Month: February 2018

  • Ziya Məmmədovun villası yanıb kül oldu

    İsmayıllı rayonunda ötən gecə yanan evin sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu məlum olub.

    Median.Az-in APA-ya istinadla məlumatına görə, hadisə fevralın 19-da saat 4:00 radələrində rayonun Buynuz kəndində qeydə alınıb.

    Meşəlik və dağlıq ərazidə yerləşən, keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus böyük həyətyanı sahədə inşa edilən evlərdən biri yanıb.

    Yanğın Ziya Məmmədovun villasının yanında taxtadan müasir üslubda inşa edilən 3 otaqlı, bir mərtəbəli mənzildə baş verib.

    Villanı mühafizə edən və həmin mənzildə yaşayan İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov Rəsul Zöhrab oğlu telefonla zəng edərək yanğın barədə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib.

    Ümumi sahəsi 144 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb.

    Buynuz kəndi rayon mərkəzindən 25 kilometr aralıda yerləşdiyi və yanğın barədə FHN-nə gec məlumat verildiyi üçün alovun qarşısını almaq çətin olub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Eminin Əminə ilə maraqlı görüntüsü – VİDEO

    Bəstəkar-müğənni və iş adamı Emin Ağalarov Leyla Əliyevanın övladlığa götürdüyü qızı Əminə ilə birlikdə istirahət edərkən həmin anları telefonun kamerasına çəkərək, görüntüləri İnstagram hesabında izləyiciləri ilə paylaşıb.

    Baku.ws xəbər verir ki, Emin dünyaca məşhur “Snapçat” proqramından istifadə edərək, Əminə ilə maraqlı bir video çəkib.

    Həmin videonu sizə təqdim edirik:

  • Yağışdan sonra Teleqüllənin yanındakı sürüşmə aktivləşdi – Nazirlikdən təhlükə barədə AÇIQLAMA

    Dünən və bu gün yağan yağışın təsirindən Bayıl yamacında – Teleqülləninin yaxınlığındakı sürüşmə sahəsində torpaq qatı daha da ağırlaşıb.

    Median.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

    Onun sözlərinə görə, ərazidə sürüşmə prosesinin bitdiyini demək olmaz. Hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır: “Dünən və bu gün atmosfer yağıntılarının miqdarı çox olduğundan burada torpaq qatı bir az da ağırlaşıb. Amma hələ ki, elə bir ciddi dəyişiklik hiss etməmişik”.

    Ə.Qaralov bildirib ki, sürüşmə sahəsində torpaq qatının daha da ağırlaşması sürüşməyə səbəb olan amillərdən biridir:

    “Torpaq qatının ağırlaşması təhlükəni bir az da artırır. Atmosfer çöküntüləri normadan artıq olanda qrunt bir az ağırlaşır, nəticədə yamac boyu, relyefə uyğun olaraq, süxurlar arasında ilişmə qüvvəsi itdiyinə görə o, hərəkət edir. Bu da sürüşməyə səbəb olan amillərdəndir. Hazırda burada kütlənin üzərində o qədər çat var ki, onlardakı artımları gözlə müşahidə etmək artıq mümkün deyil”.

  • 25 il efirdən uzaq düşən xalq artisti efirdə: “Kövrəldim” – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı xalq artisti Səfurə İbrahimova olub.

    25 il sonra efirə gələn xalq artisti göz yaşlarını saxlaya bilməyib:

    “Çoxdandır görmürdüm. Ona görə kövrəldim. Deyəsən bu verliş mənə həsr olunub”.

    Həmin görüntüləri təqdim edirik:

  • Bakıda istintaq təcridxanasında saxlanılan Türkiyə vətəndaşı ölüb

    Bakıda istintaq təcridxanasında saxlanılan xarici vətəndaş ölüb.

    “Report”un məlumatına görə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Türkiyə vətəndaşı, 1959-cu il təvəllüdlü Ertekin İsmayıl Sönmez ürək tutmasından dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, İ.Sönmez Türkiyə ərazisində zorlama və seksual zorakılıq hərəkətləri etdiyinə görə həmin dövlətin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışa verilib. O, 10 gün əvvəl Heydər Əliyev adına Hava Limanında Bakı-Tbilisi reysi ilə Gürcüstana qaçmaq istəyən zaman tutulub.

  • Yağış yağdı: Bakıda biabırçı mənzərələr yarandı – VİDEO

    Ötən gün axşam saatlarından başlayan aramsız yağış paytaxt yollarında problemlər yaradıb.

    Baku.ws-in məlumatına görə, yağış Bakının və Xırdalanın bir neçə rayonları, prospektlərində nəqliyyatın hərəkətini iflic edib. Paytaxtın bəzi küçə və prospektləri su altında qalıb.

    Sabunçu vağzalı, Xırdalan şəhəri, Zığ yolunda yağış sürücüləri və insanları çətin vəziyyətə salıb.

  • Bakıda yolun kənarında cadu edilmiş qıfıl və açar tapıldı – VİDEO

    Yolun kənarından sapla bağlanmış qıfıl və açar tapdılar.

    “Xəzər Xəbər”ə müraciət edən həmin şəxs bu əşyaları tapdıqdan sonra qıfıl və açarın üzərində olan sapı yandıraraq gölməçəyə atıblar. Onlar bunun cadu olduğunu idda edirlər.

    Xezerxeber.az-ın məlumatına görə, bu dəfə cadu üçün başqa bir üsul seçdilər. Çadu edilmiş qıfıl və açarı ənənəvi olaraq qəbiristanlığa yox, yolun kənarına atdılar.

    Sabirabad rayon sakinləri Elçin Əşrəfov və Əliəşrəf Şıxıyev Binəqədi rayonu ”Desqa” yolu adlanan ərazidən keçən zaman yolun kənarıda sellofanın içərisində sapla bağlanmış, üzərində isə maşın açarı olan qıfıl görüblər. Onlar iddia edirlər ki, kimsə bu üsulla cadu elətdirib.

    Bundan sonra hər iki şəxs sellofandakı qıfıl və açarı götürərək üzərində olan sapı açıblar.

    Onların sözlərinə görə, bir neçə dəfədir ki, həmin ərazidə belə bir halla qarşılaşırlar. Elə buna görə də cadu edilən bu əşyaları yaxınlıqda olan gölməçənin içərisinə atıblar.

    Hadisə şahidlərinin sözlərinə görə, sellofanın içərisində şakil olmayıb.

    İlahiyyatçılar isə caduya inanan və maraq göstərən vətəndaşlara tövsiyə edirlər ki, belə xurafatdan uzaq dursunlar. Bununla yanaşı, belə bir halla qarşılaşdıqda isə həmin cadunu məlumatı olan şəxsin yanına aparmalı və həmin cadu xüsusi dualar oxunduqdan sonra yandırılmalıdır.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • 40 ildir axtardığı oğlunu tapdı, qadın efirdə şoka düşdü – VİDEO

    Ana 40 ildən sonra tapdığı oğluna görə efirdə şoka düşüb.

    Baku.ws-in məlumatına görə, Sədəf adlı xanım XƏzər TV-nin “Səni axtarıram” verilişinə müraciət edərək adını, soyadını bilmədiyi övladığını tapmağı istəyib.

    Qadının başqa kişidən olan oğlu araşdırmalardan sonra həbsxanada tapılıb. Studiyada şok anlar yaşanıb. Efirdə məlum olub ki, qadın öz ərindən yox, sevgilisindən olan oğlunu axtarırmış.

    Sədəf adlı qadının ərinin də həbsxanada olduğu məlum olub:

  • Nişan üzüyü geri qaytarılan oğlandan dəhşətli əməl

    Gəncə şəhərində nişan üzüyü geri qaytarılan gənc oğlan intihara cəhd edib.

    Median.Az xəbər verir ki, “Report”un Qərb bürosunun məlumatına görə, 1994-cu il təvəllüdlü Gəncə şəhər sakini İbrahim Hüseynzadə canına qəsd məqsədi ilə özünü bıçaqlayıb.

    Qarın nahiyəsindən 1 bıçaq yarası alan oğlan Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan kişinin vəziyyəti orta-ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

  • В Гяндже угарный газ убил супругов

    В Гяндже муж с женой умерли от отравления угарным газом.

    Как передает Median.Az со ссылкой на АПА, происшествие было зарегистрировано на проспекте Наримана Нариманова в Гяндже.

    Проживавшие по этому адресу Аббасов Адиль Юсиф оглы 1962 г.р и его жена Аббасова Егяна Назим гызы умерли, отравившись угарным газом. Их тела были обнаружены утром.

    По факту в прокуратуре города Гянджа ведется расследование.