Month: March 2018

  • ATƏT/DTİHB-nin prezident seçkiləri ilə bağlı aralıq hesabatı – Açıqlandı

    ATƏT/DTİHB-nin aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyası aralıq hesabatını açıqlayıb.

    Median.Az-ın məlumatına görə, hesabat qurumun rəsmi saytında dərc olunub.
    Hesabatda deyilir: “Azərbaycan hökumətinin dəvəti ilə və fevralın 21-22-də keçirilən qiymətləndirmə missiyasının nəticələrinə əsasən ATƏT/DTİHB martın 9-u prezident seçkilərini müşahidə missiyası yaradıb. Korien Yonkerin rəhbərlik etdiyi missiya Bakıda fəaliyyət göstərən 11 nəfərlik əsas qrupdan və martın 15-dən Azərbaycanda olan 28 uzunmüddətli müşahidəçidən ibarətdir. Missiya üzvləri ATƏT-in 20 üzv ölkəsindən cəlb olunub”.

    Hesabatda qeyd olunur ki, seçkilərin ümumi keçirilməsinə görə Mərkəzi Seçki Komissiyası (MSK) məsuliyyət daşıyır:

    “Zərurət yarandıqda MSK ATƏT/DTİHB-nin müntəzəm olaraq dəvət edildiyi sessiyalar keçirir. Kütləvi informasiya vasitələrinin nümayəndələri bu tədbirlərdə fəal iştirak edir”.

  • Aysel “Eurovision” səhnəsinə dörd müğənni ilə çıxacaq – FOTO

    3-cü “Eurovision” mahnı müsabiqəsinə hazırlıqlar tam sürətlə davam edir

    Median.Az oxu.az-a istinadən bildirir ki, “X My Heart” (Cross My Heart) mahnısı ilə ölkəmizi Portuqaliyada keçiriləcək müsabiqədə təmsil edəcək Ayseli səhnədə kimlərin müşahidə edəcəyi məlum olub.

    Bu barədə “Infe Azerbaijan” səhifəsi məlumat yayıb.

    Bildirilir ki, təmsilçimizi Lissabon səhnəsində ev sahibi ölkəyə təşəkkür məqsədi ilə 4 portuqaliyalı peşəkar ifaçılar Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edəcək.

    Qeyd edək ki, əlavə olaraq səhnə arxasında tanınmış yunan ifaçısı Stefania Rizou Ayselin bək-vokalçısı kimi Azərbaycan komandasında yer alıb.

  • Чемпионат мира по футболу пройдет без английских судей

    Английские арбитры не приедут на чемпионат мира по футболу в России.

    Футбольная ассоциация Англии просила Международную организацию футбола (ФИФА) заменить британского арбитра Марка Клаттенбурга, который не попал в окончательный список судей другим британским арбитром, но получила отказ.

    Таким образом турнир в России пройдет без британских арбитров, которые пропустят мировое первенство впервые с 1938 года.//BBC

  • США будут преследовать российских разведчиков по всему миру

    Соединенные Штаты будут оказывать давление на агентов российских спецслужб по всему миру, заявил журналистам высокопоставленный представитель администрации США, передает Median.Az со ссылкой на РИА Новости.

    “Мы очень довольны масштабом принятых мер. Почти 30 стран выслали российских дипломатов. Но определенно можно сделать больше. Мы продолжим оказывать давление на российских агентов спецслужб по всему миру, и будем работать с нашими партнерами над этим”, — сообщил чиновник.

    Работавший на британские спецслужбы бывший офицер ГРУ Сергей Скрипаль и его дочь были отравлены в британском Солсбери 4 марта. Лондон утверждает, что к отравлению Скрипалей веществом А234 причастно российское государство, Россия это категорически отрицает.

  • “Maşınları ağacların altında, binalara yaxın saxlamayın” – Bakıda dağıdıcı külək xəbərdarlığı

    Xəbər verdiyimiz kimi, martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Eyni zamanda, güclü şimal-qərb küləyi proqnozlaşdırılır. Bu gün isə İnternetin Azərbaycan seqmentində küləklə bağlı xəbərdarlığı əks etdirən səs yazıları yayılıb.

    Səs yazılarında bildirilir ki, martın 30-da ölkə ərazisində əsəcək şimal-qərb küləyinin sürəti saniyədə 15-29 metr, saatda 54-104 kilometr təşkil edəcək.

    Güclü külək nəticəsində ağacların budaqlarının qırılması, binaların damlarının uçması, reklam şitlərinin aşması ilə bağlı xəbərdarlıq edilir:

    “Uşaqların məktəbə getməsini tövsiyə etmirəm. Maşınları ağacların altında, binalara yaxın yerlərdə saxlamayın”,- deyə səs yazısında qeyd edilir. İkinci səs yazısı isə dənizdə işləyənlərə ünvanlanıb. Təhlükəli hidrometeoroloji xəbərdarlıqla başlayan səs yazısında qeyd edilir ki, martın 30-dan 31-i günün ikinci yarısına qədər şimal-qərb, şimal küləyi əsəcək.

    Bildirilir ki, küləyin sürətinin saniyədə 19-24, arabir 28-30 metrədək güclənəcəyi gözlənilir. Açıq dənizdə küləyin sürəti 35-38 metr-saniyə olacaq. Dalğanın hündürlüyü 2,5-4,5 metrə çatacaq. Sonrakı inkişafda dalğanın hündürlüyü 5,0-8 metrə qalxacaq.

  • BMT-dən kritik xəbərdarlıq — “Soyuq müharibə dövrünə qədəm qoyuruq”

    BMT Baş katibi Antonio Quterreş “Casus böhranı” ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
    Median.Az xəbər verir ki, Quterreş, casus böhranı ilə əlaqədar Rusiyanın 60 ABŞ diplomatını ərazisindən çıxarması qərarı ilə daha da gərginləşən iki ölkə münasibətləri haqqında danışıb.

    “Həddindən artıq narahatam. Soyuq müharibə dövrünə bənzər bir vəziyyətə doğru gedirik”, – deyə Antonio Quterreş vurğulayıb.
    Baş katib Soyuq Müharibə dövründə iki supergücün mübarizəsinə şahid olunduğunu, indi isə 1-dən çox müstəqil aktyor olduğuna diqqəti çəkib.

  • Yevlaxda piyada vuruldu — Xəstəxanaya aparılarkən yolda öldü + YENİLƏNİB

    Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
    Median.Az-ın “Report”a istinadən məlumatına görə, Yevlax şəhər sakini, 1992-ci il təvəllüdlü Əbdülxəlidov Səməd Ziyadxan oğlunun idarə etdiyi avtomobil tərəfindən vurulan piyadanın tüfeyli həyat sürdüyü bildirilir.

    Hadisə zamanı piyada sərxoş olub və qəflətən yola çıxb. Bu zaman avtomobilin sürücüsüsü idarəetməni itirərək onu vurub. Yaralı piyada sürücü tərəfindən xəstəxanaya aparılsa da, aldığı ağır xəsarətlərdən yolda keçinib.

    Piyadanın kimliyi araşdırılır.

    ***
    Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Median.Az-ın “Report”a istinadən məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

    Belə ki, kimliyi hələlik bilinməyən piyda avtomobil tərəfindən vurularaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılan zaman yolda ölüb. Ölən piyadanın orta yaşlı kişi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Əbu-Dabidə hava ilə doldurulan akvapark açılıb — FOTO

    Aqua Fun adlanan akvapark bundan əvvəl Dubayda açılmışdı.

    Median.Az xəbər verir ki, insanlara saatda 1000 kalori atmaq imkanı verən attraksionlar, körpülər, pillələr və s. ilə dolu olan maneələr parkuru sahildəki St. Regis və Hilton Internation otellərinin arasında yerləşir.

    Parkda eyni vaxtda 250 ziyarətçiyə hava ilə doldurulan jilet verilir. Bundan başqa ərazidə xilasedicilər də var. Giriş bileti isə 27 dollardır.

  • Qapıları bağlayıb 41 uşağı diri-diri “yandıran” şəxsin kimliyi bilindi

    Kemerovoda həyatını itirənlərin yaxınları kinoteatrda qapıları kimin bağladığını öyrəniblər
    Rəsmi məlumatlara görə, 67 nəfərin həyatını itirdiyi Kemerovo şəhərindəki “Zimnyaya vişnya” (“Qış albalısı”) ticarət mərkəzində yanğın baş verdiyi zaman içərdə uşaqların cizgi filmi seyr etdiyi kinoteatrın qapısını tamaşaçılardan biri bağlayıb ki, xilasedicilər gələnə qədər orada qalsınlar.

    Bu barədə yanğında bütün ailə üzvlərini itirmiş Kemerovo sakinlərindən İqor Vostrikov bildirib. Ticarət Mərkəzində quraşdırılmış kameraların videoyazılarını seyr edəndən sonra İnternetdə videomesaj paylaşan İ.Vostrikov əvvəlcə kinoteatrın bütün qapılarının açıq olduğunu iddia edib: “Zalın qapılarının yaxınlığındakı videomüşahidə kameralarının yazısından görünür ki, qapılar bağlı deyildi. Bütün insanlar qaçdı… Yalnız bizimkilər qaldı, çünki orada uşaq cizgi filmi göstərirdilər. Uşaqlar ləngiyirdilər, onlar çıxışa çatanda isə dəhlizi ətrafı tamamilə görünməz edən qatı tüstü bürümüşdü”.


    Onun iddiasına görə, qapıları örtmək, aralarını bağlamaq və xilasediciləri gözləmək haqqında qərarı tamaşaçılardan biri qəbul edib. Təəssüf ki, qapını bağlamaq qərarı qəbul edərək onlarla uşağın ölümünə səbəb olan həmin kişinin özü yanğından xilas olub.

    Bəzi sosial şəbəkələrdə guya şəhər rəhbərliyinü müdafiə etməkdə günahlandırılan İ.Vostrikov bunu təkzib edərək deyib ki, xilasedicilər vaxtında gəlmədiyi üçün uşaqlar kinoteatrda yanıblar: “Şəhər rəhbərliyini, yanğınsöndürənləri günahlandırıram. Mənə məlum olan odur ki, binanın damını 1 saat yarımdan sonra söndürməyə başlayıblar. Yanğınsöndürənlər hadisə yerinə 40 dəqiqədən sonra gəliblər. Helikopterlə xilasedici heyəti tətbiq edilməyib. Bu yanğının söndürülməsi zamanı qərarları kim qəbul edib?..”


    Xatırladaq ki, ticarət mərkəzinin direktoru Nadejda Suddenok da daha əvvəl kinoteatrın qapısını bağlamaq barədə göstəriş vermədiyini söyləyib.

    Qeyd edək ki, Kemerovo şəhərindəki ticarət mərkəzində yanğın baş verəndə kinoteatrda cizgi filmi seyr edən 41 uşağın faciəli şəkildə öldüyü bildirilir. Bu faciəyə gərə Rusiya prezidenti V.Putin ölkədə matəm elan edib.

  • “Məgər süpürgəçini məcburi işlədiblər?” deyən deputat əsəbiləşdi — “Savadına xoruz kəsim”

    Deputat Musa Quliyev yük maşınının vuraraq öldürdüyü süpürgəçi qadınla bağlı verdiyi açıqlamaya görə onu təhqir edənlərə cavab verib.
    Median.Az Ölkə.Az-a istinadən xəbər verir ki, millət vəkili “Yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər, onu məcburi işlədirlər?! Ola bilər ki, əvvəlcədən o işlə məşğul olub, işdən anlayışı var, fiziki imkanları da şərait yaradır və beləliklə, öz çörək pulunu qazanır” fikirlərinin təhrif olunduğunu deyib: “Ha dedim, cavab verməyim, ötüb keçər, yəqin sadəcə yanlış anlaşılmadır, olmadı. Ailəsindən başqa tanınıb oxunmayan saytlardan tutmuş sosial şəbəkə qeybətçilərinədək, millətin bir yaralı barmağına məlhəm olacaq qədər dəyəri olmayan vətənşivənlərədək, hamısı ağız-ağıza verib mənim təhrif olunmuş, kontekstdən çıxarılmış bir fikrimi çeynəməklə məşğuldurlar. Fikir söyləmək də, onu müzakirə etmək də qəbahət deyil. Amma bu, müzakirə deyil axı, söyməkdir, təhqir etməkdir. Belə şeylərə ehtiyac yoxdur. Bu cür davranış milli mənəviyyatımızı dağıtmaqdır.

    Gəlirəm məsələnin məğzinə: Jurnalist zəng vurub açıqlama istəyir. Sabunçu rayonu ərazisində yol-qəza hadisəsi ilə bağlı jurnalist xanım məndən soruşub ki, Əmək Məcəlləsində bəzi vəzifələlərə 65 yaş məhdudiyyəti qoyulduğu halda, pensiya yaşında olan qadına niyə süpügəçi işləmək qadağan olunmur. Mən də qanunu şərh edərək bildirmişəm ki, büdcədən maliyyələşən bəzi təşkilatlarda çalışan peşə sahibləri – müəllimlər, həkimlər, mədəniyyət işçiləri, mühəndislər və s. istisna olmaqla digər peşələrdə işləmək üçün yaş məhdudiyyəti qoyulmur. Xüsusən, təmizlik sahəsi, iaşə, xidmət sektoru, yaşıllaşdırma, fəhlə və s. kimi xüsusi ixtisas tələb etməyən və əmək bazarında ciddi rəqabət olmayan sahələrdə yaş məhdudiyyəti yoxdur. Pensiyaya çıxdıqdan sonra da əgər sağlamlığı imkan verirsə, bu şəxslər öz işlərində qalıb işləyə bilərlər. Əgər pensiyaya çıxmaq istəyirlərsə, onları heç kəs məcburi işlədə bilməz.

    Hələ jurnalist qızımıza onu da söyləmişəm ki, belə qəzalar hər yerdə olur və hər kəsin başına gələ bilər. Biz müzakirələrimizdə əsas diqqəti əmək təhlükəsizliyi və yol-hərəkət qaydalarına riayət etməyin vacibliyinə yönəltməliyik!

    Vicdanla söyləyin: mənim bu açıqlamamda qanundan, etikadan kənar nə var ki, hər kəs kor baltasını götürüb üstümə qıcanır?

    Bu düşüncə ilə, bu mədəniyyətlə, bu savadsızlıqla biz hara geririk? Fəlsəfə İnstitutunun bir elmi işçisi isə lap gül vurub: Musa Quliyevin mandatı əlindən alınmalıdır. Ay sənin savadına xoruz kəsim! Bir Konstitusiyanı aç oxu da, alim oğlum, dediyi sözə görə mandatmı alınar deputatdan? Bu da Akademiya!
    Bu əlibaltalı nadanlar da axı mənim millətimdir! Lap tutaq ki, səhv eləmişəm, sizin ürəyiniz istəyəni deməmişəm, buna görə adamı təhqir edərlərmi? Axı müsahibənin lap kontekstdən çıxarılmış mətnini də oxumamısınız, bir başlığa görə adamın başını qoparıb yeyərlərmi? Bu münasibətə nə ad verək: nadanlıqmı, namərdlikmi?”