Month: March 2018

  • Tolik Röyanın oğlu Hüseyni canlı efirə çıxartdı – VİDEO

    Xəzər TV-də yayımlanan “Hər şey daxil” verlişinin bu gün ki 8 mart bayram buraxılışının qonağı milyonların sevimlisi əməkdar artist Röya Ayxan olub.

    Baku.ws xəbər verir ki, proqramın aparıcısı Tolik əməkdar artistə canlı yayımda xoş sürpriz edib. Beləki, Tolik Röyanın oğlu Hüseyni studiyaya dəvət edib.

    Hüseyn isə anasını öncə gül dəstəsi ilə təbrik edib. Daha sonra isə 8 martla bağlı anasına şeir ithaf edib.

    Verlişdə həmin kadrları sizə təqdim edirik :

  • Müğənni Aytac geyiminə görə canlı yayımda çətin anlar yaşadı – VİDEO

    Müğənni Vidadi Bərdəlinin qızı Aytac canlı yayımda çətin anlar yaşayıb.

    Baku.ws-in məlumatına görə, Xəzər TV-də yayımlanan “5-də 5” verilişinə gələn Aytacın geyindiyi paltar onu çətinə salıb.

    Belə ki, mahnını ifa edərkən rəqs edən müğənninin paltarı tez-tez aşağı sürüşüb.

    Həmin kadrları təqdim edirik. 

  • Bakıda dövlət qurumundan küçələri təmizləyən qadınlara BÖYÜK JEST (VİDEO)

    8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı Nəqliyyat Agentliyi (BNA) maraqlı aksiya keçirib.

    BNA-dan XəzərXəbər-ə verilən məlumata görə, aksiya çərçivəsində Agentliyin əməkdaşları kommunal xidmət sahəsində çalışan xanımları təbrik edib. Paytaxt yollarında təmizlik işləri ilə məşğul olan xanımlara gül və ərzaq dükanından alış-veriş etmək üçün hədiyyə kartı verilib.

    Bakı Nəqliyyat Agentliyinin kollektivi xanımları 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edir, hər birinə cansağlığı, səadət və işlərində nailiyyətlər arzulayır!

  • Bayram ərəfəsi otellər və kirayə evlər bron edilib – Azərbaycana turist axını başlayıb – VİDEO

    Novruz bayramı ilə əlaqədar bu il də Azərbaycana turist axınının olacağı gözlənilir.

    Bunun nəticəsidir ki, artıq evlərin və otellərin çoxu bron edilib.

    Turizm mütəxəssislərinin sözlərinə görə, nəinki otellərdə, günlük kirayə verilən evlərdə də boş yer qalmayıb. Ərəb ölkələri və İrandan daha çox turistin gələcəyi proqnozlaşdırılır.

    Turistlər evin internetlə təmin olunmasına və təmizliyinə xüsusi diqqət yetirirlər. Onların otellərdən çox, günlük kirayə evlərə üstünlük vermələrinin bir sıra səbəbləri də var.

    Qiymətlər isə evin otaq sayına, yeni və ya köhnə tikilidə olmasına və şəhərin harasında yerləşməsinə görə dəyişir.

    Turistlər evlərdə qalarkən yaşanan ən böyük problemlərdən biri onların qonşularla münasibətlərində gərginliyin yaranmasıdır. Bu da əsasən turistlərin evdə əylənmələri və səs-küy salmaları ilə bağlı olur. Ona görə də turizm şirkətləri müqavilə bağlamazdan əvvəl turistlərə xəbərdarlıq edirlər.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Vəsmə Abasovanın adı “Rekordlar kitabı”na düşə bilər – VİDEO

    Azərbaycanın ən yaşlı sakininin adı Ginnesin “Rekordlar kitabı”na salına bilər.

    Bunun üçün Azərbaycan Milli Elmər Akademiyası Fiziologiya İnstitutu işlər aparmağı planlaşdırır.

    İnstitutun dosenti Sevinc Hüseynova deyir ki, hələ keçmiş dönəmlərdən Azərbaycan uzunömürlülər diyarı kimi tanınıb. Onun sözlərinə görə, ölkəmizdə ən yaşlı sakinin 108 yaşı var. Bu, Lənkəranın Gərmətük kəndində yaşayan 108 yaşlı Vəsmə Abasovadır.

    Azərbaycanda bu vaxta qədər qeydə alınmış 145 və daha çox rekord yaşlar heç bir sənəd ilə təsdiqlənməyib və mütəxəssislər tərəfindən verifikasiya edilməyib. Ona görə onların “Rekordlar kitabın”a daxil edilməsi mümkün olmayıb.

    Azərbaycanda uzunömürlülərin yaşlarını dəqiq təyin edilməsi üçün İnstitut tədqiqatlarını davam etdirir.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Leyla Əliyeva uşaqlarla birlikdə – FOTO

    Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib. Fondun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

    Bakının əyləncə mərkəzlərindən birində keçirilən tədbirdə xüsusi qayğıya ehtiyac duyan, valideyn himayəsindən məhrum uşaqlar iştirak ediblər.

    Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqları daim ailə qayğısı ilə əhatə edir və onların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili üçün mütəmadi olaraq müxtəlif tədbirlər keçirir. Uşaq evlərində və internat məktəblərində məskunlaşan, valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaq və yeniyetmələrin təlim və tərbiyəsi ilə bağlı məsələlər Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Fond onların yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli təşkilində, eləcə də gündəlik qayğılarının həllində yaxından iştirak edir. Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən bugünkü tədbirdə balacalar müxtəlif maraqlı attraksionlarda əyləndilər, oyunlarda iştirak etdilər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət apardılar. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar bu aksiyadan xüsusi zövq aldılar, burada gözəl istirahət edib, əylənib oynadılar.

    Müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə unudulmaz bir gün yaşatdı.

    Şənliyin sonunda Heydər Əliyev Fondunun adından uşaqlara hədiyyələr təqdim edildi.









  • Sumqayıtda polis əməkdaşını avtomobil vurub

    Sumqayıt şəhərində 28 yaşlı gənci maşın vurub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.

    Belə ki, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Kərim Cəbrayıl oğlu Babazadə naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    Qeyd edək ki, 28 yaşlı Kərim Babazadə Sumqayıt Şəhər Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşıdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

    Martın 20-də saat 11:00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçiriləcək.

    Bu barədə oxu.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
    “Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

  • Gəncədə qadını evində öldürərək yandıran şəxs tutulub

    Fevralın 27-də saat 3 radələrində Gəncə şəhəri N.Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada yaşayan Natella Katiblinin yanmış meyiti tapılıb.

    Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı N.Katiblinin boğaz nahiyəsində kəsiyin olması, qabırğalarının isə sınması müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Katiblinin tamah məqsədi ilə boğularaq öldürülməsi, sonradan evinin yandırılması müəyyən edilib. Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Mustafayev tutulub.

  • Yaponiya nümayəndə heyəti İlham Əliyevlə danışıqlarda – YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Yaponiya baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçini qəbul edib.

    Tomohiko Taniguçi Yaponiyanın baş naziri Şinzo Abenin salamlarını dövlət başçısına çatdırıb.

    Tomohiko Taniguçi Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib və Yaponiyada insanların bu hadisədən dərin kədər hissi keçirdiklərini qeyd edib. O bildirib ki, Yaponiya Azərbaycanın İslam aləmində sabitlik, təhlükəsizlik və qarşılıqlı anlaşmada roluna xüsusi əhəmiyyət verir. Sonra Tomohiko Taniguçi Yaponiya hökuməti tərəfindən Azərbaycana təcrübəli səfirin göndərilməsini əlaqələrimizin inkişafına verilən önəm kimi dəyərləndirib.

    Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib. Daha sonra Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinə toxunan dövlət başçısı Yaponiya hökumətinin Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk vaxtlardan başlayaraq və bu gün də davam edən dəstəyini yüksək qiymətləndirib. Prezident İlham Əliyev, həmçinin Yaponiya bank sektorunun ölkəmizdə infrastrukturun müasirləşdirilməsi işinə göstərdiyi köməyin önəmini qeyd edib və bildirib ki, bu gün ölkələrimiz arasında qarşılıqlı anlaşma və tərəfdaşlıq prinsiplərinə söykənən çox yüksək səviyyədə ikitərəfli münasibətlər mövcuddur.

    Dövlət başçısı Yaponiyanın Azərbaycanda təyin olunmuş səfirinin Azərbaycanın dostu olduğunu və Yaponiya hökumətinin dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrin reallaşmasında fəal rol oynadığını bildirib.

    Görüşdə ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi, bank sektoru, iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    Dövlət başçısı baş nazir Şinzo Abenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Yaponiyanın baş nazirinə çatdırmağı xahiş edib.

    * * * * *

    Bu gün Azərbaycan prezidenti İlham Əliyev Yaponiya baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçini qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.