Month: February 2018

  • Toya hazırlaşan oğlanın dəhşətli qətli — Məhkəmə

    Ağdaş rayonunda bələdiyyə sədrinin oğlunu qətlə yetirməkdə təqsirləndirilən 37 yaşlı Cabir Savxanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    “Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xəqanı Səmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

    İttihama görə, qətl Ağdaş rayonunun Qəribli kəndində törədilib. Kənd sakini Cabir Savxanov həmkəndlisi, 22 yaşlı Sahib Həsənovu bıçaqlayıb.

    Onların arasında mübahisə kənddə keçirilən toy məclisində düşüb. İçkili vəziyyətdə olan Cabir Savxanov Sahib Həsənovla mübahisəni toyxanadan kənarda davam etdirmək üçün onu çölə çağırıb və üzərində gəzdirdiyi cib bıçağı ilə sonuncunun sol buduna bir neçə zərbə endirib.

    Qəribli kəndi rayon mərkəzindən 40 kilometr aralıda yerləşdiyindən yaralı xəstəxanaya gec çatdırılıb və nəticədə o, dünyasını dəyişib.
    Qeyd edək ki, mərhum Sahib Həsənov Qəribli kəndinin də daxil olduğu Aşağı Nemətabad kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.

    Cinayəti törədən Cabir Savxanov hadisədən bir neçə saat sonra polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, ailəlidir, 2 övladı var. Nişanlı olan Sahib Həsənovun ailəsi onun toyuna hazırlaşırmış.

    Cabir Savxanov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilir.
    İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü günahkar bilib.

    Növbəti proses fevralın 15-də davam edəcək.

  • Bayılda işıq, qaz və su xətləri sökülür

    Bakının Səbail rayonunda Bayıl yamacındakı sürüşmə zonasına gedən bütün su, qaz və işıq xətləri şəbəkədən ayrılaraq sökülür.

    Median.Az
    Trend-ə istinadən xəbər verir ki, Bayıl sakinləri bildiriblər ərazidə çatlar əmələ gələndən sonra mənzillərə elektrik enerjisi, su və qaz verilişi dayandırılıb:

    “Həmin vaxt sadəcə qaz, su və işığın verilməsi dayandırılmışdı. Lakin artıq xətlər əsas hissədən ayrılaraq sökülür. Axşamlar qadınları və azyaşlıları sığınacaqlara göndəririk, kişilər isə evdə olur”.

    Sakinlərin sözlərinə görə, ərazidə yeni çatlar da əmələ gəlib və sürüşmə aktivdir: “Dünən yeni çatlar əmələ gəlmişdi. Bu çatlar evlərdə də hər gün hiss olunur”.

    “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qəzalı vəziyyətdə olan ərazilərə verilən su xəttinin ayrılmasını təsdiqləyib:
    “Bayıl yamacındakı sürüşmə ilə əlaqədar Fövqəladə hallar üzrə Dövlət Komissiyasının qərarı ilə həmin ərazidə təxminən 100-ə yaxın evə suyun verilişi dayandırılıb. Sürüşmə ərazisinin ətrafında yerləşən, təhlükəli yerdə olmayan hissələrə də su eyni xətdən verilir. Ona görə də təhlükəli olmayan mənzillərdə yaşayan sakinlərə su verilməsi üçün qəzalı mənzillərə gedən su xətti şəbəkədən ayrılıb. Hələ ki, su xətləri kəsilib daşınmır, mənzillərdə olan sayğaclar və su xətləri olduğu kimi qalır”.

    “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev bildirib ki, əraziyə yalnız təbii qazın verilişi dayandırılıb: “Xətlərin sökülməsi ilə bağlı heç bir iş görülmür. Sadəcə, köçürülən evlərin qaz təchizatı dayandırılıb. Əgər ərazidə söküntü işlərinə başlanarsa, həmin vaxt bizə müraciət oluna, ondan sonra qaz xətlərinin söküntüsünə başlana bilər”.

    “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qeyd edib ki, ərazidə sürüşmə zamanı zədələnən xətlərin dirəkləri götürülür: “İşıq dirəkləri və xətlər sökülmür. Sadəcə, sürüşmə nəticəsində həmin ərazidə bir neçə işıq dirəyi zədələnib, xətlər əhali üçün təhlükə yaradıb. Ona görə də əhalinin təhlükəsizliyini nəzərə alaraq, həmin dirəklər və xətlər götürülür. Onsuz da həmin əraziyə elektrik enerjisinin verilişi dayandırılıb. Amma sayğaclar və mənzillərə çəkilən xətlər sökülməyib”.

    Qeyd edək ki, Bayıl qəsəbəsində sürüşmə zonasında prosesin aktivləşməsi nəticəsində evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir. Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb.

  • Xəzər rayonu ərazisində törədilən ağır cinayətin üstü “isti izlər”lə açılıb

    Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər.

    DİN mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb.

    Rayon polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən edilib.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi və prokurorluğu əməkdaşlarının peşəkarlıqla keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İ.Əliyevin oğlu Elməddin tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o “isti izlər”lə saxlanılıb.

    Əməliyyat tədbirlərinin davamı olaraq cinayətin digər iştirakçıları da müəyyən edilib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Vəlican Dadaşov və Nəcməddin İsmayılov da saxlanılaraq istintaqa cəlb ediliblər.

  • Çində müsəlmanları həbs düşərgələrinə doldururlar

    Çində təxminən 120 min müsəlman-uyğuru Sinszyan-Uyğur Muxtar Rayonunun (SUMR) Kaşqar şəhərindəki siyasi maarifləndirici düşərgələrə göndəriblər.

    Virtualaz.org bildirir ki, bu barədə CNN xəbər yayıb.

    Çin Xalq Respublikasının ən böyük regionlarından birində, harada ki, İslam əsas dindir, hakimiyyət siyasi düşərgə yaradıb və orada on minlərlə uyğuru yenidən tərbiyələndirir. Orada onlar inqilabi mahnılar ifa edir, Çin Xalq Respublikasının sədri Si Szinpinin ideyalarını öyrənir və doğma olmayan Çin dilində danışırlar. Ona görə belə deyirik ki, yerli sakinlərin dili uyğur dilidir.

    Mərkəzi hökumətin belə hərəkətləri insan hüquqları uğrunda mübarizə aparan fəallar və yerli sakinlər tərəfindən kəskin qınaqla qarşılanır.

    Fəallar iddia edirlər ki, yerli hökumətin Si Szinpinin hərəkətlərinə loyal yanaşması qanunsuzluqdur. Hakimiyyət potensial təhlükəli uyğurları təkcə həbs edib həbsxanalara salmır, həm də hər yerdə müşahidə kameralarını qoyur, nəqliyyat vasitələrinə GPS-tənzimçiləri quraşdırır, 16-65 yaş arasında olanların DNK nümunələrini toplayır…

  • “Kartla qumar oynamışdılar”- Zabratdakı qanlı cinayətin təfərrüatı

    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Məzahir Xəlilovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Musavat.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
    İttihama görə Məzahir Xəlilov yaşadığı qəsəbədə Elşad Şirinovu bıçaqlayıb. Hadisəyə səbəb söyüş olub. Söyüşdən əvvəl isə Məzahir Xəlilov başqa şəxslə qumara görə mübahisə edirmiş.

    Elşad Şirinov onları sakitləşdirmək istəyərkən davanın iştirakçısı olub. Məzahir Xəlilovla əvvəlcə əlbəyaxa olublar. Bir-birlərini söydükdən sonra Məzahir bıçaqla Elşad Şirinovun sinəsinə bir zərbə vuraraq qaçıb.

    Hadisə ötən il Bakı şəhəri Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.

    M.Xəlilovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq niyyətiylə) maddəsi ilə ittiham irəli sürülüb.

    Məzahir Xəlilov elan edilən ittihamla özünü qismən təqsirli bilib və deyib ki, Elşad Şirinovu söyüş söydüyü üçün vurub.
    Məhkəmədə ilk olaraq zərərçəkmiş Elşad Şirinov ifadə verib. O deyib ki, hadisə günü evdən siqaret almaq üçün çıxıbmış. Amma məhəllədəki market bağlı olub. Evə qayıtmaq istəyərkən yaxınlıqdakı kafedən səs-küy eşidib:

    “Yaxınlaşanda iki nəfərin mübahisə etdiyini, bir-birlərini söydüyünü gördüm. Söyüşün biri bir qəpik idi. Gördüm ki, onlardan biri məhəllə adamı Elşaddır. Elşadın atası ilə münasibətimiz yaxşıdır. Onu sakitləşdirməyə çalışdım. Mübahisələri belə başlamışdı ki, dominoda, ya da kartda qumar oynamışdılar. Elşad uduzmuşdu. Məzahirə deyirdi ki, “niyə başqası ilə birləşib məni uddun?”. Mən Məzahiri ilk dəfə idi görürdüm”.

    Elşad Şirinov etiraf edib ki, həmin vaxt qonşusuna tərəf çıxıb. Elə bu zaman da Məzahir onunla mübahisə eləməyə başlayıb:
    “Dedi ki, sən kimsən söhbətə qarışırsan? Başladı söyüş söyməyə. Mən ona bir yumruq vurdum. Yerə yıxıldı. Ayağımdan tutub məni yıxdı və boğazımdan tutdu. Bir yumruq da onda vurdum”.

    Zərərçəkmiş söyləyib ki, həmin vaxt qonşusu Elşad da yerə yıxılan Məzahirə təpiklə zərbələr endirib.

    Elşad Şirinovun sonradan danışdıqları isə hakimlər heyyətinə inandırıcı gəlməyib. O deyib ki, davadan sonra tərəflər sakitləşib. Və hətta pivə içməyə getmək istəyiblər:

    “Elşad mənə dedi ki, gedək pivə içək. Mən də razılaşdım. Məzahir dedi ki, mən də sizlə gedirəm. Elşad razı olmadı. Söylədi ki, ona pivə almağa pulu yoxdur. Biz dəmiryolu ilə gəlirdik. Məzahir dedi ki, məni gözləyin. Biz də dedik bəlkə pul gətirməyə gedir. Qayıdanda mənə tərəf gəldi. Əlindəki bıçağı sonradan gördüm. Məni vuran kimi qaçdı. Sonra polislər onu evindən tutdu”.

    Hakim zərərçəkmişə sual verərək davadan sonra Məzahiri yolda gözləmələrinin səbəbini soruşub. Elşad Şirinov yenə eyni cavabı verib ki, Məzahirin pul götürüb gələcəyini düşünürmüş.

    Bu haqda təqsirləndirilən şəxs Məzahir Xəlilov fərqli şəkildə danışıb. Deyib ki, onlar aralaşan zaman Elşad Şirinov yenidən onu söyüb: “Mən dedim ki, məni niyə vurdunuz? Dedilər ki, yaxşı elədik. Mən də əsəbləşdim. Dedim gözləyin, gəlirəm. Fikirləşdilər ki, gedən adam gətirəcək. Arxamca dedilər ki, gəlməyənin də. Gedib həyətdən bıçaq götürdüm. Gələn kimi Elşad Şirinovu vurdum. Sonra da qaçıb gizləndim. Dedim bəlkə arxamca gələcəklər. Amma gəlmədilər. Küçənin tinində gizlənib baxdım. Onlar dəmiryolu ilə çııxb getdilər”.

    Məzahir Xəlilov qeyd edib ki, evə qayıdandan sonra polislər onu saxlayıb.

    Özünü qismən təqsirli bilən M.Xəlilov əməlindən peşman olduğunu söyləyib.

    Zərərçəkmiş Elşad Şirinov təqdirləndirilən şəxsi bağışladığını deyib.

    Məhkəmə prosesi davam edir.

  • Azərbaycanda məktəbdə qanlı hadisə: şagird müəllimini bıçaqladı

    Göyçay rayonunda orta məktəbdə bıçaqlanma hadisəsi olub.

    APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay şəhər 7 saylı tam orta məktəbdə hərbi hazırlıq müəllimi Elşən Süleymanov dərs vaxtı 9-cu sinif şagirdi N.B.-ni kobud davranışına görə danlayıb və onların arasında mübahisə yaranıb.

    Əsəbləşərək yaşadığı evə gedən N.B. mətbəx bıçağını götürərək, məktəbə qayıdıb. O, müəllimi Elşən Süleymanova yaxınlaşaraq qəflətən onu bıçaqlayıb. Yaxınlıqdakı müəllimlərin köməyi ilə bıçaq şagirdin əlindən alınıb. Hadisə zamanı Elşən Süleymanov qolundan bıçaq xəsarəti alıb. Ona tibbi yardım göstərilib.

    Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • “Atam məni 17 yaşımda 800 manata satdı” – Gecələri küçədə keçirən Günelin DƏHŞƏTLİ HƏYATI

    Hər gün sevgilisi, nişanlısı, həyat yoldaşı tərəfindən döyülən, zorakılığa məruz qalan, hətta öldürülən qadınlar haqqında xəbərləri oxuduqca insan dəhşətə gəlir. Qadınların əksəriyyəti xoşbəxtlik üçün, sevgisi naminə hər şeydən keçib, ailə qurur. Bəzən isə qızların nə istədiyini düşünmədən onların həyatı ilə bağlı qərarlar verilir.

    Cəmi bir dəqiqə sonra başına nələrin gələcəyini heç kim bilmir. Hələ bir də ailə qurub ana olandan sonra qadınların hansı əziyyətlərə sinə gərdiyini hər adam anlaya bilməz. Budəfəki həmsöhbətimiz də məhz belə qadınlardandır.

    Günel deyir ki, həyat ona bəzən insanı bədbəxt edənlərin, uçurumdan itələyənlərin elə öz dogma valideynləri olduğunu sübut edib.

    Median.Az bildirir ki, publika.az-ın yolu yenə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyindən düşdü.

    Əvvəlcə ağlıma ilk gələn Ayşən oldu. Görən hələ də burdadırmı? O dəfəki söhbətimizdən sonra nə düşünür, nə edir? İçəri girəndə mənzərə eyni oldu. Yenə hər kəs bir işin qulpundan yapışıb başını qatırdı. Keçən dəfə bizi qarşılayan xanım məni görən kimi “o dəfə gələn jurnalist qız gəlib” – deyə, içəriyə xəbər verdi. Oturub bir neçə dəqiqə gözlədik. Elə bu an içəriyə bir xanım gəldi. Əlində sini, üzərində 3 stəkan çay, yanında da konfetlər. Əvvəlcə sığınacağın işçisi zənn edib, ona əziyyət çəkməməsini deyərək, təşəkkür etdim. Amma o, oturacağı yaxına çəkib, yanımda əyləşdi. Sözü olduğunu dedi.

    “Adımı başqa cür qeyd etsəniz olar? Qorxuram atam məni tapıb, öldürər…”

    Öyrəşmişik axı, qız övladları hər zaman ataya meyilli olar. Ataları tərəfindən daha çox sevilib, əzizlənər. Atanı özlərinə dağ bilib, ona sığınar… Amma bir çoxumuzun ümid yeri bildiyimiz o dağ Günelin başına yıxılmış qaya parçasından başqa bir şey olmayıb…

    İlk cümləsi də belə oldu: “Atam öz xoşbəxtliyi üçün məni bədbəxt elədi”.

    “Adım Güneldir. Kənddə böyümüşəm. Özümdən kiçik bir qardaşım var Ailəmizdə atam bizi çox incidirdi. Bəlkə də, çalışırdı bizim üçün ən yaxşısını etsin, amma hər şey tam əksinə olurdu. Mənim 15 yaşım tamam olandan qapımıza elçilər gəlməyə başladı. Mən isə hər dəfə bu yaşda ailə qurmaq istəmədiyimi, təhsil almaq arzusunda olduğumu deyirdim. Başa düşürdüm ki, bu kənddə adətdir. Qızları erkən yaşda ərə verirlər. Amma anamın mənə dəstək olacağına ümid edirdim. Hər evdə söz-söhbət olur. Hər dəfə atamla anam mübahisə edəndə, anam deyirdi “çıxıb gedəcəm”, atam da “get, qapı açıqdı” cavabı verirdi. Amma inanmırdım ki, anam övladlarını atıb gedər. Çox əziyyət çəkirdi, bilirəm, amma bizi də özü ilə aparaydı. Sonradan bilmədim nə oldu, nə olmadı, bir gün səhər oyandıq gördük ki, anam yoxdur. Üstündən bir həftə keçmədi ki, atam evə başqa qadın gətirdi. Axşam hər zamanki kimi süfrə açıb atamın evə gəlməsini gözləyirdik. Süfrə başına keçəndə bizə dedi ki, tanış olun bu sizin yeni “ananızdı”. Heç nə demədim, sakit durdum. Bir neçə gün sonra Qobustandan olan bir nəfərə məni məsləhət görüblər. Deyiblər ki, bəs belə bir qız var, dindardı, təmiz adamdı və s. Heç 1 ay deyildi o qadının bizim evə gəldiyi, amma atama deyirdi ki, qızı ərə ver, getsin. Həmin ərəfələrdə də bu oğlanın ailəsi qapımıza gəldi. Oturub danışdılar, atam dedi, namaz qılan ailədilər, pis olmazlar, səni o oğlana verəcəm. Nə qədər yalvar-yaxar etdimsə, məni eşitmədi. Mənə dedi ki, “ögey ananla bir evdə, sən yaşda qız alınmır. Biz də təzə birlikdə yaşamağa başlayırıq, bir az başa düş. Axır-əvvəl ailə qurmalısan, 1 ay tez, 3 ay gec, nə fərqi var?”

    Günel danışdıqca barmaqlarını bir-birinə dolayır, dişlərini qıcayırdı. Sanki onu qışın bu günü buz dolu vannaya qoyub küçədə saxlamısan. Sonradan danışdıqlarını eşitdikcə, bu titrəmənin əslində heç də sıradan bir həyəcan olmadığını anladım. Danışdıqca ağlayır, peşmançılıq çəkirdi. Canının yandığı gözlərindən oxunsa da, onu bu həyata sürgün edən öz ağılsızlığı olmamışdı axı. Bəlkə də, onu da yandıran məhz bu məqam idi. Bir az toxdayıb, davam elədi:

    “Məni bu oğlana ərə verdilər. Gəlin köçəndə də heç bir xəyalım yerinə yetməmişdi. Bizim kənddə bəzi atalar qızlarını başlıq puluna satırlar. Məni də atam 800 manata bu oğlana “satdı”. Bəlkə də atam mənə imkan versəydi, təhsil alıb, bir işə girib işləsəydim, hər ay evə 800 manat qazandıracaqdım, kim bilir ki? Həyatımın 7 ili “bəlkə”, “bəlkə” deməklə keçdi. 17 yaşımda atamın təzyiqi ilə məcbur ailə qurdum. Elə toydan 2 gün sonra qara günlərim başladı. Qayınanamla birlikdə yaşayırdıq. Evdə mən, yoldaşım, kiçik baldızım qalırdıq. Tezdən durduq yemək yeməyə, süfrəni hazırladım, amma məni süfrəyə oturmağa qoymadılar. Qayınanam dedi ki, süfrədən qalx. Elə bildim zarafat edir. Birdən özü durdu ayağa başladı başını divara çırpmağa ki, mənim sözümü eşitmirsən, sən kimsən, nəçisən? Təhqir ardınca təhqir eşitdim. Yoldaşım isə məni müdafiə etmədi. Dedi, anam düz deyir, söz eşit, yoxsa sənin üçün pis olacaq. Hər günüm bax belə keçirdi. Sonradan baldızlarım mənə dedi ki, anamıza çox fikir vermə, özündən asılı deyil. Xəstə düşmüşdü. Bir az da kök qadın idi. Hər dəfə onu tək qaldırırdım. Gücüm çatmırdı. 2 dəqiqədən bir deyirdi gəl, mənim yerimi dəyiş. Bir neçə ay sonra hamilə qaldım. Onun ucbatından az qala uşağımı itirəcəkdim”.

    Günelin bu evlilikdən bir qızı, bir oğlu var. Hər dəfə danışdıqları onu göz yaşlarına boğanda, gözünü əlləri ilə silib mənə deyirdi ki, “Könül, bilirsən, hər şeyə rəğmən mənim bir qızım, bir oğlum var. Mən anayam…” Qeyri-ixtiyari hiss etdim ki, gözlərim dolur. Mən Güneli tam başa düşə bilmərəm, amma mənə elə gəlir ki, oxucularımız arasında ana olan xanımlarımız onun nə demək istədiyini anladı. Beləcə, söhbətimiz daha ağrılı-acılı hadisələrə doğru davam etdi:

    “Üzr istəyirəm, hamilə olduğum vaxtlarda, yoldaşım evdə olmayanda, üstümə şər atırdı. Mənə hədə-qorxu gəlirdi ki, qoy gəlsin, gör səni necə döydürəcəm. Yoldaşım evə gələndə deyirdi ki, arvadın pəncərədən ona-buna baxır, telefonda saatlarla kiminləsə danışır. Bunların heç birini etməmişdim, bir Allah şahiddir. Yoldaşım isə heç nə soruşmadan, üstəlik hamilə olduğumu bilə-bilə məni döyürdü. Bir onu düşünürdüm ki, uşağımı qoruyum. Əlinin altından qaçırdım ki, ağır zərbələr almayım. Yoldaşım məndən 8 yaş böyük idi. Sevib ailə qurmamışdım, amma adətimiz var, ata evindən çıxdınsa, getdiyin evdən meyidin çıxmalıdır. Ata evinə qayıda bilməzsən. Qonşuluqda olan gəlinlər məni görəndə halıma yanırdılar. 7 qat el mənə acıdı, amma atam acımadı”.

    Hıçqıra-hıçqıra ağlamağa başladı. Sonra anidən dayandı. Hərdən onun bu hərəkətləri məni qorxudurdu, amma sonra anladım ki, uşaqlarına görə səsini boğur. İstəsə də, uşaqları onun səsini eşidə bilməzdilər, çünki onlar yuxarıda, Günelə verilən balaca otaqda yatırdılar. Amma yəqin ki, bu da analıq instinktindən irəli gələn davranışlardan biri idi:

    “Bilirsiz, mən ürək rahatlığı ilə ağlaya da bilmirəm. Uşaqlarım gözümdə yaş görən kimi, mənə qoşulub ağlamağa başlayırlar. Onun dərdindən istəmirəm səsimi eşitsinlər. Yoldaşım məni döyəndə birinci heç kimə, heç nə demədim ki, hər ailədə belə söz-söhbətlər olur. Sonra hər gün daha da möhkəm döyməyə başladı. Evə girən kimi, kəmərini belindən çıxardıb başlayırdı məni döyməyə. Heç bir səbəb tapa bilmirdim. Yemək vaxtında hazır olurdu, əyin-başına diqqət edirdim, ev-eşiyi silib-süpürürdüm, anasının nazı ilə oynayırdım. Mən də insanam, 5 dəqiqə bir kənarda dincəlməyə qoymurdular. Sonra övladım dünyaya gəldi. Düşündüm ki, insandı, övlad sevgisi dəyişər. Hər şey yaxşı olar. Amma lap betər oldu. Məni qışın soyuğunda qucağımda 1 aylıq uşaqla küçəyə atdı. Nə qədər yalvardım ki, heç olmasa, uşağı götür, hava soyuqdu. Götürmədi. Balamı yun paltarımın altına salıb, sinəmə sıxdım ki, donmasın. Özüm də həyətdə kiçik anbar kimi bir yer vardı, küləkdən qorunmaq üçün ora qısıldım. Səhərə qədər çöldə qaldım. Tezdən yoldaşım işə gedəndə baldızım bizi içəri çağırdı. Soyuqdan əlim-ayağım tutmurdu. Mənə etdiklərinə dözərdim, amma uşağıma qarşı belə davranmasına dözə bilmədim. Atamın yanına getdim, başıma gətirdikləri oyunları bir-bir danışdım. Atam mənə dedi ki, getmisən, dözməlisən. Axı məni sən zorla o adama verdin, mən başqaları kimi qaçmamışam, ağılsızlıq etməmişəm. Tək günahım valideynimin sözünü yerə salmamağımdır. Sən də mənə sahib çıxmırsan. O qədər yalvarmağıma baxmayaraq, atam mənə bircə bunu dedi: “Uşaqlarınla bu evə gəlməyi ağlının ucundan da keçirmə. Ögey anan hamilədi, başı səs götürmür”.

    Yenə kor-peşman ər evinə qayıdan Günel ailəsindən əlinə üzüb həyatına davam edir:

    “Atam məni evdən qovandan sonra, gedəcək yerim yox idi. Evə qayıtdım və 7 il bu zülmə dözdüm. İkinci övladım da dünyaya gəldi. Uşaqlarımı gözümün qabağında kəmərlə döyürdü, ac-susuz saxlayırdı. İnanın, bədənim yara-bərə içərisində idi. Heç bilmirdim ki, özümü qızımın qabağına atım, yoxsa oğlumun. Bu dəfə dedim konkret bitdi. Uşaqlarımı da götürüb çıxdım evdən. Bir müddət ana tərəfdən uzaq qohum var, onların evində qaldım. Sonra da eşitdim ki, belə bir yer var. Gəldim bura. Bura ilk dəfə müraciət edəndə yer olmadığı üçün məni götürməmişdilər. Amma bir neçə aydan sonra məni çağırdılar ki, gələ bilərsən, bir neçə nəfərlik yerimiz boşalıb. Heç vaxt ağlıma gəlməzdi ki, belə bir şeyə sevinim. Amma çox sevindim ki, başımın üstündə bir dam olacaq. Atam və qardaşım burda olduğumu bilmir. Atam özü dövlət işində işləyir, bilsə məni öldürər”.

    Günel deyir ki, yoldaşı onunla evli ola-ola ikinci dəfə ailə qurub:

    “Mənimlə boşanmamış eşitdim ki, ikinci dəfə ailə qurub. Mən də boşanma üçün ərizə vermişdim. Oğlumun 4, qızımın isə 6 yaşı var. O qadın da həmin evdə dözə bilmədi, ayrıldı, aliment kəsdirdi. Məhkəmə mənə də aliment kəsmişdi. O qadının pulunu ödəyirdi, amma mənə bir qəpik də vermirdi. Sonra başladı ayaqlarıma düşdü, yalvardı-yaxardı ki, sənin qədrini bilmədim, nə eləmişəmsə, bağışla, ailəmizi dağıtmayaq. Mən də övladlarıma görə, yenə dedim evimdi, qayıtdım. İstəmədim sabah mənə deyilən “atan-anan boşanıb, sən belə həyata layiqsən” sözlərini kimsə qızıma desin. Birinci məhkəmədən aliment müraciətimi geri aldırdı. Həmin gün evə gələncə məni huşumu itirənə qədər döydü ki, sən kimsən mənə aliment davası açırsan. Burdaca səni öldürərəm, itirib-axtaran olmaz. Uşaqları çağırırdı, 5 dəqiqə gec eşidəndə, gec cavab verəndə, gözlərinin yaşına baxmırdı, kəmərlı döyürdü. Bir dəfə də uşaqları döyməyə başladı, əlindən almaq istəyəndə məni qoydu otaqda uşaqlarımı götürüb qaçdı. Neçə ay səssiz-səmirsiz evdə oturdum. Anası mənə zülm elədi. 4 ay hər gün mən balalarımın yolunu gözlədim. Qorxdum polisə deməyə ki, uşaqlarıma ziyan verər. Cəmiyyətimiz də həmişə günahı qadınlarda görür. Qorxdum ki, deyərlər cavan gəlin qalıb polis məntəqələrində. Sonra çarəsiz qalıb, hər şeyi gözə alıb polisə müraciət etdim ki, 4 aydı övladlarımı aparıb, nə danışmağa qoyur, nə görüşməyə. Polis gücü ilə uşaqlarımı geri aldım və birdəfəlik əlaqəni kəsdim. Görən dedi ki, sən 2 uşağa bu halda necə baxacaqsan, at üstlərinə özləri baxsınlar. Elə o gün, bu gündür buradayam”.

    Başına gələnləri bizimlə bölüşdükcə, yüngülləşirdi Günel. Gözlərinin yaşı qurumuşdu. Qorxa-qorxa ondan yenidən ailə qurmaq fikrinin olub-olmadığını soruşdum. Cavabı aşağı-yuxarı təxmin etdiyim kimi oldu:

    “Mən Allaha inanan adamam. Bilmirəm qədərimdə məni daha nələr gözləyir. Amma bu dəqiqə ailə qurmaq niyyətim yoxdur. Tək istəyim, bir iş tapıb, uşaqlarımı da götürüb balaca bir evə köçüm. Onları böyüdüm. Özlərini tək hiss etməsinlər. İndi mənə çox ağır gəlir yaşadıqlarım, amma nə bilim, bəlkə elə xeyirlisi bu imiş? Bəlkə qalsaydım, öləcəkdim, övladlarım da kim bilir kimlərin əlində qalacaqdı. Allah buyurub ki, hər bir çətinlikdən sonra mütləq asanlıq gəlir. Qızımın artıq 6 yaşı var. Gələn il məktəbə başlayacaq. İstəmirəm əskiklik hiss etsin. Paltarını, çantasını, qələmini, nə bilim, bütün ləvazimatları hazır olsun istərdim. Mən özüm-öz ayaqlarım üstündə dayanıb, uşaqlarıma baxacam, hər kəsə sübut edəcəm ki, uşaqlarıma baxa bilirəm. Atamı da heç vaxt bağışlamayacam. Çünki mənim başıma gələnlərin tək səbəbkarı odur. 800 manat pula mənim və günahsız uşaqlarımın həyatını satdı”.

    Söhbətimiz demək olar ki, yekunlaşırdı. Günel bir söz işlətdi. Sonra tez də əlavə etdi ki, bunu yazmayın, ürəyim yandığından dedim. Amma düşünürəm ki, bu söz çox insanın gözünü açacaq. Günel deyir ki, iş üçün hara müraciət edirsə, onu tanımadan-bilmədən, təkcə sığınacaqda yaşadığına görə, oğru, əxlaqsız qadın gözü ilə baxırlar. Bunu isə heç cür qəbul edə bilmir.

    Qeyd: Materialda istifadə etdiyimiz şəkillər sığınacaqdakı qadınlara aiddir.

  • 1000dən çox kişi ilə yatan qadın kitab yazdı – FOTO

    Daha əvvəl min kişi ilə birlikdə olduğunu söyləyən, keçmişdə fahişə kimi fəaliyyət göstərən Guyneth Montenegro adlı qadın sektorun bilinməyən tərəflərini cəmiyyətə açıqlayıb.

    Onun “Gizli qadağa” adlı kitabı işiq üzü görüb. Burada qadın bu fəaliyyətə niyə başladığını, onun çətinliklərini, şəxsi təcrübəsini danışıb. O da bu işin cazibəsinə, işığına aldanan və lüks həyat tərzi içində yaşamaq üçün fahişə olmağa qərar verənlərdən olub. Montenegro qadınların sonradan peşman olduğunu və bunun öhdəsindən gəlməyin çətin olduğunu söyləyib.

    O, bacarıqlı bir fahişə olmaq üçün risk almaq və qadağan olunmuş bölgələrdə bunu etməyin lazım olduğunu deyib. Fahişə qeyd edib ki, insan həyatda çox pul qazanmaq üçün çox risk almalıdır.

    Qadın qeyd edib ki, daha çox pul qazandıqca, daha çox gözləntiləriniz olur. Onun sözlərinə görə qadınlar kişilərin onları gözəl olduqları üçün seçdiklərini zənn edirlər, amma əslində bu, belə deyil: “Kişilər digər qadınlarla etmədikləri hərəkətlər üçün sizi seçirlər. Bu da sizi təhlükəli vəziyyətlərə salır. Ən böyük təhlükələrdən biri şiddətdir. Kişilər yaxşı pul ödəyə bildikləri birinə nə istəsələr edə biləcəklərini düşünürlər və daxillərindəki vəhşi insani hissləri ortaya çıxarırlar. Bundan əlavə, cinsi yolla keçən xəstəliklərə tutulmaq qorxunuz da var”.

    Montenegro hazırda bir xeyir qurumunda işləyir və burada çalışdığından peşman olmadığını söyləyib.// goldnews.az





  • В Китае мусульман сгоняют в концлагеря

    В Китае около 120 тысяч мусульман-уйгуров отправили в политические образовательные лагеря в городе Кашгар Синьцзян-Уйгурского автономного района (СУАР).

    Как передаёт Median.Az, об этом сообщает CNN.

    В одном из крупнейших регионов КНР, где основной религией является ислам, власти создали политический лагерь, в которых перевоспитывают десятки тысяч уйгуров. Там они поют революционные песни, изучают идеи председателя КНР Си Цзиньпина говорят на китайском языке, который им не родной. Местные жители говорят на уйгурском языке.

    Такие действия центрального правительства вызывают резкое осуждение со стороны активистов борьбы за права человека и местных жителей. «Из каждого двора, из каждой семьи забирают по три-четыре человека, — говорит Омер Кенат, председатель комитета всемирного уйгурского конгресса. — В некоторых деревнях на улицах вообще нет мужчин, только женщины и дети, всех мужчин увели в лагеря»
    Активисты утверждают, что действия местного правительства, лояльного Си Цзиньпину, незаконны. Власти не только арестовывают и сажают в тюрьму потенциально опасных уйгуров, но и ставят повсюду камеры наблюдения, принудительно устанавливают GPS-датчики на транспортные средства, собираю ДНК-образцы жителей в возрасте от 16 до 65 лет.

  • 5 binanın arasında göydələn tikilir – “İşığa həsrət qalacağıq” – REPORTAJ, FOTOLAR

    Nizami rayonu, Bəhruz Nuriyev küçəsinin sakinləri binalarının qarşısında gəzinti üçün olan ərazidə tikinti aparılacağından narahatdırlar. B.Nuriyev 23/89 ünvanında yaşayan sakinlərin sözlərinə görə,  adı məlum olmayan tikinti şirkətinin nümayəndələri  ərazidə  hazırlıq işləri aparır, ölçü götürürlər.

    Median.Az xəbər verir ki, “Yeni Müsavat”ın müxbiri adıçəkilən ərazidə olub, vəziyyəti müşahidə edib.
    Ərazidə olduğumuz zaman həmin ətrafdakı  binaların sakinləri ilə həmsöhbət olduq.
    Haqqında danışdığımız ərazi 5 binanın həyəti, gediş-gəliş yolu və avtomobil dayanacağıdır. Bununla yanaşı, binaların qarşısında yaradılan kiçik park isə insanların istirahət məkanıdır.
     
    Sakinlər deyir ki, əgər həmin ərazidə çoxmərtəbəli bina tikilərsə sadalanan bütün imkanlar ləğv olunacaq:“Gördüyünüz kimi,  bu ərazidə avtodayanacaq, park və 10-a yaxın çoxillik ağaclar var. Bizdə olan məlumata görə, hansısa şirkət bu ərazidə 16 mərtəbəli bina tikmək niyyətindədir. Təsəvvür edin ki, burada bina tikilsə sakinlər iflic duruma düşəcək, binalara giriş-çıxış məhdudlaşacaq. Həyətimizdə yeni binanın tikilməsi   tikinti normalarına da uyğun deyil. Həm məsafə baxımından çox sıxlıq olacaq, həm də günəş şüasının qarşısı alınacaq. Beş binanın sakinləri bu yolla hərəkət edir. İki əsas yol var ki, o da məcburi şəkildə ləğv olunacaq. Avtomobil dayanacağa, əsas yola çıxmaq üçün dolana-dolana hərəkət etməli olacağıq”.

    Sakinlər bildirir ki, qazıntı işlərinə başlanılsa binanın həyətinə toplaşaraq etiraz aksiyası keçirəcəklər: “ İki həftədir ki, binamızın qarşısında bünövrə qazıntısı üçün hazırlıq işləri aparılır. Bunu nə qədər gizli şəkildə aparsalar da,  bəlli olur. Tikinti şirkəti bina sakinlərindən xəbərsiz, sakit qaydada öz istəklərini həyata keçirməyə niyyətlidir. Bir neçə dəfə əraziyə naməlum şəxslər gələrək, tikinti ilə bağlı müzakirələr aparıblar. Lakin bu barədə sakinlərə bir söz deyən olmayıb. Hazırlıq işlərindən bəlli olur ki, ərazidə hündürmərtəbəli binanın tikilməsi  nəzərdə tutulur. Hələlik bu vəziyyətə səssiz qalırıq, qazıntı işlərinə başlanmasını gözləyirik. Əgər belə bir hal olarsa, beş binanın sakinləri ayağa qalxacaq. Həmin əraziyə toplaşıb, etiraz aksiyası keçirəcəyik. Kimsə bina tikib, pul qazanacaq deyə, bizim uşaqlarımız, qocalarımız zülm çəkməlidir. Buna imkan verməyəcəyik”.
    Qeyd edək ki, həmin ətrafda başqa bir çoxmərtəbəli bina da mövcuddur. Lakin bu bina tikintisi normalara uyğun aparılıb. Sakinlərlə söhbət zamanı da həmin bina ilə bağlı hər hansı şikayətin olmadığını öyrəndik.

    Binanın tikinti və satış şöbəsinə məsul olan Rizvan Məmmədov şirkətin tikinti normalarına tam riayət etdiyini vurğuladı: “Binanın tikintisi yekunlaşıb, artıq yaşayanlar var. Biz burada bina inşa edən zaman əhatəmizdə olan sakinlərin razılığını aldıq və ətrafda abadlıq işləri aparacağımıza dair vəd verdik. İki binanın həyətində bir sıra abadlıq işləri apardıq. Yeni ağaclar əkdik, yaşıllıqlar saldıq.  Uşaqlar üçün atraksionlar, böyüklərin istirahəti üçün skamyalar quraşdırdıq. Bir neçə gündür ki, sakinlər tədirgindir. 20-ə yaxın sakin bizə müraciət etdilər ki, binalarının  həyətində tikinti işləri aparmaq istəyirlər. Qeyd edim ki, həmin ərazidə tikinti aparmaq məsafə baxımından  normalara uyğun deyil. Salınan mini park, ərazidə olan ağaclar məhv olacaq. İnsanların hərəkəti məhdudlaşacaq. Açığı desəm, bu tikinti bizim də işimizə mane olacaq. Təsəvvür edin ki, 16 mərtəbəli binanın qarşısında başqa bir çoxmərtəbəli bina olarsa, beşmərtəbəli binalara günəş şüası düşməyəcək. Ensiz bir ərazidə tikinti işləri aparmaq isə ətrafda yaşayan sakinlərin həyatını cəhənnəmə döndərəcək”.

    Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov tikinti normalarını belə izah etdi: “Boş sahə tikilinin sahəsindən 3 dəfə artıq olmalıdır. Əgər binanın hündürlüyü 50 metrdirsə, pəncərələr arasındakı məsafə onun 3/1 dən az olmamalıdır. Yəni 16-17 metr məsafədə olmalıdır. Bununla yanaşı, binanın həyəti əhalinin sayına görə  hesablanmalıdır. Bir hektar əraziyə düşən əhali sayı 450 nəfəri keçməməlidir”.