Month: March 2018

  • Günayın sinəsi podiumda açıldı – FOTO

    Ötən gün Bakıda “Dosso Dossi Fashion Show” moda gecəsi keçirilib.

    Median.Az xəbər verir ki, dəfilədə Türkiyənin bir çox məşhur modelləri ilə yanaşı Türkiyədə yaşayan, Azərbaycanın tanınmış top modeli Günay Musayeva da olub.

    Bir neçə fəqli və dəbdəbəli libaslarda səhnədə yürüyən Günayın başına iş gəlib. Belə ki, Musayevanın əyninə geyindiyi uzun dərin sinə dekolteli qırmızı libasının sinə hissəsi açılıb. Həmin anlar isə Axşam.az-ın fotoqrafı Ramin Aslanovun kamerasının obyektivindən yayınmayıb. Günay baş verən bu hadisəyə önəm verməyərək, podiumda gəzməyi davam etdirib.

    Günayın podiumda lentə alınmış ehtiraslı görüntülərini sizə təqdim edirik :




  • Gəncədə 51 yaşlı qadın pəncərələri silərkən yıxılaraq dünyasını dəyişib

    Gəncədə 51 yaşlı qadın ehtiyatsızlıq nəticəsində dünyasını dəyişib. Hadisə şəhərin Ozan küçəsində yerləşən yaşayış binalarının birində baş verib.

    İlkin məlumata görə, Elbəniz Quliyeva Şəmi qızı evdə pəncərələri silərkən ehtiyatsızlıqdan yerə yıxılıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır. (APA)

  • Сотрудники МВД у жителя Балакена изъяли свыше 2 кг. марихуаны

    Как сообщает Median.Az, сотрудники Главного управления полиции на транспорте МВД в результате проведенной операции задержали жителя Балакенского района, ранее судимого Махира Ашырова, у которого изъяли 2 кг 270 грамм марихуаны.

    В Следственом Управлении МВД по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азербайджана возбуждено уголовное дело.

  • Göyçayda bədbəxt hadisə – Körpə qaynar süd qazanına düşdü

    Göyçay şəhərində 2 yaşlı körpə bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.

    Median.Az report-a istinadən xəbər verir ki, valideynlərinin nəzərətindən uzaq olan 2 yaşlı Kazımova Məryəm içərisi qaynar südlə dolu qazana düşüb.

    Nəticədə körpə ağır yanıq xəsarətləri alıb.

    Körpə dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakıdakı Yanıq Mərkəzinə çatdırılıb. Hazırda körpənin vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Nağılbazın 5 yaşlı qızının atasına ürəkdağlayan yalvarışı – AUDİO

    “Anar oğlu Tamerlanın nömrəsini “WhatsApp”da qara siyahıya atıb ki, ona yaza bilməsin. Bir ata öz övladına qarşı necə belə ola bilər? Uşaqlarını sonuncu dəfə efirdə çəkiliş üçün aparıb, sonra bir dəfə də olsun maraqlanmayıb”.
     
    Median.Az xəbər verir ki, bu sözləri cebhe.info-ya açıqlamasında repçi Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva bildirib. O, əlavə edib ki, A.Nağılbaz uşaqları ilə nə bayram günlərində, nə də ki adi gülərdə maraqlanmır:

    “Tamerlan ona “WhatsApp”da yazıb, uşağı “blok”a atıb. Belə ata olar sizcə? Qızımıza anasının adını verib, Şərqiyyə. Amma uşaqla maraqlanmır. Şərqiyyə bacımın “WhatsApp” profilində şəkil görüb. Həmin şəkil atasının da “WhatsApp”ında da var idi. Elə bilib ki atasıdır, Anara səs yazıb. Həmin səslərə qulaq asan adamın ürəyi parçalanır. Özünüz düşünün, mən ataları haqda pis danışsaydım, uşaqlar indi Anarı istəməzdi. Atasının adını çəkəndə deyərdi ki, istəmirəm. Amma uşaqlar atalarını sevirlər. Görün ki, bu uşaqların atalarına qarşı nə cür məhəbbəti var”.

    A.Cəbiyeva A.Nağılbaza qarşı qaldırdığı məhkəmə iddiasından da söz açıb. Ətraflı danışmasa da, keçmiş həyat yoldaşının aliment ödəməkdən boyun qaçırdığını bildirib:

    “Anar aliment verməkdən boyun qaçırır. İndi də yalandan başlayıb ki, xəstəyəm. Guya onun xəstə olmağının səbəbkarı mənəm. Onunla ən son nə zaman danışdığımız bəlli deyil. Mən ona hədə-qorxu niyə gəlirəm ki? Uşaqları ilə məşğul olmaqdansa, onlara gün ağlamaqdansa, boş işlərlə məşğudur. Bu belə edir ki, sabah bir şey olsa mənim üzərimdə qalsın. Əslində, biz hamımız gözəl bilirik ki, bu yolun yolçusu olan insanın ürəyi də zəif olur, hər şeyi də. O, əvvəldən xəstə insan olub. Xəstəliklərində məni niyə günahkar tutur, onu anlamıram. Bu fikirlə məni qaralamaq, vurmaq istəyir. Ondansa uşaqlarına gün ağlasın, kirayələrdən çıxarsın. Hamısı yığılıblar o evə, uşaqların haqqını yeyirlər”.

  • Direktor müavini 15 yaşlı şagirdini zorladı – ŞAMAXIDA

    Şamaxı rayonunda seksual xarakterli zorakılıq hadisəsi törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Elnur İbrahimov Şamaxı rayonu Pirbəhli kənd orta məktəbində dərs hissə müdiri-direktor müavini vəzifəsində işləyib. Onun təcavüz etdiyi 2000-ci il təvəllüdlü Sahibə Babayeva (ad və soyad şərti verilib – red.) da həmin məktəbin şagirdi olub.

    Gecə vaxtı intim münasibət

    İstintaq sənədlərinə görə, Elnur İbrahimov 2015-ci ilin iyun ayında orta məktəbin 9-cu sinfini bitirən, yəni yetkinlik yaşına çatmayan Sahibə Babayeva ilə intim münasibətdə olub.

    Müəyyən edilib ki, Elnur İbrahimov 2015-ci ilin sentyabr ayının ortalarında gecə vaxtı Sahibə Babayevanın yaşadığı evin həyətinə gəlib. O, həmin evin həyətində Sahibə Babayeva ilə cinsi əlaqədə olub.

    Müəllimindən hamilə qaldı

    Bir neçə aydan sonra Sahibə Babayeva hamilə qalıb. Xəstəxanadan qızın hamilə qalması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

    Müraciət əsasında Elnur İbrahimov cinayət məsuliyyətinə cəlb olunub. İstintaq orqanı tərəfindən Elnur İbrahimovun barəsində Cinayət Məcəlləsinin 152.3-cü (yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    5 il 6 ay cəza

    Şamaxı rayon Məhkəməsinin hökmü ilə Elnur İbrahimov 2 il 6 ay müddətə pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası alıb. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

    Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

    Cəza 1 ilə endirildi

    Elnur İbrahimovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayətə hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada baxılıb.

    Hakim kollegiyasının qərarı ilə Elnur İbrahimovun əməli Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə tövsif edilib və cəzası bir ilə salınıb.

    Prokurordan etiraz

    Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını istəyib.

    Prokurorun protestinə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası prokurorun protestini təmin edib.

    Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar verilib.

    Məktəbliyə təcavüz edən axtarışa verildi

    Apelyasiya instansiyasında şikayət bu dəfə hakim Fərmayıl Zeynalının sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası işə baxan zaman təqsirləndirilən şəxs proseslərə gəlməyib.

    Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində bu ilin yanvarın 30-da axtarış elan edilib. Təqsirləndirilən şəxsin yerinin müəyyən edilməsi üçün müvafiq qurumlara müraciət olunub.

    Apelyasiya şikayətinə baxılmasının icraatı dayandırılıb.

    Qeyd edək ki, Elnur İbrahimov ailəlidir, iki uşaq atasıdır.(publika.az)

  • В Африне освобожден еще один город

    Участники антитеррористической операции «Оливковая ветвь» продолжают успешное продвижение на северо-востоке Сирии.

    Об этом сообщает агентство «Анадолу»

    Подразделения ВС Турции и отряды Сирийской освободительной армии 3 марта очистили от террористов села Рамадие и Хамилек на юго-западе Африна.

    Кроме того, подразделения турецкой армии и отряды оппозиции обеспечили контроль над райцентром Раджу. Большая часть стратегически значимого города на западе сирийского Африна уже очищена от террористов. Продолжаются шаги по уничтожению небольшой группы террористов, остающихся в центре Раджу.

    По информации корреспондента «Анадолу» в Сирии, операция по освобождению города Раджу была начата утром 3 марта. После ожесточенных столкновений террористы YPG/ PKK-ДЕАШ были отброшены от пригорода к центру Раджу. Затем был обеспечен контроль над большей частью города, где проводятся рейды по зачистке от террористов и работают саперы.

    В целом с начала операции «Оливковая ветвь» в пяти районах Африна от террористов освобождены два райцентра, 93 села, шесть ферм, 21 стратегическую высоту и базу YPG/PKK – в целом 123 объекта.

    С начала операции «Оливковая ветвь» в районе Африн на северо-западе Сирии нейтрализовано 2434 террориста, сообщает Генштаб ВС Турции.

  • Afrində daha bir şəhər azad edildi

    Türkiyə silahlı qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində Racu şəhəri terrorçulardan azad edilib. Bu əməliyyatın başlanıldığı vaxtdan bəri Afrində azad edilən ikinci rayon mərkəzidir.

    Bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.

    Anti-terror əməliyyatının iştirakçıları Suriyanın şimal-şərqində uğurlu şəkildə irəliləyir.

    “Anadolu”-nun Suriyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Racu şəhərinin azad edilməsi ilə bağlı əməliyyat martın 3-də səhər saatlarında başlayıb.

    Şiddətli toqquşmadan sonra YPG/PKK yaraqlıları şəhərkənarından Racunun mərkəzinə çəkilib. Daha sonra türk birləşmələr şəhərin böyük hissəsini nəzarətə götürüb. Hal-hazırda mərkəzin terrorçulardan təmizlənməsi üçün reydlər keçirilir, istehkamçılar yollarda və binalarda potensial minaların axtarışı ilə məşğul olur.

    Türkiyə silahlı qüvvələri martın 3-də “Azad Suriya Ordusunun” dəstələri ilə birgə bundan başqa Afrinin cənub-qərbində yerləşən Ramadiyə və Hamilək kəndlərini terrorçulardan təmizləyib.

  • Güləşçilərimiz İranda böyük uğur qazanıb

    İranın Mazandaran vilayətinin Behşəhr şəhərində Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçirilib.

    Oxu.Az xəbər verir ki, Gürcüstan, Rusiya, Ermənistan və İran komandalarının qatıldıqları turnirdə Azərbaycanı sərbəst güləş üzrə gənclərdən ibarət yığma üzvləri təmsil edib.

    Məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında 10 güləşçi mübarizə aparıb. Onlar turniri 2 qızıl, 1 gümüş və 5 bürünc medalla başa vurub.

    Davud İbrahimov (70 kq) və Orxan Abbasov (79 kq) qızıl, Alimaqomed Alixmayev (97 kq) gümüş, Əsgər Məmmədəliyev (57 kq), Elmar Kazımov (65 kq), İsmayıl Abdullayev (74 kq), Asxab Həmzətov (92 kq) və Rahid Həmidli (125 kq) bürünc medala yiyələnib.

    Məmmədəliyev həlledici qarşılaşmada ermənistanlı rəqibini yenib. Komanda hesabında Azərbaycan yığması ikinci olub.

    Görüşlərin idarə edilməsində ölkəni milli dərəcəli hakim Firqət İbrahimov təmsil edib.

  • Bakıda keçmiş məhkumlardan silah götürülüb

    Bakıda əvvəllər məhkum olunmuş şəxslərdən silahlar aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərovdan bir ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, bir ədəd patron darağı və beş ədəd patron götürülüb.

    Bundan başqa, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Məmmədovdan “Makarov” markalı tapança, bir ədəd patron darağı və səkkiz ədəd patron götürülüb.