Month: February 2018

  • Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

    Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı ölkədəki vəziyyət barədə açıqlama verib.

    Mərkəzin direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma ötən ilki səviyyədədir.

    Mütəxəssisin sözlərinə görə, xəstəliyin yayılma göstəricisində artım müşahidə edilmir.

    “Səhiyyə Nazirliyinin əmrinə uyğun olaraq, xəstələrin aşkar olunması, müəssisələrdə dezinfeksiya tədbirlərinin gücləndirilməsi, müayinələrin aparılması üçün tədbirlər davam etdirilir. Bu payız-qış mövsümündə laborator müayinələr aparılıb. Hələ ki, pandemik qrip virusları aşkarlanmayıb. Nümunələrin müayinəsi zamanı xəstələrin əsasən müxtəlif kəskin respirator virus infeksiyalarına yoluxduğu məlum olub”.

  • Prezidentə ən çox şikayət edən vətəndaşlar KİMLƏRDİR? – ADLAR

    “Prezident Administrasiyasına, eləcə də respublikanın mərkəzi və yerli dövlət qurumlarına daxil olan müraciətlərin bir qismi təkrar müraciətlərdir. Belə müraciətlərin yaranma səbəbləri araşdırılarkən aydın olur ki, vətəndaşlar bəzi hallarda öz müraciətlərinə ilkin instansiyada lazımi cavab ala bilmədikdə, məmur laqeydliyi və biganəliyi ilə qarşılaşdıqda eyni məsələ ilə əlaqədar dəfələrlə müraciət etməyə məcbur olurlar”.

    Bu haqda Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı yazdığı məqalədə bildirib. O, qeyd edib ki, ötən il Prezident Administrasiyasına təkrar müraciətlər Bakı şəhərinin rayonlarından, həmçinin Şəki, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Balakən, Beyləqan, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qobustan, Quba, Lerik, Oğuz, Saatlı, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlardan daha çox daxil olub:.

    “Təkrar müraciətlərin mövzularına gəldikdə, deməliyik ki, onlar daha çox hüquq mühafizə, məhkəmə orqanlarının fəaliyyəti, şəhər, rayon icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti, sosial müdafiə, mənzil, torpaq, səhiyyə, maliyyə və bank, dövlət qulluğu və kadr, enerji daşıyıcıları və su təchizatı, şəhərsalma və tikinti, elm və təhsil, kənd təsərrüfatı, qaçqınların və məcburi köçkünlərin problemləri barəsindədir.

    Təəssüf ki, bəzi hallarda vətəndaşlar tələblərinin əsassız olduğu barədə izahatla razılaşmır, eyni müraciətinə müxtəlif instansiyalardan əsaslı cavablar almalarına baxmayaraq, təkrar müraciətlər göndərməkdə və qəbula gəlməkdə davam edirlər. Abşerondan Sima Hüseynova, Binəqədidən Zərbani Ağayeva, Roza Hümbətova, Nərimanovdan Ülviyyə Baxşiyeva, Kamran Rəcəbov və Yeganə Səlimova, Nəsimidən Sevda və Gülnarə Hüseynovalar, Suraxanıdan Nizami Əlibəyov, Aygün Əmiraslanova, Səmilə Məşədiyeva və Rəşid Rzayev, Yasamaldan Elman Abiyev, Elmidar İsmayılov, Sevil Səfərova, Sevda Süleymanova, Kəmalə Abdullayeva və Yelena Yusupova, Masallıdan Elçin Axundzadə, Şahid Əliyev, Əlizamin Bədirov, Ağdamdan Rafil Hətəmov və İsmayıl Məmmədov, Biləsuvardan Tacəddin Əliyev, Füzulidən Anar İsmayılov, Qubadlıdan Bakir Bayramov, Lerikdən İlham İbadlı, Sabirabaddan Vilayət Cəbrayılov, İmişlidən Qalib Nağıyev, Kürdəmirdən Kamil Kərimov, Ucardan Şahlar Ələkbərov, Zəngilandan Yaşar Ağazadə, Qazaxdan Minayə Əliyeva və başqaları müxtəlif mövzularda ən çox müraciət edən vətəndaşlardır”.

  • Bakıda daha bir marşrut kartla olacaq

    Müntəzəm marşrut xətləri üzrə gediş haqqının “BakıKart” vasitəsi ilə ödənilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Bakı Nəqliyyat Agentliyi baku.ws-ə verilən məlumata görə, bu çərçivədə görülən işlər nəticəsində daha bir müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.

    Belə ki, 17.02.2018 tarixindən 52 nömrəli müntəzəm marşrut xəttindən (Binəqədi rayonu, M.Kazımovski küçəsi-Səbail rayonu, Ə.Cavad küçəsi) istifadə edən sərnişinlər gediş haqqını “BakıKart” vasitəsi ilə ödəyəcəklər. Nağdsız ödəniş sisteminə keçidlə əlaqədar 52 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC tərəfindən avtobuslarda xüsusi kart oxuma cihazları quraşdırılıb.

    52 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə edən sərnişinlərin “BakıKart” əldə etməsi, eyni zamanda, balanslarını rahat şəkildə artıra bilməsi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri işlərin görülməsi təmin edilib.

    Məlumat üçün bildirək ki, hazırda paytaxtda 21 marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada “BakıKart” vasitəsi ilə həyata keçirilir.

  • Bu da Rəqsanənin hər kəsdən gizlətdiyi əri – VİDEO

    Müğənni Nadir Qafarzadənın ad günündə həmkarları tək buraxmayıblar.

    Nadirin ad gününə müğənni Rəqsanə İsmayılova da qonaqlar sırasına qatılıb.

    Rəqsanə məclisə tək deyil, hər kəsdən gizlətdiyi əri ilə birlikdə gəlib.

    Sənətçi həyat yoldaşı Fazillə birlikdə çəkilən videosunu İnstaqram hesabında izləyiciləri paylaşıb.//baku.ws

  • 11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı – Azərbaycanda ŞOK

    Azərbaycanda 11 yaşlı oğlan uşağı qarında dəhşətli ağrılar, ürəkbulanma şikayətləri ilə həkimə müraciət edib.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, müayinə nəticəsində məlum olub ki, uşağın qaraciyərində 12 sm ölçüdə qurd kistası – Exinokokk vardır. Bir müddət dərman müalicəsi aldıqdan sonra cərrahi əməliyyat aparılıb. Həkimlərin səyi nəticəsində qaraciyərin 7-8 seqmentində diafraqmaya bitişik yerləşən nəhəng kistanı çətin cərrahi texniki üsullarla xaric etmək mümkün olub.

    Uğurlu əməliyyatdan 3 gün sonra uşaq evə yola salınıb.

    Uşaq üçün olduqca böyük hesab olunan Exinokokun orqanizmə ev heyvanları ilə təmasdan yoluxduğu təxmin olunur.

  • Azərbaycanın ucqar kənd müəllimi: “Onların belə olması adamı dəhşətə gətirir…”

    “Hazırda işlədiyim kənddə məni ən çox üzən və dəhşətə gətirən şey qızların kiçik yaşlardan tez ailə qurmağa meyilli olmaları, uşaq kim yox, qadın psixologiyası ilə böyümələridir. Görünüşlərindən, geyimlərindən elə bilirsən 22, 23 yaşlı qızlardır”.

    Bu sözləri Quba rayonunun Möhücə kənd məktəbinin gənc müəllimi Gülşən Yolçubəyov qeyd edib.

    Müəllim bildirib ki, 8, 9, 10-cu siniflərdəki nişanlı qızları gördükcə ürəyi parçalanır: “Mən məktəbə bot geyindiyim halda, şagirdlərim kablokda gəlirlər. Tanıyan olmasa, elə bilərlər onlar müəllim, mən şagirdəm. Tənəffüslərdə 9-cu sinifdə oxuyan qızların bir-birinə “evdəqalmış ifritə”-deyə müraciət etməsi, oğlanların bir-biriylə “mənim bacım köçəndə mən ağlamayacağam”-deyib mərcə girməsi, ümumiyyətlə, uşaqdan böyüyə hər kəsin ağlında yalnız evliliyin olması adamı dəhşətə gətirir. 8, 9, 10-cu siniflərdəki nişanlı qızları gördükcə ürəyim parçalanır. Heç olmasa, digərlərinə təsir edib, gözlərini açmaq üçün hər dərs demək olar ki, 10- 15 dəqiqə bu mövzu üzrə söhbət aparıram. Danışdığım zaman isə nişanlı qızların qızararaq başlarını aşağı salıb üzümə baxmamaları isə bir başqa cür üzür”.

    Gülşən Yolçubəyovun sözlərinə görə, hazırda onlara bilik verməkdən çox, psixologiyalarına təsir edib fərqli yöndə düşünməyə təhrik etmək üçün bütün gücü ilə çalışır: “Çox təəssüf ki, yuxarı siniflərdə oxuyan qızlara təsir etmək elə də asan deyil. Ağıllarında yalnız bir şey var: “Filankəs nişanlandı, mən qaldım”. Məqsədləri də geyinib-keçinib, bəzənib özlərini elçilərə bəyəndirməkdir. Onları belə gördükcə o qədər pis oluram ki, bütün günü ağlımdan çıxara bilmirəm”.//minval.info

  • Задержан житель Гянджи, убивший ученика средней школы

    Как сообщает Median.Az, cотрудники Кяпазского РУП в результате оперативных мер задержали жителя г.Гянджа Турала Тагиева (2001-го года рождения), который накануне на почве хулиганства на улице Т.Арани нанес ножевое ранение в область груди Эльнур Багирову (2001-го года рождения). В результате раненный в область сердца потерпевший скончался в Больнице скорой помощи.

    По данной информации, убитый является учеником 11-го класса одной из средних школ г.Гянджа.

    В городской прокуратуре по статье 120.1 (умышленное убийство) УК Азербайджана возбуждено уголовное дело. 

  • Азербайджан простил Марию Немцову

    Гражданка Российской Федерации, участница проекта «Музыка за мир» Мария Немцова направила письмо в Министерство иностранных дел с просьбой исключить ее имя из «Списка лиц, незаконно посетивших оккупированные территории Азербайджанской Республики»

    Как сообщили oxu.az в пресс-службе МИД, в своем письме Мария Немцова отмечает, что в 2015 году она отправилась в Нагорный Карабах в рамках проекта «Музыка за мир», не зная о запрете на выезд в эту область без согласия правительства Азербайджана, а также о последствиях этого шага.

    Она подчеркнула, что данный визит не носил цель проявить неуважение к Азербайджанской Республике и ее народу.

    Подтверждая свое полное уважение к законам Азербайджанской Республики, Мария Немцова извинилась перед правительством и народом Азербайджана за свой визит на оккупированные территории Азербайджана.

    Ей стало также известно, что в результате нагорно-карабахского конфликта более одного миллиона азербайджанцев стали беженцами и вынужденно переселенными лицами, и более двадцати тысяч человек погибли.

    Мария Немцова выразила намерение посетить Баку, и в особенности село Джоджуг Марджанлы в рамках проекта «Музыка за мир», чтобы организовывать мастер-классы и выступать с благотворительными концертными программами для азербайджанских беженцев и вынужденных переселенцев.

    Обращение Мария Немцова было рассмотрено надлежащим образом и было принято решение исключить ее имя из черного списка МИД Азербайджана.

  • Bakıda narkobaron tutulub – FOTO

    Bakı şəhərində narkobaron tutulub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən, Hövsan Südçülük Sovxozunda yaşayan Novruz Salayev polislər tərəfindən saxlanılıb.

    Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman ümumilikdə 4 kiloqram 626 qram qurudulmuş marixuana, 2,725 qram heroin və 198,542 qram narkotik tərkibli bitkilərin kultivasiya üçün nəzərdə tutulan çətənə toxumu aşkar olunaraq götürülüb.

    Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evdən əlavə olaraq “BLOW Maqnum Voltran” markalı tapança aşkar olunub.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

    Bölmədə toplanan material araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



  • Ən çox şikayət edilən tikinti şirkətlərinin adları məlum oldu

    Şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, söküntüsü, kompensasiyaların verilməsi barədə müraciətlərdə 28,8 faiz artım olub.

    Bu mövzuda Prezident Administrasiyasına il ərzində daxil olan müraciətlərdə, əsasən, yaşayış binalarının tikintisində norma və qaydalara riayət edilməməsi, təhlükəsizlik qaydalarına əməl olunmaması, tikintilərin plansız aparılması, bəzən kompensasiyaların miqdarının sakinlərlə razılaşdırılmadan tikinti işlərinə başlanılması, yeni yaşayış binalarının dövlət komissiyası tərəfindən qəbul edilməməsi, bu səbəbdən mənzillərin özəlləşdirilməsində və qazla təminatında çətinliklər yaranması məsələlərinə toxunulur.

    Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

    S.İsmayılov həmin şirkətlərdən “Evrostroy-SS”, “FVS İnşaat”, “Murad M.S.”, “İdeal-İ İnşaat”, “Hermes-S”, “Brend Palace”, “Meqa City Holdinq”, “Abşeron LTD 2013″, “İnam-İnşaat-555”, “Xudafərin”, “Əzizbəy-KM”, “Baku Pearl Residence”, “Caspian Park”, “Fuad LTD”, “İron İnşaat”, “Mahal”, “Elite City”, “Avro Qrand”, “İnşaat Konstruksiyaları”, “Birlik-İnşaat”, “Hasil”, “AENT-E”, “MVV Verus Praedium”, “Yüksəliş C”, “Rifah-Plaza” MMC-lər və “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Badu-Kubə”, “Yeni Yasamal”, “Şərur”, “Dağlar”, “İnteks”, “Çənlibel”, “Ayla”, “Mars”, “Fateh-N” MTK-nın adını çəkib:

    “Həmin mövzuda respublikanın başqa rayonlarından da müraciətlər daxil olub və onların müəllifləri Bakı şəhərində həmin binalardan mənzil almış vətəndaşlardır.

    Bundan əlavə, bir sıra müraciətlərdə artıq tikintini başa çatdırmış, lakin yaşayış üçün normal şərait yaratmamış “AAAF Park”, “Bağçalı evlər” yaşayış komplekslərində problemlərin illərdən bəri həll olunmadığını yazırlar.

    Burada adı çəkilən bəzi MMC və MTK-ların vəzifəli şəxsləri barəsində artıq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb, vətəndaşların etibarından sui-istifadə edərək əlbir olduqları şəxslərlə birlikdə tikdikləri yaşayış binalarında bir mənzili bir neçə şəxsə satdıqlarına, vətəndaşların külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirdiklərinə görə onlar məsuliyyətə cəlb edilib.

    Bunlardan cinayət əməlləri barədə Prezident Administrasiyasına dəfələrlə yazılı və şifahi müraciətlər daxil olmuş “Əzizbəy-KM”, “Hasil”, “Birlik-İnşaat” və başqa MMC-ləri göstərmək olar.

    “Əzizbəy-KM” MMC-nin 92 nəfər zərərçəkmiş şəxsə 2 milyon 627 min 717 manat zərər vurduğu sübut edilib, bu ziyanın 360361 manatının ödənilməsi təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsində onların cinayət işinə baxılıb.

    Qeyd etməliyik ki, bəzi hallarda belə cinayət törətmiş şəxslərə qarşı məhkəmələrin qəbul etdiyi qərarlar vətəndaşları qətiyyən qane etmir.

    Məsələn, “Hasil” və “Birlik-İnşaat” MMC-lərin rəhbərinə vətəndaşlara vurduğu ziyana görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2014-cü il mayın 30-da verilmiş 15 il azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2017-ci il dekabrın 12-də 6 ilə endirilib, vətəndaşlara dəyən maddi zərərin ödənilməsi təmin edilməyib.

    Şöbə müdiri qeyd edib ki, ümumiyyətlə, tikinti sektorunda baş vermiş korrupsiya hüquqpozmaları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhz vətəndaş müraciətləri əsasında 13 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib, 300-dək şəxs zərərçəkmiş qismində tanınıb.

    Bu cinayət işlərindən “AAAF Park” və “Xalq City” MTK-ları, “Xudafərin” və “Fateh-N” MMC-ləri göstərmək olar.

    Əhalinin haqlı narazılığına səbəb olan bu problemlərin, o cümlədən tikinti şirkətləri tərəfindən yol verilən dələduzluq və korrupsiya hallarının kökünün kəsilməsində Azərbaycan Respublikası Prezidentinin bu günlərdə imzaladığı “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanunu və Qanunun tətbiqi ilə əlaqədar 2018-ci il 5 fevral tarixli Fərmanı ciddi rol oynayacaq.