Month: March 2018

  • Bakı sakinləri evlərində qala bilmir – Özləri bir yana, digərlərinin həyatı ciddi təhlükədədir… – FOTOLAR

    “Qohumların evlərində qalıb əziyyət çəkirik”.

    İki il öncə Xəzər rayonu, Sübhi küçəsi 2-də yerləşən 9 mərtəbəli yaşayış binasında yanğın baş verib. Nəticədə 77 və 79-cü məzillərə ciddi ziyan dəyib, həmçinin eyvanlarda olan əşyalar tamamilə yanıb.

    Bu barədə minval.info-ya zərərçəkmiş Oleq İsmayılov məlumat verib. O bildirib ki, mənzildə böyük narahatlıq, şəraitsizlik yarandığı üçün hər iki qonşu evdən ayrı düşüb: “Qohumların evlərində qalıb əziyyət çəkirik. Maddi imkanımız olmadığına görə, mənzilləri təmir edə bilmirik. Hava durumu kəskinləşən zaman, yağış yağarkən divarlar nəm və su çəkir. Bu da bizim səhhətimizə mənfi təsir göstərir. Həmçinin buna görə bizə maddi ziyan ödənilməyib”

    Şikayətçi qeyd edib ki, üzlüklər deformasiyaya uğrayıb və bu səbəbdən güclü külək əsərkən plitələr, o cümlədən navalçanın parçaları binadan qoparaq hündürlükdən yerə və istirahət parkına düşür. Bu isə ətrafdan keçən insanların həyatı üçün ciddi təhlükə yaradır. İsmayılov eyni halın qonşu binada da baş verdiyini bildirib.

    Zərərçəkənlər müvafiq dövlət qurumlarına müraciət etsələr də, problemləri həll olunmur.





  • Azərbaycanda nəhəng piton ilanı tutulub? – Rəsmi açıqlama

    Azərbaycanın rayonlarından birində nəhəng piton ilanı tutuması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu açıqlama verib.

    Zoologiya İnstitutunun aparıcı elmi işçisi Sahib Əhmədov sonxeber.az-a açıqlamasında bildirib ki, Azərbaycanda nəhəng piton ilanı yoxdur, yayılan məlumat həqiqəti əks etdirmir.Tapılan ilan isə şərqyatağanıdır, 40 sm uzunluğundadır. Piton ilanı Cənub –Şərqi Asiyada mövcuddur:

    Azərbaycanda nəhəng piton ilanı tutulub? - Rəsmi açıqlama

    “Bizdə həmin ilan növü mövcud deyil. Bu ilan isə şərq yatağanı ilanıdır. 30-40 sm uzunluğunda olur. Əsasən, siçanlarla qidalanır. Quraqlıq ərazilərində yaşayır. Zəngilan, Qubadlı, Lerik, Cəbrayıl, Yardımlı və.s rayonlarımızda yaşayır. Bu ilan növü açıqlıq yerlərdə yaşayır”.

    S.Əhmədov şərq yatağanı ilanının Bakıətrafı ərazilərdə – Abşeron rayonu , Qobustan, Badamdar, Yasamalda, Şıxova yaxın quraqlı ərazilərdə yaşadığını deyib. Nəhəng pitonu ilanı isə Azərbaycanda yaşamır. Bu ilan növü 12 metr 20 sm uzunluğundadır. Pələng, maral kimi heyvanları udur.

    Qeyd edəki yerli mətbuatda Azərbaycanın rayonlarından birində nəhəng piton ilanı tutulması ilə bağlı məlumat yayılıb.

  • Azərbaycanlı satanistdən şok əməl: “Mən səni şeytana qurban verməliyəm”

    Təcavüzkar oğlanın gözlərini çıxarmağa və onu iplə boğmağa çalışıb

    Liftdə Azərbaycan vətəndaşının təcavüzünə məruz qalan yeniyetmə hazırda Tbilisi İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasında həkimlərin nəzarəti altındadır. Sputnik Gürcüstan-ın məlumatına görə, bu barədə “Rustavi2” telekanalı məlumat yayıb.

    Həkimlər 13 yaşlı oğlanın vəziyyətini stabil qiymətləndirirlər. Şahidlərin sözlərinə görə, insident dünən Tbilisinin yeddinci Vaja-Pşavela kvartalındakı binanın liftində baş verib. Yerli sakinlər bildiriblər ki, 22 yaşlı şübhəli şəxs mərtəbələrin birində içində həddi-buluğa çatmayan uşağın olduğu liftə daxil olub. Qonşular qısa müddətdə dəhşətli qışqırıq səsləri eşidiblər, dərhal polisə və təcili yardıma xəbər veriblər.

    Yayılan məlumatlara görə, təcavüzkar oğlanın gözlərini çıxarmağa və onu iplə boğmağa çalışıb. Zərərçəkmişin qohumu seksual təcavüz cəhdini istisna edib.

    “O (təcavüzkar — red.) “mən səni şeytana qurban verməliyəm” deyərək uşağı boğmağa başlayıb. Təcavüzkar satanist olub”, — deyə adının çəkilməsini istəməyən qadın bildirib.

    Təcavüzkarı hadisə yerindəcə saxlayıblar. Zərərçəkmişi isə dərhal xəstəxanaya göndəriblər. Şahidlərin sözlərinə görə, onun bütün sifəti qan olub. Onun görmə qabiliyyətini itirəcəyindən qorxsalar da, son məlumatlara görə, xoşbəxtlikdən bu baş verməyib.

    Azərbaycanlı satanistin təcavüzünə məruz qalan oğlana oftalmoloq baxıb. On üç yaşlı zərərçəkmişin gözlərinə cərrahi müdaxilənin edilməsinə ehtiyac duyulmayıb. Amma hələlik onun görməsində problem var. Oğlanın beyni silkələnib və beyninə qan sızıb.

    Baş vermiş hadisə ilə bağlı Gürcüstan Respublikası Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsinin “mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə, təqsirkar şəxs tərəfindən aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə” bəndi ilə cinayət işi açılıb. Təcavüzkarı 4 ildən 6 ilədək həbs cəzası gözləyir.

  • Молодой человек, сообщивший в бомбе в отеле направлен в “психушку”

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя столицы Эльмара Гасымова (1994-го года рождения)., обвиняемого по статье 216 (заведомо ложное сообщение о о терроризме) УК Азербайджана.

    Как передает Median.Az, согласно акту обвинения, 2-го января этого года, примерно в 22 часа неизвестный сообщил о том, что заложил взрывчатое устройство в одном из отелей на территории Сабаильского района столицы. На место происшествия были привлечены сотрудники МЧС и полиции, но никакой бомбы не нашли. В тот же день по горячим следам был задержан подозреваемый в совершении преступления Эльмар Гасымов.

    Согласно проведенной комплексной судебно-психиатрической экспертизе, Э.Гасымов во время совершения преступления не осозновал своих адекватных действий.

    Суд принял решение о направлении обвиняемого на принудительное лечение в Республиканскую психиатрическую больницу №1.

  • Баку забраковал российское вооружение? Отвечает Минобороны АР

    Принятое на вооружение азербайджанской армии новое российское вооружение соответствует повышенным требованиям, заявили в оборонном ведомстве Азербайджана.

    Сообщения о том, что Азербайджан забраковал российское вооружение, не соответствуют действительности и носят провокационный характер, сообщили Sputnik Азербайджан в министерстве обороны АР.

    В последние дни в некоторых зарубежных и отечественных средствах массовой информации муссируются слухи о том, что Азербайджан якобы забраковал российское вооружение.

    В ведомстве подчеркнули, что Азербайджан уделяет особое внимание закупкам и приобретению различных видов вооружения в определенных странах-производителях.

    “Мы тщательно выбираем лучшую, наиболее качественную и эффективную военную продукцию, необходимую для увеличения своего боевого потенциала с целью освобождения оккупированных территорий”, — подчеркнули в Минобороны.

    Принятое на вооружение азербайджанской армии новое российское вооружение соответствует повышенным требованиям, предъявляемым к современным системам вооружений, а также значительно усиливает маневренные и огневые возможности подразделений, особенно тех, которые несут боевое дежурство на переднем крае обороны, заключили в ведомстве.

  • Потерявший семью при пожаре в ТЦ рассказал, кто запер дверь в кинозал

    Житель Кемерова Игорь Востриков, который потерял при пожаре в торговом центре “Зимняя вишня” трёх детей, супругу и сестру, выяснил, что двери в один из кинозалов были закрыты. Соответствующее обращение он записал и выложил на своей страничке во “ВКонтакте”.

    Как отмечается, Востриков получил доступ к записям камер наблюдения ТРЦ. По его словам, люди оставались только в том кинозале, где шёл мультик, остальные выбегали.

    — Какой-то мужчина принял решение запереть дверь, заложить щели и дожидаться спасателей, но спасатели туда не прибыли, — говорит мужчина.

    Он добавил, что мужчина, который закрыл дверь, смог спастись.

    Мужчина также задался вопросом, почему при тушении пожара не была задействована вертолётная техника. Кроме того, Востриков высказал недоверие информации о том, что пожарные прибыли на место вовремя, передаёт Median.Az со ссылкой на Lenta.ru.

    Напомним, в результате страшного пожара в ТЦ “Зимняя вишня” в Кемерове погибло 64 человека, из них 41 ребёнок.

  • Facebook разрешит пользователям удалить собранную о них информацию

    Представители социальной сети Facebook в ближайшее время разрешат пользователям выборочно удалять из базы проекта информацию о своих комментариях, истории поиска, лайках и другие личные сведения.

    Как передаёт Median.Az со ссылкой на Вести.ру, такое решение было принято после скандала об утечке данных более 50 миллионов пользователей соцсети, сообщается в официальном блоге «Фейсбука».

    Компания обещает сделать обновление, в результате чего можно будет не только скачать всю личную информацию, которая хранит соцсеть, но и выборочно удалить из нее любые персональные данные.

    Кроме того, «Фейсбук» обновит правила для пользователей, где пропишет, какую именно информацию о людях собирает соцсеть, и каким образом ее использует.

  • Житель Худата, убивший в доме гостя осужден на 18 лет

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя Хачмазского района Бахтияра Чобанова (1964-го года рождения), обвиняемого по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) УК Азербайджана.

    Как сообщает Median.Аz, 28-го октября прошлого года с ножевыми ранениями в Худатскую городскую больницу был доставлен житель города Хикмет Бабаев (1968-го года рождения), где несмотря на предпринятые меры из-за интенсивного кровотечения скончался.

    Сотрудники городского отделения полиции (ГОП) задержали жителя города Бахтияра Чобанова, скрывшегося с места происшествия. Он признался в том, что Бабаев находился у него в гостях, во время застолья находясь в нетрезвом состоянии между ними возник инцидент, вследствии чего он ударил знакомого тупым предметом и ножом.

    Суд приговорил обвиняемого к 18 годам лишения сободы с отбыванием срока заключения в учреждении строгого режима.

  • Evində qonağını öldürən Xudat sakini 18 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Bəxtiyar Çobanovun (1964-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işi məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il oktyabrın 28-də Xudat şəhərində yaşayan Bəxtiyar Çobanov evində, münaqişə zəminində qonağı olan həmyerlisi Hikmət Babayevə (1968-ci il təv.) küt və kəsici alətlə xəsarətlər yetirərək, onu qətlə yetirib. Evi tərk edən Çobanov bir neçə saatdan sonra Xudat şəhər polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    İstintaqda dindirilmiş B.Çobanov bildirib ki, H.Babayevı söyüş söydüyünə görə vurub, hadisə zamanı onlar sərxoş vəziyyətdə olublar.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • “120”lik yolu süpürgəçi niyə təmizləməlidir? – “Ora piyada girə bilməz”

    Dünəndən etibarən aeroport yolunda süpürgəçi qadının yol süpürərkən sürücü tərəfindən “Kamaz”la vurularaq öldürülməsi yenidən yüksək sürətli yollarda insan əməyindən istifadə məsələsini gündəmə gətirib.

    Belə ki, sürücülər hərəkətin intensiv vaxtında yol təmizləmə işlərinin aparılmasına etiraz edir. Xüsusilə də hərəkət sürəti yüksək olan yerlərdə təmizləmə işlərinin texnika vasitəsilə həyata keçirilməli olduğunu vurğulayırlar.

    Bildiyimiz kimi, yollarda təmizləmə işlərini Mənzil Kommunal Təsərrüfat Birliklərinin və “Azəravtoyol” un işçiləri həyata keçirir. Həmin şəxsləri də hərəkətin intensiv olduğu vaxtlarda yəni, səhər saatlarında yolları təmizləyərkən görmək mümkündür. Ancaq bu zaman əksərən təhlükəsizlik qaydalarına əməl edilmir, işarələr qoyulmur.

    Bu arada qeyd edək ki, bir müddət əvvəl sözügedən məsələ gündəmə gəldikdə qadın süpürgəçilər səhər saat 5 və 6 radələrində təmizləmə işlərinin çətin olduğunu və yollarda işıqların yandırılmadığını da qeyd etmişdilər.

    “Qafqazinfo” hadisə ilə bağlı yol məsələləri üzrə ekspert Ərşad Hüseynova müraciət edib.

    O qeyd edib ki, yol hərəkəti qaydalarının 43- cü maddəsinə əsasən avtomagistrallarda piyadanın olması və onların yol keçməsi birmənalı olaraq qadağandır: “Yəni, piyadanın ayağı avtomagistrala dəyməməlidir. Çünki magistrallarda icazə verilən sürət 110 km saatdır. Məntiq də budur ki, yüksək sürət varsa, orada piyada adam olmamalıdır. Düzdür, hava limanı yolu avtomagistral deyil. Amma çox təəssüf ki, orada avtomagistraldan da yüksək sürət (120 km saat) var. Deməli, 120 km saat olduğuna görə həmin yolda piyada olmamalıdır. O cümlədən kommunal təsərrüfat işlərini görən adamlar da yolda olmamalıdır. Həmin yollar texnika ilə yığışdırılmalıdır. Dünyanın hər yerində belə təcrübə var. Yüksək sürət olan küçələri insan əməyi ilə yox, texnikanın köməyi ilə təmizləyirlər”.

    Bu cür hadisələrdə sürücünün məsuliyyətə cəlb edilməsinə gəlincə isə, ekspert qeyd edib ki, burada maraqlı yanaşma var: “Məsələn, aeroport yolu olmasın, olsun lap Bakının hər hansı küçəsi. Həmin şəxsin paltarının üzərində işıq qaytarıcı elementi olan paltar olmalıdır. Əmək təhlükəziliyi qaydalarına əməl edilməli idi.

    Yolda olan həmin qadını və yaxud piyada avtomobillə vurulubsa və nəticədə ölüm hadisəsi baş veribsə burada kimin günahkar olmasına dair standart cavab yoxdur. Bu cür hadisələrə fərdi qiymət verilir. Əgər sürücü həmin hadisənin qarşısını almaq üçün öz nəqliyyat vasitəsini dayandırmayıbsa, sürətini azalda bilərdisə və bunu etməyibsə, o zaman sürücünün təqsiri var. Yox, həmin şəraitdə qadını görməyibsə, gördükdən sonra sürəti azaltsa belə hadisədən yan keçmək texniki olaraq mümkün deyildisə, onda o sürücünün təqsiri yoxdur.

    Əgər körpülərin üzərində texnikanın yolu təmizləməsinə imkan yoxdursa, o zaman mövcud qanunvericiliyin tələblərinə əməl edilməlidir. Həmin ərazidə hərəkət məhdudlaşdırılmalıdır. Lap tutaq ki, yol təmizlənilmir, məsələn, işıq dirəyinin lampası xarab olub və onu dəyişdirmək lazımdır. Bu zaman 150 metr arxada xüsusi xəbərdarlıq nişanları qoyulmalıdır, dirəklərdən istifadə olunmalıdır.

    Həmin işlər hərəkətin ən sakit vaxtlarında razılaşdırılmış qrafik əsasında görülməlidir. Əgər görünmə ilə bağlı problem yoxdursa səhər saatlarında da bu edilə bilər. Yanaşmalar isə ondan ibarətdir ki, yolun təmizlənməsinə texnikaları cəlb etmək lazımdır. Yolda insan əməyindən istifadə zəruri olduğu halda isə mütləq təhlükəsizlik qaydalarına əməl edilməlidir”.

    “Azəravtoyol” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə “Qafqazinfo”ya açıqlamasında bu cür hadisələrdən heç kimin sığortalanmadığını qeyd edib:

    “Bizim də yol kənarında iş aparan işçilərimiz var. Hər bir qurumun başına belə bədbəxt hadisələr gələ bilər. Başqa ölkələrdə də belə hallardan heç kim sığortalanmayıb. Bizim yol kənarındakı dəmirləri təmizləyən, yolların süpürülməsi işlərini həyata keçirən texnikamız var. Amma burada bir məqam var. Xüsusən də körpülərin üzərində təmizləmə işlərini texnika həyata keçirə bilmir. Texnika ancaq yolun kənarını süpürə bilər. Zibil toplananda onun süpürülməsi qeyri-mümkündür. Bu zaman insan qüvvəsindən istifadə olunur. Bilirsiniz ki, Bakı küləklər şəhəridir. Tozlu-dumanlıdır. Hər gün eyni ərazi süpürülsə də səhəri gün yenidən çirklənir. Burada nəqliyyat vasitəsini idarə edən sürücülərin də üzərinə bir növ məsuliyyət düşür. Sürücülər su qablarını, enerji içkilərini, salfetkaları yerə atırlar.

    Xüsusi texnika da onları yoldan götürməyə qadir deyil. Texnika ancaq süpürə bilər. Bu zaman insan əməyindən istifadə olunur.

    Ancaq bu zaman təhlükəsizlik tədbirləri görülməlidir. Əraziyə çatmamış xüsusi konuslar düzülməlidir. Ya da adamlar dayanıb avtonəqliyyat vasitələrinə işarə verməlidirlər. Ancaq bu tədbirlərin görülməsi belə yüz faiz həmin insanın təhlükəsizliyinin təmin olunması demək deyil. Sürücülər 60 sürətlə maşını idarə etməli olduğu halda daha yüksək sürətlə 80-120 ilə maşını idarə edirlər. Həm də bilmək lazımdır ki, 120-lik yolun heç də bütün hissələri 120-lik deyil. Sol kənar hissə 120-likdir.

    Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən də işlər aparılırsa təhlükəsizlik məsələlərini onlar etməlidir. Yaxud da biz təmizlik aparırıqsa bizim işçilər tərəfindən bu məsələlərə riayət edilməlidir. Bizim qurum təhlükəsizlik qaydalarına əməl edir. Bu da 100 faiz təhlükəsizliyin təmin olunması demək deyil. Bu məsələdə hər birimizin üzərinə məsuliyyət düşür. Həmin əraziyə çatdıqda istənilən halda sürətimizi azaltmalıyıq”.

    A. Nəcəfli qeyd edib ki, təmsil etdiyi qurum tərəfindən hər bir əraziyə ayrılmış maşın, mexanizm və insan qüvvəsi var: “ Onlar həmin ərazilərin təmizliyinə cavabdehdirlər. Çalışırıq ki, əməkdaşlar səhər erkən saatlarında təmizlik işlərinə başlasınlar. Çünki hərəkətdə intensivlik saat 7-dən sonra başlayır. Bu saata kimi işlər həyata keçirilir. Təsəvvür edin ki, hərəkət aktivliyi vaxtı texnika iş görsə həmin ərazidə nə boyda tıxac yarana bilər. İntensivlik artmamış texnikalar yola çıxarılır. Düzdür, bəzən hansısa hadisə baş verə bilər, bu artıq fövqəladə haldır. Hava limanı, Ziya Bünyadov prospektlərində yəni 120-lik sürəti olan prospektlərdə texnikalar da istifadə olunur. Xüsusilə tunellərdə texnikalardan bu işlər görülür. Çünki tunellər alaqaranlıq ərazidir. Orada texnika işləməlidir. İnsan işləyərsə, sürücünün görmə qabiliyyəti də aşağı düşür. Xüsusən magistral yollar və əsas prospektlərin təmizlənməsi məsələsi bizim qurum tərəfindən həyata keçirilir. Ancaq küçələrin səki hissəsi, kənarları Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən təmizlənir.

    Sonda isə maraqlı sual ortaya çıxır. Yüksək sürətli yollar “Azəravtoyol”un texnikaları vasitəsilə təmizlənirsə, ölən qadın Cəmilə Salahova 120 km saatlıq aeroport yolunda Mənzil Kommunal Təsərrüfat Birliyinin işçisi olaraq nə iş görürmüş? Əgər iş görülməsinə insan əməyinin cəlb olunması zərurəti yaranmışdısa, təhlükəsizlik qaydalarına niyə əməl olunmayıb?

    Bu suala cavab tapmaq üçün isə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsək də zənglərimizə cavab verən olmayıb.