Month: February 2018

  • Xalq artistlərinin milyonluq savaşı davam edəcək

    Xalq artistləri Məleykə Əsədova ilə Ramiz Məlik arasında baş verən qalmaqal bu dəfə apellyasiyaya daşınıb.

    Bu barədə Oxu.Az-a Ramiz Məlikin vəkili Türkel Süleymanlı məlumat verib.

    O bildirib ki, qarşı tərəf Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti edib:

    “Ramiz bəyə hələlik bununla bağlı bildiriş gəlməyib. Biz də ötən məhkəmə proseslərində olduğu kimi, bu dəfə də qarşı tərəfə qarşı iddia qaldıracağıq”.

    Qeyd edək ki, M.Əsədova R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyinə görə həmkarından 200 min manat, R.Məlik də eyni iddia ilə ondan 300 min manat təzminat tələb edir.

  • Yol polisi: Qəzaların başlıca səbəbi ehtiyatsızlıqdır

    Paytaxtın avtomobil yollarında hərəkətin təhlükəsizliyinin etibarlı təminatında hər bir hərəkət iştirakçısının məsuliyyəti var. Bu məsuliyyət o qədər həssas məqamdır ki, ictimai təhlükəsizliyin qorunmasında hər birimiz cavabdehlik daşıyırıq. Əgər şəxs – sürücü, piyada yol hərəkətinin iştirakçısına çevrilirsə, hüquq və vəzifələrə görə məsuliyyət yaranır.

    Bunu Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

    V.Əsədov bildirib ki, nəhəng meqapolisə çevrilən Bakıda insanlar hüquq və vəzifələrinə diqqətli yanaşmalıdır:

    “Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Yəni hüquqlardan sui-istifadəyə yol verilmir. İndiki halda paytaxtın 2244 km məsafədə olan yol şəbəkəsinin son beş ildə hadisələr üzrə təhlili göstərir ki, yol qəzalarının ağırlıq səviyyəsindən asılı olmayaraq, başlıca səbəb ehtiyatsızlıqdır”.

    Bölmə rəisi əlavə edib ki, əsasən, ehtiyatsızlıqdan 2017-ci ildə Bakı şəhərində 646 yol qəza hadisəsi qeydə alınıbsa, nəticədə 207 nəfər insan təlafatı baş veribsə, bu, təkcə dövləti, yol polisini qayğılandırmır, eləcə də, həmin şəxsin üzvü olduğu ailənin faciəsinə səbəb olur, cəmiyyəti narahat edir:

    “Başqa sözlə desək, əgər hadisələrdə 552 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alırsa, həmin şəxs ömür boyu düşdüyü hadisəni, yaxud bais olduğu qəzanın izlərini daşıyır”.

    Daxili İşlər Nazirliyində, yol polisində aparılan ümumiləşdirmələrdən çıxan nəticə, məhkəmə təcrübəsi ilə yekunlaşan qərar və hökmlər də sübut edir ki, avtomobil yollarında hərəkət iştirakçılarının əsas təqsiri ehtiyatsızlıqdır. İstər sürücü, istərsə də piyada ictimai qaydaya diqqətli yanaşmalıdır. Hər bir halda qanunla yolda hərəkət iştirakçısına çevrilən insan şəxsi məsuliyyətini həyat amalına çevirməlidir”.

  • Braziliyalı gənc qız bakirəliyini satır

    Braziliyalı gənc, öz bakirəliyini ailəsinin dolanışığı üçün satdığını etiraf edib.

    Oxu.Az-ın məlumatına görə, bu barədə The Mirror məlumat yayıb.

    Rozali Pinyo (Rosalie Pinho) bəyan edib ki, ona bir gecə üçün 500 min avro (təxminən 1 milyon manat) təklif ediblər. Amma 19 yaşlı qız bununla razılaşmayıb. O hesab edir ki, may ayına qədər onun “bakirəliyinin” qiyməti artacaq. Braziliyalı gənc bu addımı, kasıb həyat sürməsi ilə bağlı olduğunu açıqlayıb.

    “Mən bunu ailəm üçün edirəm. Bizim ailə 7 nəfərdən ibarətdir: anam, 2 qardaşım və 3 bacım. Atam bizi atıb gedəndən sonra dolanışığımız xeyli pisləşib”, – gəc qız danışır.

    Qeyd edək ki, Braziliya qanunvericiliyinə əsasən, ölkədə seksual xidmətlərin göstərilməsi tam qanuna uyğundur.

  • Mariya Zaxarova Azərbaycanın daxili işlərinə müdaxilə ilə bağlı açıqlama verib

    Daxili işlərə müdaxiləni müəyyən etmək, ictimaiyyətə çatdırmaq və bunu olduqca ətraflı etmək lazımdır.

    Oxu.Az-ın verdiyi məlumata görə, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rusiya və Azərbaycan daxili işlərinə qarışılması və prezident seçkiləri öncəsi göstərilən təzyiqlə necə mübarizə aparmalıdır” sualına cavabında deyib.

    O bildirib ki, bu, çox ciddi məsələdir: “Eləcə də, daxili işlərə müdaxilə ilə bağlı məlumatları müvafiq ixtisaslaşmış beynəlxalq strukturlara təqdim etmək lazımdır, hansı ki, bu strukturlar sadəcə müəyyən etməklə deyil, belə müdaxilələrə reaksiya verməklə məşğuldurlar. Burada resept sadədir”.

  • Началась весенняя сессия парламента

    Сегодня начала работу весенняя сессия Милли Меджлиса 2018 года.

    По традиции, сессия началась с исполнения государственного гимна.

    В повестку дня заседания включен план законодательных работ на 2018 год и множество законопроектов.

    В настоящее время выступает спикер Огтай Асадов.

  • Parlamentin yaz sessiyası başladı

    Bu gün Milli Məclisin (MM) 2018-ci il yaz sessiyası öz işinə başlayıb.

    Sessiya öz işinə ənənəvi olaraq, dövlət himninin səsləndirilməsi və oxunması ilə start verib.

    Sessiyanın gündəliyinə 2018-ci il qanunvericilik işləri planı və xeyli sayda qanun layihəsi daxil edilib.

    Hazırda spiker Oqtay Əsədov çıxış edir.

  • В Баку водитель наставил пистолет на полицейского

    В Баку водитель не подчинился приказу сотрудника дорожной полиции и взялся за оружие.

    Как передает Median.Az со ссылкой на Report, Таяр Алиев 1983 г.р. на автомобиле Volkswagen с госномерами 90 UU 793 был задержан за нарушение правил дорожного движения на территории Наримановского района столицы.

    Т.Алиев не подчинился сержанту полиции Орхану Гасанову, направил на него пневматический пистолет и потребовал отпустить.

    Сержант призвал на помощь своих коллег. Т.Алиев, в машине которого сидела девушка, уехал с места происшествия.

    По факту возбуждено уголовное дело, водитель разыскивается.

  • Bakıda sürücü yol polisinin üstünə silah çəkib – YENİLƏNİB

    Bakıda yol polisinin üstünə silah çəkən sürücü həbs olunub.

    Bunu oxu.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

    Onun sözlərinə görə, sürücü avtomobili ilə aşkarlanıb:

    “Şübhəliyə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Hadisə ilə əlaqədar Nərimanov Rayon Polis Şöbəsində istintaq aparılır”.

    * * * *

    Bakıda yol polisinə tabe olmayan sürücü silaha əl atıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə “Volkswagen” markalı, “90 UU 793” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb.

    T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq, avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gəlib və buraxılmasını tələb edib.

    Polis serjantı kömək üçün hadisə yerinə digər polis əməkdaşlarını çağırıb. Bunu görən T.Əliyev avtomobilində olan qadın sərnişinlə birlikdə insident baş verən yerdən qaçıb.

    Faktla bağlı cinayət işi başlanılıb, sürücünün axtarışları davam etdirilir.

  • Начинается выплата компенсаций вкладчикам DеmirBank

    С сегодняшнего дня начнется выплата компенсаций вкладчикам, имевшим застрахованные вклады в закрывшемся ОАО DеmirBank.

    Согласно решению Попечительского совета Фонда страхования вкладов, в качестве банка-агента для выплаты компенсаций по вкладам в ОАО DеmirBank выбран ОАО Kapitalbank.

    Компенсации будут выдаваться в филиалах ОАО Kapitalbank.

    Напомним, что лицензия DеmirBank была отозвана 23 декабря 2017 года.

  • Bu gündən “Dəmirbank” əmanətçilərinə kompensasiya veriləcək

    Bu gündən lisenziyası ləğv olunan “Dəmirbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanacaq.

    Oxu.Az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Dəmirbank” ASC-də qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent-bank qismində “Kapitalbank” ASC seçilib.

    Kompensasiyalar “Kapitalbank” ASC-nin filial şəbəkəsi vasitəsilə veriləcək.

    Qeyd edək ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi – milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq, 3 (üç) il müddətində tam sığortalanır.

    Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli, 49/1 saylı qərarı ilə “Dəmirbank” ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib. “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq “Dəmirbank” ASC-də sığorta hadisəsi günü 22 dekabr 2017-ci il müəyyən edilib.