyini Əmrulla Şahbazov öz üzərinə götürmək istəyib və istintaqa belə ifadə verib.

    Əmrulla Şahbazov məhkəmədə deyib ki, Rəhim maşını ondan istəyib: “Mənə dedi ki, ad gününə gedəcək. Atasına demədiyim üçün vermək istəmədim. Amma sonra verdim. Axşam zəng elədi ki, qəza törədib. Mən gedib müstəntiqə dedim ki, qəzanı özüm törətmişəm. Qorxumdan belə etdim. Çünki maşını atasından icazəsiz Rəhimə mən vermişdim. Amma müstəntiq dedi ki, maşını Rəhim sürüb”.

    Əmrulla Şahbazov bildirib ki, hadisə yerinə gələn zaman Rəhimi görməyib. Amma məhkəmədə məlum olub ki, o, istintaqda Rəhimi hadisə yerində gördüyünü deyib: “Mənə ağ vərəq verdilər. Ona imza çəkdim. Mən oxuya bilmirəm”.

    Məhkəmə qərar verib ki, işi araşdıran müstəntiq də dindiriləcək.

    Qeyd edək ki, ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə cinayət işi başlanıb.

    R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutulub.

    Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

    Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.

  • Bakıda güclü PARTLAYIŞ: Yol bağlanıb, ətrafı tüstü bürüyüb – VİDEO

    Bakının Xətai rayonunda yerləşən keçmiş radizavod ərazisində patlayış olub. Hadisə bu gün axşam saat 19:10 radələrində baş verib

    Bu barədə Baku.ws-ə hadisə şahidləri məlumat veriblər. Məlumata görə, hazırda həmin istiqamətdə yol bağlanıb, əraziyə xeyli sayda yanğınsöndürən, təcili yardım və patrul maşınları gəlib. Sakinlərin dediyinə gərə, partlayıın təsirtindən yaxınlıqdakı üçmərtəbəli yaşayış evinin işərisindəki əşyalar dağılıb.

    Hazırda ərazidə qatı tüstü müşahidə olunur. Hələlik hadisə barədə rəsmi açılqlama verilməyib.

  • DTX-nın həbs etdiyi gömrük əməkdaşı və digərlərinə hökm oxundu

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycandan Türkiyəyə 130 min manat dəyərində qızıl-zinət əşyaları və 190 min dollar pulu qaçaqmalçılıq yolu ilə aparmaqda təqsirləndirilən dəstə üzvləri – İlqar Əbilov, Elvin Yusubov, Rəşad Nəsibov və Kamran Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü Kamran Əhmədov 5 il 6 ay, Rəşad Nəsirov, İlqar Əbilov və Elvin Yusubovun isə hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror çıxışında İlqar Əbilov, Elvin Yusubov, Rəşad Nəsibovun hər birini 6 il 6 ay və Kamran Əhmədovun isə 7 il müddətinə azadlıqdan məhrum edlməsini istəmişdi.

    Qeyd edək ki, Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətlərinin yaydığı məlumata əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda, yəni 190 min ABŞ dolları məbləğində xarici valyuta və 132.207,52 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Azərbaycan vətəndaşları Elvin Yusubov, Rəşad Nəsibov, İlqar Əbilov və onlarla əlbir olan gömrük əməkdaşı Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

    Daha sonra onların barələrində həbs qətimkan tədbiri seçilib.

  • Xızıda yeni avtomobil yolu inşa olunacaq

    Prezident İlham Əliyev Xızı rayonunun Giləzi-Xızı (34 km)-Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Назначен новый посол Азербайджана в Саудовской Аравии – ФОТО

    Назначен новый посол Азербайджана в Саудовской Аравии.

    Шахин Шакир оглу Абдуллаев назначен на должность чрезвычайного и полномочного посла Азербайджана в Королевстве Саудовская Аравия.

    Президент Азербайджан Ильхам Алиев подписал соответствующее распоряжение.

  • Yeni binalarla bağlı inqilabi yenilik

    Cari ilin iyulun 1-dən mənzil tikintisində bir sıra problemlərin həllini nəzərdə tutan Mülki Məcəlləyə dəyişikliklər qüvvəyə minir. 

    Sənəd Azərbaycanda tikintisi başa çatmayan binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı, həmin binalarda mənzil əldə edən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çoxlu çatışmazlıqları, o cümlədən mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi sui-istifadə hallarının aradan qaldırılması üçün yeni mexanizmi nəzərdə tutur.

    Tikinti şirkətinin işi binanı tikib təhvil vermək olacaq 

    Hüquqşünas Əkrəm Həsənov bildirir ki, tikinti sektorunda iki əsas problem mövcuddur: 

    Birincisi, tikinti şirkətləri mənzilləri eyni zamanda bir neçə nəfərə satır.

    İkincisi, tikinti şirkətləri mənzillərə görə ödənişi alır, amma tikinti başa çatdırılmır, yaxud proses çox uzanır.

    Məcəlləyə edilən dəyişikliklər bu problemlərə son qoyacaq. Belə ki, əvvəla, tikintisi başa çatdırılmayan mənzillərə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qabaqcadan dövlət qeydiyyatına alınacaq (“kupça”, yəni çıxarış veriləcək).

    Özü də yalnız mənzilə yox. Binanın altındakı torpaq sahəsi də mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab olunacaq. 

    Beləliklə, bir mənzili bir neçə şəxsə satmaq artıq mümkün olmayacaq. Torpaq da mənzil mülkiyyətçilərinə məxsus olduğu üçün tikinti şirkəti işini görməsə, onu başqası ilə əvəz etmək mümkün olacaq”.

    Ekspert bildirir ki, tikinti şirkəti mənzil mülkiyyətçilərinin podratçısı (işçisi) hesab olunacaq.

    Yeni tikililərdə ödəniş qaydaları

    “Yəni onun işi sırf binanı tikib təhvil verməkdən ibarət olacaq. Özü də pulunu da qabaqcadan tam ala bilməyəcək, hissə-hissə almalıdır. Qanuna əsasən, müqavilədə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə aşağıda göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər.

    Torpaq-qazma işlərinin başlanılmasından sonra – müqavilə məbləğinin 30 faizi; tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra – müqavilə məbləğinin 10 faizi; dam səthlərinin və navalçaların (novların) qurulması işləri başa çatdıqdan sonra – müqavilə məbləğinin 8 faizi; istilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra – müqavilə məbləğinin 3 faizi; su xətlərinin çəkilməsi başa çatdıqdan sonra – müqavilə məbləğinin 3 faizi; elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra – müqavilə məbləğinin 3 faizi; pəncərələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra – müqavilə məbləğinin 10 faizi; daxili suvaq (malalama) işləri başa çatdıqdan sonra – müqavilə məbləğinin 6 faizi; birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra – müqavilə məbləğinin 3 faizi; fasad işləri başa çatdıqdan sonra – müqavilə məbləğinin 10 faizi; su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra – müqavilə məbləğinin 9 faizi; bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra – müqavilə məbləğinin 5 faizi ödəbiləcək”.

    Tikinti şirkəti sahibləri pulu götürüb aradan çıxa bilməyəcəklər 

    Ə.Həsənov deyir ki,  Azərbaycanda, nəhayət, tikinti şirkəti sahibləri pulu götürüb aradan çıxa bilməyəcəklər:

    “Bu problemlər həll olunacaq və insanlarımız əminliklə yeni binalarda mənzil ala biləcək. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də yavaş-yavaş “vahid daşınmaz əmlak” institutu formalaşacaq. Yəni daşınmaz əmlak ilk növbədə torpaqdır, üstündəki isə onun tərkib hissəsidir”.//oxu.az

  • Azərbaycanda nişanlısı ilə danışan gənc qəfil qorxunc xəstəliyə tutuldu: Dilini və dodaqlarını yeyir – VİDEO

    Atasının faciəli ölümündən sonra beyin iflici keçirən Bakı şəhər sakini 30 yaşlı Nazim Abdulovun anası Zemfira Rüstəmova oğlu üçün kömək istəyir.

    Big.az-ın suallarını cavablandıran zaman ana oğlunun xəstəliyinə görə dodaqlarını və dilini yediyini bildirib.

    – Oğlunuz nə zamandan bu vəziyyətdədir?

    – 27 yaşına kimi oğlum sağlam idi. Artıq 3-4 ildir ki, oğlum adını bilmədiyimiz bu xəstəlikdən əziyyət çəkir. Nazim kompüterdə nişanlısı ilə danışırdı. Birdən özündən getdi. Təcili tibbi yardımı çağırdıq. Komaya düşmüşdü. Bir ay xəstəxanada yatdı. 3 ildir ki, evdə bu vəziyyətdə yatır. Xaricdə müalicəsi var. Sumqayıtda xəstəxanada yatırmaq üçün 4-5 min manat istədilər. İmkanımız olmadığından yatıra bilmədik. Qonşular, qohumlarımız yardım edir. Onu da dərmanlarına və günlük vacib ehtiyaclarına xərcləyirik. 140 manat pensiya alır. Onunla dolanırıq. Ukraynada Atası gözünün qabağında binadan düşüb ölüb. Ondan sonra Bakıya qayıtmalı olduq. Bakıya qayıtdıqdan sonra o hərbi xidmətə getdi. Evdə tək işləyənimiz Nazim idi.

    – Nazim necə bir uşaq idi?

    – Nazim çox yaxşı mehriban, səmimi, sağlam bir oğul idi. O idmanla məşğul olurdu. İdmanda əldə etdiyi uğurlara görə müxtəlif mükafatlara da layiq görülüb. Oğlum həm də nişanlı idi. Nişanlısı Ukraynada yaşayırdı. Hər zaman mənə deyirdi ki, ana, kaş bir il tez keçərdi. Səbirsizliklə toy gününü gözləyirdi. Bu vəziyyətə düşəcəyini gözləmirdik.

    – Kömək üçün harasa müraciət etmisinizmi?

    – Hər yerə müraciət etmişik. Səbirsizliklə xeyirxah insanların köməyini gözləyirəm. Tək arzum balamın yenidən ayağa durmasıdır.

    – Həkimlər Nazimə hansı diaqnozu qoyub?

    – Həkimlər də dəqiq diaqnoz qoya bilmir. Hərə bir xəstəliyin adını çəkir. Almaniyaya sənədlərini göndərmişik. Ordakı həkimlər müalicəsinin olduğunu deyir. Bunun üçün də 150 min manat istəyirlər. İmkan olmadığından balam gözümün qabağında hər gün əziyyət çəkir. Cənab prezidentimizə də müraciət etmişik. Uşağıma zamanında yardım olsaydı, bəlkə də sağalmışdı. Əvvəl bundan yaxşı idi. Zaman keçdikcə vəziyyəti ağırlaşdı. Gecələr yatmır. Dodaqlarını təmiz yeyib. Dilindən bir az qalıb. Əsəb gələndə pis vəziyyətə düşür. Qanını turba ilə çəkirik. Marketlərdə salfetka qalmayıb. Ancaq onun qanını silirik. Çarəsiz vəziyyətdəyik.

    – Nazim nə vaxtsa güclü psixoloji sarsıntı keçiribmi?

    – Atası Ukraynada binada adam işlədirdi. Görülən işlərə baxmaq üçün həmin binaya çıxıb. Bu zaman Nazim atasını aşağıda gözləyib. Bu zaman yoldaşımın ayağı sürüşüb binadan yıxılıb. Oğlum elə ilk tramvanı o zaman aldı. Yoldaşım çox yaxşı ata idi. Onun ölümündən sonra Bakıya gəldik. Gördüyünüz kompüteri nişanlısı ilə danışmaq üçün almışdı. Nazimin çoxlu arzular var idi. Balamın arzuları hamısı ürəyində qaldı. Oğlum, qızım səhərə kimi qardaşlarına baxırlar. 3 ildir ki, biz yuxu nədir bilmirik. Nazim gözümüzün qabağında əziyyət çəkir. Dua eləməkdən və ağlamaqdan başqa çarəmiz yoxdur.

    – Dediniz kimi, Almaniyada müalicəsi var. Almaniyadakı həkimlər tam əminliklə sağaldacaqlarını deyirlərmi?

    -Bəli, tək müalicəsi Almaniyadadır. Həkimlər tam üzərlərinə götürürlər. Təcili Tibbi Yardımla gəlib özləri götürəcəklər. 150 min manat pul istəyirlər.

    – Nazim nə zaman dodaqlarını yeməyə başlayır?

    – Əsəb gələn zaman dodağını, dilini yeyir. Nazim çox əsəb keçirir. Dodaqlarını təmiz yeyib. Ona görə dodaqlarını bağlı saxlayırıq. Onu dərmanla bir az sakitləşdirmişik. Hamını eşidir, əsəb keçirir. Bilmirik ki, harasında ağrı var. Əvvəl mədəsinə də şlank qoyulmuşdu. Amma sonradan çıxarıldı. Yeməyini duru vəziyyətdə yavaş-yavaş ağzından verməyə çalışırıq.

    Oğlum nişanlısı ilə danışa-danışa bu vəziyyətə düşdü. Təcili Tibbi Yardımın vurduğu iynədən sonra Nazimin vəziyyəti lap pisləşdi. Hətta qusdu. Biz hardan bilək ki, bu vəziyyətə düşəcək. Saat 8-də artıq xəstəxanaya qaldırdıq. 1 ay xəstəxanada yatdı.

    – Bəlkə nişanlısı onu əsəbləşdirib?

    – Biz də elə düşünürük. Ola bilsin ki, o Nazimi əsəbləşdirəcək bir söz deyib. Həm də Nazim əsəbi uşaq idi. Hamı onun bu vəziyyətə düşməsini əsəblə əlaqələndirir. Həm də atasından sonra çox istədiyi dayısını və dayısı oğlunu itirdik.

    – Nişanlısı necə, yanına gedib, gəlirmi?

    – Xeyr. Bir ay belə gəlib maraqlanmadılar. Qız hazırda ailəlidir.

    – Bəlkə onun bu vəziyyətə düşməsində psixoloji tramvalar səbəb olub? Psixoloqa müraciət etmisinizmi?

    – Xeyr. İmkan olmadığından onu masaja da apara bilmirik. Ayağı və əli əyilir. Qonşuların və yaxınlarımızın verdiyi 5-10 manat yardım ancaq Nazimin günlük ehtiyaclarını ödəyə bilir.

    Nazimin əsəbi tutanda bacısı əlini qoyur ki, sakitləşsin. Bacısı neçə vaxtdır demək olar ki, yatmır. Qardaşına qulluq edir. Dodaqlarını yeməsin deyə qızım barmağını onun dodaqlarının arasına qoyur. Xeyirxah insanlardan balam üçün kömək istəyirəm. Balamın müalicəsi var. Arzuları gözündə qalmasın.

    -Siz dayı kimi Nazim haqqında nə deyə bilərsiniz?

    – Nazim mənim bacım oğludur. O, gözümün qabağında böyüb. Bacım oğlu çox ağıllı, tərbiyyəli uşaq idi. İdmanla məşğul olurdu. Atası gözünün qarşısında 2-ci mərtəbədən yıxılıb öldü. Atası da çox yaxşı, savadlı insan idi. Yəqin ki, o vaxtdan tramva alıb. Azərbaycana gələndən sonra öz istəyi ilə əsgər getdi. Əsgərlikdən qayıtdıqdan sonra işləyib ailəsini saxlayırdı. Nişanlısı ilə danışdığı yerdə bu vəziyyətə düşüb. 4-cü ilə keçir ki, Nazim bu vəziyyətdədir. 1 ay xəstəxanada müalicə alıb. Ondan sonra ancaq evdə baxılır. Ailənin heç bir yerdən gəliri gəlmir. Ancaq 140 manat pensiya ilə dolanırlar. Vəziyyətləri çox çətindir. Hər birimiz yardım etməyə çalışırıq. Bizim yardımlarımız ancaq onun dərmanlarını görür. 1 il yarımdır ki, Nazim xaricdə müalicə olunması üçün Səhiyyə Nazirliyində qeydiyyatdadır. Amma o vaxtdan bir xəbər yoxdur. Xeyirxah, imkanlı insanlardan yardım istəyirik. Təkcə Nazimin sağalmağını arzulayırıq. Anasının gözü yaşlı qalıb. Azərbaycan xalqından kömək gözləyirik. Bu cavan balanın arzuları gözündə qalmasın. Bacısı, qardaşı da Nazimə baxdıqları üçün işləyə bilmirlər. Nazimin sağalması göydə Allaha, yerdə isə xeyirxah insanlara qalıb.

    – Safura xanım, bacınız oğlu haqqında siz nə deyə bilərsiniz?

    – Nazim mənim bacım oğludur. Mən hər kəsdən xahiş edirəm ki, bacıma və oğluna kömək etsinlər. Xeyirxah insanlardan, xalqımızdan Nazim üçün kömək istəyirəm ki, Nazim sağalsın. Bacım oğlu çox yaxşı oğul idi. Hərbi xidmətə öz istəyi ilə gedib. 3 ildir ki, o, səbəbi bilinməyən xəstəlikdən əziyyət çəkir. Günə 100-150 manat təkcə Nazimin dərmanlarına və başqa ehtiyaclarına gedir. Qonşular, tanışlar, qohumlar gücləri çatdıqları köməyi edirlər. Amma o yardımlar günlük xərcini heç görmür. Hər kəs gücü çatdığı qədər kömək edir ki, təki Nazim yaşasın. Xalqımızdan bacım üçün kömək diləyirəm. Bacım çox əzablar çəkib. Gənc yaşda yoldaşını, qardaşını, qardaş balasını itirib. Biz hər şeyi Nazimə qurban edirik. Təki o sağalsın, əvvəlki vəziyyətinə geri dönsün. Xarici dövlətdə müalicəsi var. Xahiş edirəm ki, müalicə üçün imkanı olanlar yardım etsinlər. Gəncdir, arzuları gözündə qalmasın. Nazimin gözəl dodaqları var idi. Amma bu gün Nazim dodaqlarını da, dilini də yeyib. Bacısı qardaşına görə ailə qurmur. Deyir, qardaşım sağalsın, sonra ailə quracam.

  • Bakı metrosunda konsert – VIDEO

    Bakı metrosunda Qara Qarayevin 100 illiyi qeyd edilib.

    “Bakı Metropoliteni” QSC SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə bəstəkarın adını daşıyan “Qara Qarayev” stansiyasında musiqili proqram təşkil edib.

    Simli kvartetin ifasında Qarayevin və digər bəstəkarların əsərlərindən ibarət konsert proqramı təşkil edilib, layihə sərnişinlər tərəfindən maraqla qarşılanıb.

    “Qafqazinfo” sözügedən konsertdən videomaterialı təqdim edir:

  • Azərbaycanlı futbolçu 1 milyondan imtina etdi

    Türkiyənin 2-ci liqasında çıxış edən “Karşıyaka” sabiq futbolçusu Mahir Şükürovla arasında olan borc problemini həll edib.

    Yenicag.az xəbər verir ki, maaşını ala bilmədiyi üçün FİFA-ya müraciət edən millimizin sabiq üzvü sonda istəyinə çatıb.

    Bunu açıqlamasında klub prezidentinin vəkili Gökhan Şensan deyib. Onun sözlərinə görə, tərəflər problemin həllində ortaq məxrəcə gəliblər.

    Məsələ burasındadır ki, İzmir təmsilçisi Mahirə 1,5 milyon türk lirəsi ödəməli idi. Şükürov idə 500 min türk lirəsi qarşılığında qarşı tərəflə razılaşaraq istəyinə çatıb. Bu isə 224 min manat deməkdir.

    Qeyd edək ki, “Karşıyaka” Mahir Şükürova borcunu ödəməyəcəyi halda 6 xalının silinməsi cəzası ilə razılaşmalı olacaqdı.

  • Evinə çağırdığı ustaya ərə getdi, indi küçələrdə qalır – VİDEO

    “Evimə çağırdığım usta bir müddət sonra mənə evlilik təklifi etdi. İlk vaxtlar buna etiraz etsəm də, sonradan razılaşdım. Bir gün anasını bizə elçi göndərdi. Evlənməmişdən əvvəl məndən pul istədi. Notarius qaydasında toydan əvvəl ona 23 min dollar pul verdim. Amma bunu borc kimi verdiyimi və evlilikdən sonra qaytaracağını dedim. Çünki o pulu məndən alarkən evlərinin tikintisinin sona çatdırılması üçün istəmişdi. Pulu ona verdikdən 3 gün sonra ailə həyatı qurduq…”

    Sumqayıt şəhər sakini Xoşgül İzzət qızı Allahverdiyeva femida.az -a müraciətində həyat yoldaşı tərəfindən evinin satıldığını və hazırda küçələrdə yaşadığını bildirib. Onun sözlərinə görə, 2014-cü ildə ailə həyatı qurduğu Allahverdiyev Zaur Mənsim oğlu ona məxsus evi satdıqdan sonra arvadını küçələrdə qoyaraq Rusiya Federasiyasına gedib. Evlilikdən əvvəl 23 min dolları geri ala bilmədiyi üçün xanım məhkəməyə müraciət edib.Sumqayıt Şəhər Məhkəməsinin 2014-cü ildə çıxardığı qərar bu günə kimi qarşı tərəfdən icra olunmayıb.

    Bu günlərdə məlum olub ki, ərinin ona verdiyi torpaq sənədləri də saxtadır.

    “Mənə məxsus evi satdıqdan sonra torpaq aldığını dedi. Mənim oxumağğı bacarmadığımı bilirdi. Bundan istifad edib, saxta sənədi mənə təqdim edib. Həmin sənəd tam başqa adamın adınadır. Həmin sənədi götürüb Sumqayıt Şəhər 4-cü Polis bölməsinə getdim. Orada polislər mənə dedi ki, bu sənəd saxtadır. Amma cinayət işi hələ başlanmayıb. Mənim də vəkil tutmağa imkanım yoxdur. Heç kimim də yoxdur. Xahiş edirəm, hüquqlarımın müdafiə edilməsində mənə kömək edin”, deyə əri tərəfindən küçələrə atılan qadın bildirib.

    Əri tərəfindən evi satılaraq küçələrə atılan qadının acınacaqlı həyat yolu barədə reportajı təqdim edirik: