Month: February 2018

  • Ильхам Алиев позвонил Эрдогану

    Президент Азербайджана Ильхам Алиев позвонил президенту Турецкой Республики Реджепу Тайипу Эрдогану.

    Глава государства поздравил Р.Т.Эрдогана с днем рождения, пожелал ему успехов в президентской деятельности на благо турецкого народа, а также крепкого здоровья.

    Президент Турции выразилИльхаму Алиеву благодарность за внимание и поздравление.

    Реджеп Тайип Эрдоган еще раз осудил массовое убийство, учиненное армянами в отношении невинных жителей Ходжалы, и выразил соболезнование президенту Азербайджану и нашему народу в связи с этой трагедией.

    Глава государства выразил благодарность за соболезнование.

    Президенты Азербайджана и Турции выразили уверенность в том, что дружественные и братские отношения между странами будут успешно развиваться и впредь.

  • В Чикаго прошло шествие «Справедливость Ходжалы»

    25 февраля в Чикаго (штат Иллинойс) с участием проживающих здесь представителей азербайджанской и турецкой общин было проведено шествие, посвященное 26-й годовщине Ходжалинского геноцида «Справедливость Ходжалы».

    Собравшиеся на знаменитой Мичиган-авеню наши соотечественники демонстрировали плакаты с надписями «Справедливость Ходжалы», «Не забывайте Ходжалы» и др.

    Среди участников акции был генеральный консул Турции в Чикаго Умут Аджар.

  • В Азербайджане похищена студентка

    В Агджабединском районе похищена 21-летняя студентка.

    Как передает Median.Az со ссылкой на Report.az, инцидент произошел на улице С.Вургуна.

    Как сообщила Report мать девушки, ее дочь Севиндж Мустафаева была похищена насильно. Не сумев получить вестей от дочери вот уже 3 дня, мать обратилась в правоохранительные органы.

    Как сообщили в правоохранительные органы, предположительно, девушку похитил человек, прибывший в Агджабеди в гости из Исмаиллы.

    С.Мусаева является студенткой 2-го курса Агджабединского филиала Государственного педагогического университета.

    По факту ведется расследование.

  • Sabah 12 dərəcə isti olacaq

    Fevralın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gecə və səhər arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Bu barədə oxu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

    Bəzi rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

  • Boksçularımız 4 qızıl, 2 gümüş medal qazandı

    Gənc boksçulardan ibarət Azərbaycan yığması Belarusun Qomel şəhərində təlim-məşq toplanışı çərçivəsində beynəlxalq turnirdə qüvvəsini sınayıb. Baş məşqçi Vaqif Şirinov Aleksey Yukovun mükafatları uğrunda keçirilən yarışda 15 idmançıya şans verib.

    Turnirdə millimizin üzvləri 4 qızıl və 2 gümüş medal qazanıblar. Maqsud Xasmətov (49 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq) və Məhəmməd Yusifov (69 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

    Yalnız finalda məğlub olan Əflatun Babayevlə (52 kq) İsmayıl Yaqubov (91 kq) isə ikinci yerlə kifayətləniblər./baku.ws


  • Bakıda sabiq bələdiyyə sədri məhkəmə zalında həbs edilib

    Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Report”un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Məhkəmənin hökmü ilə V.Nəbiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və sabiq bələdiyyə sədri məhkəmə zalında həbs olunub.

    Qeyd edək ki, Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri V.Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. O, bir neçə vətəndaşa yüz min manat miqdarında maddi ziyan vurmaqda, onların pullarını mənimsəməklə ələ keçirməkdə ittiham olunub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.

    V.Nəbiyevin məhkəməsi davam etdirilən zaman onun barəsində eyni əmələ görə, daha bir cinayət işi başlanılıb. Həmin işə Bakı Ağır Cinayətlər Məhkəməsinin digər hakimi Əlövsət Abbasovun sədrliyi ilə baxılır.

  • Kiyev aeroportunda “Xocalı”nı anlatan buklet erməniləri ŞOK-a saldı – FOTO + VİDEO

    Bu gün Ukraynanın Borispol Hava Limanında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəalları ilə ermənilər arasında insident yaşanıb.

    Median.Az XəzərNews.az-a istinadən xəbər verir ki, insidentə səbəb diaspor fəallarının Xocalı soyqırımının ildönümü ərəfəsində sərnişinlərə sözügedən faciəni anlatan buklet paylamaları olub.

    Aksiyanın keçirilməsinə etiraz edən ermənilər gənclərə mane olublar, sonra isə Hava Limanı rəhbərliyinə şikayət ediblər. Lakin aksiyanın icazəli olduğunu öyrənən ermənilər geri çəkiliblər.

    Bir neçə saat ərzində iki minə yaxın sərnişinə Ukrayn dilində hazırlanan və Xocalı soyqırımını anlatan bukletlərin paylanılmasına nail olunub.

    UABD-yə icazəli aksiyanın təşkilində AZAL-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Yaşar Əmirov dəstək göstərib.

    Qeyd edək ki, aksiyada UABD sədri Hikmət Cavadov özü də iştirak edib. Aksiya başa çatandan sonra H.Cavadov bildirib ki, artıq ofislərdə və konfrans zallarında təbliğat aparmaq dövrü arxada qalıb: “Ötən il Kiyevdə və Ukraynanın müxtəlif şəhərlərində Xocalı soyqırımı haqqında Xüsusi Buraxılış olan 30 min qəzet payladıq. Kiyevin metro çıxışlarında plakatlar asdıq. İldönüm çərçivəsində tədbirlərimiz davam edəcək”.



  • Bakıda 14 yaşlı oğlan faciəvi şəkildə öldü

    Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

    APA-nın məlumatına görə, paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsi, 1-ci Mədən ərazisində fərdi evlərdən birində yaşayan, 2004-cü il təvəllüdlü Tural İlham oğlu Abdullayev yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

    Faktla bağlı cinayət işi başlanıb, araşdıra aparılır.

  • “2 yaşlı oğlumun ölümü qarnımdakı qızımı xilas etdi” – Video

    Bu gün “Xocalı” faciəsinin 26 ili tamam olur.

    “Qafqazinfo” sözügedən soyqırıma öz gözləri ilə şahidlik edən qadın Rəhilə Quliyeva ilə görüşüb. Onun dəhşətli həyat hekayəsini dinləyib. Faciə baş verən gün R. Quliyeva 3 aylıq hamilə imiş. Həmin gün o, 2 yaşlı oğlunu, həyat yoldaşını, qayınana, qayınatasını və digər qohumlarını itirib.

    Ən dəhşətlisi odur ki, 2 yaşlı oğlu ölümü ilə anasını və dünyaya gələcək bacısını ölümdən qurtarıb.

    Yaşadığı dəhşətləri öz dilindən eşitmək üçün Rəhilə Quliyeva ilə bağlı hazırladığımız videomaterialı təqdim edirik:

  • Ata körpələrini xilas etdi, özü isə yandı – Bərdədə kino kimi HADİSƏ – VİDEO

    Bərdə rayonunun Lək kəndində fərdi yaşayış evi yanıb.

    Niyammədin Kərimova məxsus evin iki otağı elektrik naqillərində baş vermiş qısa qapanmadan yanıb.

    Hadisə zamanı evdə olan iki azyaşlı körpəni alovdan xilas edən N.Kərimov yanıq xəsarəti alıb. Yanğın FHN-in Yanğın Mühafizə Xidməti tərəfindən söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.