Month: March 2018

  • Generaldan mitinq xəbərdarlığı

    Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın martın 10-da keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

    Median.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər hansı təxribata imkan verilməyəcək:

    “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək.

    Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək.

    Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

    Qeyd edək ki, Milli Şura martın 10-da keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH aksiyanın keçirilməsinə razılıq verib.

  • Ильхам Алиев принял министра обороны Грузии

    Президент Азербайджана Ильхам Алиев в пятницу принял министра обороны Грузии Левана Изория.

    Об этом сообщила пресс-служба президента.

  • İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorianı qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • Житель Гянджи по неосторожности задавил своего сына

    Как сообщает Median.Az, в городе Гянджа накануне автомашина марки “QAZel”, управляемый Сабухи Исмайыловым по неосторожности сбил сына Исмаила (2016-го года рождения), вследствии чего ребенок скончался на месте происшествия.

    В Низаминском РУП по факту ведется расследование.

  • Gəncə sakini ehtiyatsızlıqdan avtomaşınla oğlunu öldürüb

    Median.Az xəbər verir ki, ötən gün Gəncə şəhər sakini Səbuhi İsmayılov yaşadığı evinin qarşısında idarə etdiyi “QAZel” markalı avtimaşınla yola qəflətən çıxan oğlu, 2 yaşlı İsmayılı vurub və nəticədə uşaq hadisə yerində ölüb.

    Nizami RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan nefti dəyər itirir

    Martın 9-da keçirilən hərraclarda Azərbaycan nefti ucuzlaşıb.

    Səhər saatlarına “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 1,17 dollar və ya 1,76% azalaraq 65,28 dollar təşkil edib.

  • Bakı metrosunda uşağı unudublar

    Dünən saat 15:30 radələrində Bakı metrosunda itkin düşən azyaşlı uşaq tapılaraq valideynlərinə təhvil verilib.

    Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

    Onun sözlərinə görə, uşaq metronun “Nəriman Nərimanov” stansiyasında tapıldı:

    “Uşağın valideynləri metronun “28 May” stansiyasında düşüblər və uşaq unudulub. Daha sonra isə uşaq metropoliten və polis əməkdaşları tərəfindən depoya gedən qatarda “Nəriman Nərimanov” metro stansiyasında tapılıb və valideynlərinə təhvil verilib”.

  • В Ясамальском районе у жителя столицы изъяли наркотики

    Как сообщает Median.Az, сотрудники 27-го отделения полиции Ясамальского РУП в результате проведенной операции задержали жителя столицы, ранее судимого Агасадига Рагимова, у которого изъяли 405 грамм марихуаны.

    В Следственном отделе Ясамальского РУП возбуждено уголовное дело по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азербайджана.

  • Дадо поздравил Натаван с праздником – ФОТО

    Бывший супруг певицы Натаван Хабиби – рэпер Дадо выложил пост о ней.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, на своей странице в Instagram он поделился фото, на котором обнимает Натаван, и написал «С праздником, Нат».

    Пост получил сотни отзывов. Некоторые поздравили пару с примирением, а другие обвинили Дадо в лицемерии.

    Отметим, что Натаван впервые сообщила о расставании с Дадо в начале декабря, но через неделю они помирились. Затем в эфире передачи «Zaurla Günaydın» на телеканале ATV певица объявила об окончательном разрыве отношений с супругом.

  • Natavan və Dado barışıb? – FOTO

    Natavan Həbibinin repçi həyat yoldaşı Dado müğənni ilə bağlı paylaşım edib.

    Natavanı qucaqladığı fotonu “Instagram” hesabında paylaşan repçi şəklin altında “Bayramın mübarək, Nat” şərhini yazıb.

    Fotoya yüzlərlə rəy gəlib. Bəziləri cütlüyü barışması münasibətilə təbrik edib, bəziləri isə Dadonu ikiüzlülükdə günahlandırıb.

    İzləyicilər iddia edib ki, repçi “Instagram”da canlı yayıma çıxaraq Natavan haqqında təhqiramiz ifadələr işlədib.

    Qeyd edək ki, Natavan Dadodan ayrıldığını ilk dəfə dekabrın əvvəlində elan etmiş, bir neçə həftə sonra yenidən barışmışdılar. Daha sonra isə Natavan ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişində əri ilə birdəfəlik ayrıldığını demişdi./oxu.az