Month: March 2018

  • В Баку 81-летний пенсионер пытался совратить 13-летнюю девочку

    В Бинагадинском районе совершено немыслимое преступление: 81-летний мужчина совершил развратные действия в отношении 13-летней девочки.

    Как передаёт Median.Az, об этом Спутник-Азербайджан сообщили в правоохранительных органах Бинагадинского района. Согласно информации, случай произошел 5 марта около 16:00 перед домом номер 52 на улице «Строй детал» поселка Расулзаде Бинагадинского района.

    Житель Баку 1937 года рождения совершил действия сексуального характера в отношении девочки 2005 года рождения.

    По факту в прокуратуре Бинагадинского района возбуждено уголовное дело по статье 153 (Развратные действия). Проводится расследование.

  • Bakıda DƏHŞƏT: 81 yaşlı kişi küçənin ortasında 13 yaşlı qıza təcavüz etdi

    Bakının Binəqədi rayonunda ağlasığmaz seksual təcavüz baş verib. Hadisə ona görə ağlasığmazdır ki, təcavüzü törətməkdə günahlandırılan şəxsin 81, onun qurbanı olan qızın isə 13 yaşı var.

    Median.Az xəbər verir ki, bu barədə məlumatı Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, hadisə martın 5-i saat 16:00 radələrində, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroy detal küçəsində yerləşən 52 saylı evin qarşısında baş verib.

    Bakı şəhər sakini, 1937-ci il təvəllüdlü K.H. 2005-ci il təvəllüdlü N.M.-ya qarşı seksual xarakterli hərəkətlər edib. Təcavüz faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlayıb.

    Faktla bağlı Binəqədi rayon prokurorluğu araşdırma aparır.

  • Novruz bayramında şagirdlər bir həftə dərsə getməyəcək

    Novruz bayramı ilə əlaqədar Azərbaycan məktəblərində şagirdlər martın 20-dən etibarən dərsə getməyəcəklər.

    Median.Az xəbər verir ki, Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məktəbdə dərslər martın 27-də başlayacaq.

    Məktəbəqədər təhsil alanlar üçün sonuncu dərs günü martın 15-i, şagirdlər üçün isə sonuncu dərs günü martın 19-dur.
    Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür. Martın 27-si isə iş günüdür.

    Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq.

  • Vidadi İsgəndərlinin atasının qəbirinin təhqir olunması xəbəri yalan çıxdı – VİDEO

    Vidadi İsgəndərlinin atasının qəbirinin təhqir olunması xəbəri yalan və təxribat çıxdı.

    Sosial şəbəkələrdə yayılmış xəbərlərdə hazırda Avropada yaşayan hüquqşünas Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunduğu iddia edilib və bildirilib ki, rayonda bir qrup şəxs onun atasının məzarını insanlığa sığmayan iyrənc bir şəkildə təhqir edib və prosesi çəkərək, internetə yerləşdirib. Videogörüntüdə onun ünvanına söyüş və təhqir dolu ifadələr işlədilir, bunun Vidadi İsgəndərlinin tənqidlərinə cavab olduğu deyilir.

    Məlumatdan xəbər tutan Vidadi İsgəndərlinin yaxın qohumları narahat olaraq qəbiristanlığa gedib və İsgəndər İsgəndərovun, habelə digər qohumlarının məzarlarını yoxlayıblar. Vidadi İsgəndərovun əmisi oğlu İmran İsgəndərov qəbirə heç bir müdaxilə edilmədiyini, hər hansı bir təhqiramiz hadisənin olmadığını bildirib.

    Vidadi İsgəndərlinin əmisi oğlunun çəkdiyi görüntülərlə internetdə yerləşdirilən görüntüləri müqayisə etdikdə aydın görünür ki, video başqa yerdə çəkilib. İnternetə yerləşdirilən bu videodakı yer Göyçay rayonunun Məlikkənd kənd qəbirstanlığı deyil.

    Maraqlı bir sual ortaya çıxır: Vidadi İsgəndərli doğurdanmı öz atasının dəfn olunduğu qəbiristanlığı və elə qəbirin özünün yerləşdiyi yeri tanımır ki, bu videonun heç də o yerdə çəkilmədiyini müəyyən etsin? Yoxsa başqa məqsədləri var? Bəlkə bu fərq onu heç ümumiyyətlə maraqlandırmayıb…

    İndi gələk əsas məsələyə, bu təxribatı kim törədib və bu kimin maraqlarına xidmət edir… Əslində bunun ətrafında o qədər də çox düşünməyə ehtiyac da qalmır. Təxribat videosu internetə düşər-düşməz Vidadi İsgəndərli də daxil olmaqla radikal müxalifət düşərgəsi bundan siyasi şou düzəltməklə məşğuldur. Özünü müxalifətin öndəgələnləri hesab edən şəxlsrin demək olar ki, hamısı bu iyərnclikdən qidanlanmağa çalışıblar. Bunu hakimiyyətin əməli kimi qələmə verərək ardından da insanları mitinqə dəvət ediblər. Elə bu yanaşma özü göstərir ki, təxribatın arxasında hansı qüvvələr dayanır. Bu, siyasi əxlaqsızlıqla hakimiyyəti gözdən salmağa çalışanlar bu dəfə də özlərini ifşa etdilər. Və onu da sübut etdilər ki, doğurdan da onlar hakimiyyət ambisiyası üçün hər cür mənəvi-əxlaqi dəyərləri tapdamağa qadirdirlər.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Bakıda bu ərazi həm sərnişinlər, həm də sürücülər üçün təhlükəlidir – VİDEO

    Bakı dairəvi yolununu köməkçi yolunda dayanacağın olmaması, daha doğrusu heç dayanacaq üçün yerin ayrılmaması hər gün burada problemə səbəb olur. Söhbət dairəvi yolun Əsəd Əhmədov küçəsi ilə kəsdişiyi yerdən şəhərin çıxışı istiqmətinə olan hissəsindən gedir. Ensiz yolda avtobusların sərnişin mindirmək, yaxud düşürmək üçün saxlamsı həm tıxaca səbəb olur, həm də sərnişinlər üçün təhlükə yaradır.

    Həmin ərazidə heç səki də olmadığı üçün avtobus gözləmək özü belə təhlükəlidir.

    Avtobuslar isə sərnişin mindirib-düşürmək üçün yolun istənilən hissəsində saxlayırlar.

    Bakı dairəvi yolunun Əsəd Əhmədov küçəsi ilə kəsişməsində hər gün demək olar ki, bu mənzərə yaşanır. Sərnişinlər deyir ki, belə hal onların həyatı üçün təhlükəlidir, amma evlərinə gedib-gəlmək üçün hər gün bu ensiz beton piltənin üzərində dayanmağa məcburdurlar.

    Sərnişinlər deyir ki, ətrafda kifayət qədər insan yaşayır. Onlar dayancaqdan minmək, yaxud düşmək üçün kilometrlərlə yol getməlidirlər. Elə ona görə də avtobusların məhz burada dayanmasını sürücülərdən tələb edirlər. Avtobusların burada dayanması həm digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaradır, xüsusi ilə səhər saatlarında ləngimələrə səbəb olur, üstəlik sərnişinlər üçün də həyati təhlükə yaranır.

    Avtobus sürücülərinin isə öz arqumentləri var.

    Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev “Xəzər Xəbər”ə bildirdi ki, həmin ərazidə mövcud yol infrastrukturu dayanacaq məntəqəsinin təşkili imkanlarını məhdudlaşdırır. Lakin Agentlik tərəfindən daşıyıcılara həmin yerlərdə avtobusları saxlamamaları barədə xəbərdarlıq edilib.

    Mais Ağayev həmçinin onu da bildirdi ki, həmin ərazidən tez-tez şikayətlər daxil olur ki, sürücü saxlamır. Onun sözlərinə görə, hər dəfə sürücünü orda saxlamağa sərnişinlər məcbur edirlər. Sürücü saxlamayanda isə narazılıq yaranır.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Qəbələ sakini təyyarə hazırladı – VİDEO

    Həqiqi təyyarə kimi sürət yığır, sonradan havaya qalxır.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Qəbələ sakini Ayaz Məmmədov artıq 10 ildir ki, aviamodelçiliklə məşğuldur və o, əsl təyyarələrə bənzəyən kiçik prototiplər hazırlayır.

    Ayaz Məmmədov hər bir detala xüsusi həssaslıqla yanaşır. 15-dən artıq təyyarə hazırlayan usta “Cesna-182 Skylane”, “Tricopter” və “Nobler” kimi modellərlə sərgilərə də qatılıb.

    Həmin təyyarə modelləri yanacaqla işləyir. Model əvvəlcə layihə formasında kağız üzərində çəkilir. Sonradan həmin layihəyə uyğun hər bir detal dəqiqliklə hazırlanıb yığılır.

    Usta deyir ki, modeli hazırlamaq üçün istifadə etdiyi materialları tapmaq ona elə də asan başa gəlmir. Çünki əsas material sayılan balzanın ölkədə satışı yoxdur.

    Gənc və istedadlı modelçi təyyarə maketlərini hazırlamaq texnikasını şagirdlərinə də öyrədir. Bu, onların hafizələrini gücləndirmələrinə və asudə vaxtlarını daha səmərəli keçirmələrinə xidmət edir. 

    Ayaz Məmmədov deyir ki, onlara şərait yaradılarsa, modelləri daha da təkmilləşdirmək olar.

  • Azərbaycanlı məşhurun gəlini efirə çıxdı – Qaynanam məni aldatdı – VİDEO

    “Səni axtarıram”a müraciət edən gənc qadın qaynanası tərəfindən aldadılaraq 3 ilə yaxındır həyat yoldaşından boşandığı bildirib.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, o, baldızı ilə arasında yaranan söz-söhbətdən sonra bu hadisələrin baş verdiyini deyib. 5 baldızının olduğunu bildirən gənc qadın, onlardan birinin məşhur toy aparıcısı və xınayaxdı təşkilatçısı kimi tanınan Nazilə Səfərli olduğunu deyib.

    Qadın ailəsinin barışması üçün Nazilədən dəfələrlə kömək istədiyini desə də, məşhurun “Sizin ailə işinizə qarışa bilmərəm” cavabını aldığını qeyd edib.

    İki övladı ilə anasının yanında yataqxana yaşadığını bildirən gənc qadın keçmiş ərindən ev istədiyini bildirib. 

  • “Bakı Marafonu–2018”in keçiriləcəyi tarix müəyyənləşib

    “Bakı Marafonu–2018”in keçiriləcəyi tarix müəyyənləşib.

    Median.Az layihənin rəsmi saytına istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq yarış mayın 13-də baş tutacaq.

    “Bakı Marafonu–2018” layihəsinin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə “SMG” (“Sport Marketing Group”) şirkəti həyata keçirir.

    “Bakı Marafonu–2018”in məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. Marafon Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

    Qeyd edək ki, Bakıda ilk marafon yarışı 2016-cı il mayın 1-də, ikinci yarış isə 2017-ci il aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilib. Hər iki marafona Dövlət Bayrağı Meydanından start verilib, yarışın fan zonası isə finiş nöqtəsində – Bakı Olimpiya Stadionunda yaradılıb. Burada iştirakçılar, eləcə də, uşaqlar üçün xüsusi əyləncə proqramları təşkil olunub.

    2016-cı ildə təşkil olunmuş ilk yarımarafonda 7000-dən çox, 2017-ci ildə keçirlmiş ikinci yarımarafonda isə 13000-dən çox iştirakçı qeydiyyatdan keçib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə keçirilən bu yarışlarda Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, İspaniya, Fransa, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çex Respublikası, Meksika və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, “BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının nümayəndələri də qoşulub.

    Yarımarafonlarda ABŞ, Avstriya, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Fransa, Rusiya, Polşa, İran, Ukrayna, Gürcüstan, Keniya və digər ölkələrdən turistlər də iştirak edib.

    Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncə şəhərində də yarımarafon təşkil olunub. Bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə keçirilib.

  • Задержан устроивший пожар в Наркоцентре

    Генпрокуратура и МВД распространили информацию о пожаре в Республиканском наркологическом центре.

    В сообщении говорится, что пациент центра, Мухаммед Мамедов был задержан 3 марта 2018 года по подозрению в совершении поджога.

    На предварительном вопросе М.Мамедов рассказал, что, не желая лечиться в Наркологическом центре, с целью суицида совершил поджог.

    Увидев, что пламя разгорается, он передумал убивать себя, и сбежал.

    В отношении М.Мамедова избрана мера пресечения в виде ареста.

    Будет дана дополнительная информация.

  • Ana oğlunu rəfiqəsi ilə əxlaqsız vəziyyətdə tutdu, dəhşətə gəldi – FOTO

    Hazırlaşdırdığı şagirdi ilə cinsi əlaqədə olan qadın müəllim 4 il müddətinə azadlıqdan məhrum edilib.

    Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, Sankt Peterburqdakı evində yanına hazırlığa gələn şagirdlə intim münasibətdəykən tutulan müəllim həbs olunub.

    Natalya Nikandrova adlı qadın müəllimi şagirdi ilə əxlaqsızlıq edərkən oğlanın anası onları görüb. Oğlu ilə rəfiqəsini əxlaqsız vəziyyətdə görən ana dəhşətə gəlib, o, müəllim işləyən rəfiqəsini polisə verib.

    Polisin verdiyi məlumatda qeyd olunub ki, oğlanı yoldan çıxardan 35 yaşlı müəllim Natalya olub.

    Rusiya mətbuatının yazdığına görə, oğlanın ailəsi zəngindir. Belə ki, adı yaşı 18-dən az olduğuna görə açıqlanmayan şagird sosial şəbəkədə bahalı maşınlarla, modellərlə fotosessiyasını paylaşıb. Onun atası neft maqnatıdır. Bu səbəbdən də onlar oğullarına şəhərin ən bahalı müəllimini tutublar.

    Qeyd edək ki, cinsindən, könüllü və ya məcburiliyindən asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq cinayətdir.

    The Sun-ın bir neçə gün bundan əvvəl apardığı psixoloji araşdırmaya görə, bu hal daha çox özünü tənha hiss edən qadınlarda baş verir. Belə ki, özünü tənha hiss edən, intim tələbatı ödənməyən qadınlar azyaşlı oğlanların daha çox ehtiraslı və saf olduğunu düşünərək onları yoldan çıxarırlar. Onlar bir növ ehtiraslarına qurban gedirlər.