Month: March 2018

  • В столице в результате наездов погибли 2 пешехода

    Как сообщает Median.Az, в поселке Бинагади автомобиль марки “Hyundai”, управляемый жителем столицы Теймур Мамедовым сбил стоящего у обочины дороги жителя столицы Мубариза Хыдырова, который скончался в Клиническом медецинском центре.

    Кроме этого, в поселке Алят Гарадагского района грузовая автомашина марки “КАМАЗ”, управляемая жителем Бейлаганского района Сулейман Мурадовым сбил гражданина Грузии Давита Чубинидзе, вследствии чего пешеход погиб в больнице.

    По фактам ведется расследование.

  • Bakı küçələrində “kamikadze” velosipedçilər peyda olub: polis onları axtarır – VİDEO

    Velosipedlə elə manevrlər edirlər ki, sanki bu hərəkətlər ssenari əsasında qurulmuş aksiyon səhnəsidir.

    Kadrlara baxdıqca isə insana elə gəlir ki, elə bu dəqiqə velosiped hansısa avtomobillə toqquşacaq.
     
    Təhlükəli görüntülər Bakıda lentə alınıb. İki velosipedçi avtomobillərin arasından sürətlə ötərək sürücülərə də çətin anlar yaşadır. Bəzi yollarda isə qarşı zolağa çıxaraq, digər sürücülərlə üz-üzə gəlirlər.
     
    Görüntülər sosial şəbəkələrdə də qısa bir zamanda sürətlə yayılıb. Velosiped İdmanı Federesayısından isə bildirirlər ki, həmin velosipedçilər federasiyanın üzvləri deyil. Lakin onların etdiyi bu təhlükəli hərəkətlər ölkədə velosiped idmanının imicinə zərbə vurur.
     
    Federesiyanın mətbuat katibi Pərviz Musayevin sözlərinə görə, velosipedçilərlə bağlı onlar da axtarış aparırlar.
     
    Velosipedçiləri isə pozduqları qayda pozuntusuna görə 40 manat məbləğində cərimə gözləyir. Hazırda Bakı Şəhəri Dövlət Yol Polis İdarəsi faktla bağlı araşdırma aparır, velosipedçilərin tapılması istiqamətində tədbir görür.
     
    \\Xezerxeber

  • Azərbaycanda ilk: sığorta mübahisələrinin həlli məhkəməsiz mümkün olacaq – VİDEO

    Sığorta sahəsinin ən böyük problemi sığorta mübahisələridir ki, bu problemin birdəfəlik həll olunması üçün yeni üsul təklif olunur. Nəzərdə tutulan mediasiya modeli dünya təcrübəsində geniş istifadə olunur. Mediasiya dedikdə – Tərəflər arasında danışıqlar yolu ilə mübahisələrin həllinə nail olmaq prossesi nəzərdə tutulur.
     
    Hazırda məhkəmələrdə kifayət qədər çox sığorta mübahisələrinin olduğunu deyən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli bildirir ki, bu prosses məhkəmə qanunvericiliyi ilə 3 instansiya keçir və problemin həlli 1 ildən çox vaxt aparır. Bu da nə sığorta şirkətlərinə, nə də sığortalılara sərf etmir. Mediasiya üsulu hə iki tərəfə bərabər şans verir və əsas üstünlüyü ondan ibarətdir ki, problemə çox qısa bir müddətdə baxılır. Yəni, prosses bir mərhələli olur və maksimum 1 gün çəkir. Bu təcrübə sığorta ödənişinin verilib-verilməməsi və ödənişin məbləğini özündə ehtiva edir.
     
    Hazırda mediasiya ilə bağlı ixtisaslaşmış şirkətlərin axtarışı aparılır. Maliyyə Bazarlarına Nəzarət palatasının bu təcrübəyə olan münasibətini açıqladıqdan sonra, Sığortaçılar Assosıyasiyasi bu sahədə ən təcrübəli şirkətlə əməkdaşlıq edərək üsulu ölkədə tətbiq edəcək.
     
    \\Xezerxeber

  • Azərbaycanda Dövlət Yol Polisi postuna silahlı hücum: xəsarət alan var

    Salyan rayonunda Dövlət Yol Polisi (DYP) postuna silahlı hücum olub.

    Hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsindəki postda qeydə alınıb.
     
    Salyan şəhər Cəfər Cabbarlı küçəsində yaşayan 1988-ci il təvəllüdlü Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək silahdan atəş açıb. Sonra özünə məxsus minik avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Salyan şəhərində isə ona yol polisləri tərəfindən “saxla” əmri verilsə də, o, buna məhəl qoymayıb və maşınla Kürsəngi kənd sakini, 1982-ci il təvvəllüdlü polis əməkdaşı Dəmirov Raqib Həmdulla oğluna xəsarət yetirib. Nəhayət həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.
     
    İlkin məlumata görə, ötən gün DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə o, inzibati qaydada cərimələnib. Orxan Bağırovun hadisəni buna görə törətdiyi ehtimal olunur.
     
    Faktla bağlı araşdırma aparılır.
     
    \\Report

  • Tahir Əkbərin dəfn ediləcəyi yer açıqlandı

    Xəbər verdiyimiz kimi, dünən gecə bəstəkar Tahir Əkbər vəfat edib.

    Mərhumla vida mərasimi bu gün saat 12:30-da Təzə Pir Məscidində olacaq.

    Bu barədə Zemfira Əlişqızı məlumat verib.

    Bəstəkar “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

    Qeyd edək ki, T.Əkbər uzun sürən xəstəlikdən sonra ötən gün, saat 21:30 radələrində öz evində dünyasını dəyişib.

  • Prezident bitkiçiliyin inkişafı ilə bağlı sərəncam verdi

    Prezident İlham Əliyev “Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq və bitkiçiliyin intensiv inkişafını təmin etmək məqsədi ilə qərara alıram:

    Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin və ölkədə sənaye üsulu ilə istehsal olunan biohumusun satış qiymətinə genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin və çoxillik əkmələrin hər hektarına görə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddinin 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddinin isə 5 dəfə artırılmasını təmin etsin;

    2. bu Sərəncamın 1-ci hissəsi ilə bağlı tədbirlərin 2018-ci ildə maliyyələşdirilməsinin “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.10.1.6-cı yarımbəndində “Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər” üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini, növbəti illərdə tələb olunacaq vəsaitin isə hər il dövlət büdcəsində müvafiq qaydada nəzərə alınmasını təmin etsin;

    3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

  • Жители Астары украли из дома 12000 долларов

    Как сообщает Median.Az, сотрудники Астаринского РОП в результате проведенной операции задержали жителей города Кянана Байрамлы и Кянана Новрузова, которые войдя в преступный сговор украли из частного дома 12000 долларов.

    В Следственном отделе РОП по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительному сговору) УК Азербайджана возбуждено уголовное дело, ведется следствие.

  • Maqazin Azərbaycanlı müğənniyə efirdə şok: Atasının ikinci ailəsi ortaya çıxdı – VİDEO

    ARB TV-də yayımlanan “Səhər səhər” verilişində müğənni Orxan Babazadə şok yaşayıb.

    Azxeber.com xəbər verir ki, verilişin aparıcısı Elgiz Əkbər Orxanın atasının ikinci ailəsini olduğun bildirib.

    Elgiz şok məlumatı efirdə açıqlayıb: “3 gün bundan əvvəl Pərvanə adlı bir xanım mənə zəng edib, deyir ki, istəyirəm həyat yoldaşım sizlə danışsın. Danışanda bildim ki, xanımın yoldaşı Orxanın atasıdır. Məndən xahiş etdi ki, bu xanıma kömək ol, efirə çıxar. Nə qədər ödəniş lazımdı, mən verirəm. Mən bir az təəccübləndim və telefonu üstünə qoydum. Başa düşdüm ki, atanın ikinci ailəsi var”.

    Müğənni Orxan Babazadə isə bu məlumatdan şoka düşdüyünü və araşdıracağını deyib: “Mənim atam bir çox müğənnilərə, şou-biznesin 99%-nə dəstək olub. Bəzilər bilir ki, ailəmizdə namaz qılanlar da var. Atamın bu hərəkəti edəcəyini inanmıram. Bu məsələni ilk özüm araşdırmalıyam”.

    Aparıcı həmin müğənnin Sumqayıtda fəaliyyət göstərdiyini bildirib.

    Həmin görüntüləri təqdim edirik:

  • Bakıda yük avtomobili aşdı – VİDEO

    Bakıda yük avtomobili aşıb.

    Yol-nəqliyyat hadisəsi Xətai rayonu Nobel prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində baş verib. Həmin küçədən Nobel prospketinə hərəkət edən firmalardan birinə məxsus yük maşını dönmə əməliyyatı edərkən aşıb.

    Yola avtomobilin yanacağı dağıldığından hadisə yerinə yanğınsöndürən avtomobil və yol polisi əməkdaşları gəliblər.

    Hadisə nəticəsində xəsarət alan olmasa da yük avtomobilinə ziyan dəyib.

    Sürücünün sözlərinə görə, qəzaya səbəb başqa bir avtomobilin onun yoluna çıxması olub.(bax.tv)

  • Dünya mediası Bakıda 30 nəfərin öldüyü dəhşətli yanğından yazdı – FOTOLAR

    Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib. Yanğın söndürülüb. Yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (“morq”) 24 nəfərin meyiti gətirilib. Daha üç nəfər isə tüstüdən zəhərlənib.

    Hadisəylə bağlı ölkə başçısı İlham Əliyevin göstərişi ilə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib.
     
    Sözügedən hadisə dünya mediasının da nəzərindən kənarda qalmayıb.
     
    Median.Az xəbər verir ki, dünyanın nüfuzlu media quruluşları baş verən yanğını xəbərləşdiriblər.
     
    BBC hadisəni “Azərbaycanda yanğın: 24 nəfər həlak oldu” başlığı ilə yayımlayıb. Nüfuzlu xəbər agentliyi hadisə haqqında daha geniş məlumat çatdırılacağı haqqında anons da yayımlayıb.

    Türkiyənin “Anadolu Agentliyi” “Azərbaycanda yanğın: 30 nəfər həyatını itirdi” başlığı ilə xəbər dərc edib.
     

    Qardaş ölkənin digər məşhur qəzeti “Milliyet” qəzeti də eyni başlıqla xəbəri dərc edib.
     

    Rusiyanın “İTAR-TASS” agentliyi isə yanğından sonra İlham Əliyevin tapşırıq verdiyi haqqında geniş məlumat dərc edib.

    Mənbə: azxeber.com