Month: March 2018

  • Полиция и прокуратура о смерти уборщицы

    Прокуратура и Главное управление полиции города Баку распространили информацию по факту инцидента, в результате которого погибла уборщица дороги.

    27 марта примерно в 18:00 территории Сабунчинском района столицы металлическая дверь прицепа автомобиля марки «КамАЗ» (60-ZA-135) открылась и ударилась в голову уборщицы дороги жительницы Баку Салаховой Джамилы Исмаил гызы (1965 года рождения). Водителем автомобиля был Мусаев Заур Комиссар оглу (1982 года рождения), который управлял автомобилем без доверенности.

    От полученного удара Д.Салахова скончалась на месте.

    В следственном отделе управления полиции возбуждено уголовное дело по статье 263.2 Уголовного кодекса (нарушение правил дорожного движения и эксплуатации транспортных средств, повлекшие по неосторожности смерть потерпевшего).

    Были назначены соответствующие экспертизы, допрошены свидетели и проведены другие необходимые процессуальные действия.

    В настоящее время следственные мероприятия продолжаются.

  • “Sarı ölüm” yayan çipslər – VİDEO

    Kartofdan bildiyimiz çipslər əslində nişastadan hazırlanır.

    Space Tv-nin reytinqli verilişlərindən biri olan “Olar? Olmaz!” bu dəfə də avropanın “Sarı ölüm” adlandırılan çipslərdən araşdırma tamaşaçılara təqdim edib.

    Aparıcı Amil Xəlil “trans” yağların övladlarımızı ölümə apardığını, əksər avropa ölkələri kimi bizimdə bu yağlara “dur” deməyimizin vaxtının çatdığını qeyd edib. Verilişdə iştirak edən həkim inanılmaz faktların üstünü açıb. Hər kəsi diqqətlə bu verilişi izləməyə dəvət edirik. İlk dəfədir ki teleməkanda Space Tv-nin efirində bu “böyük bəla!” haqqında geniş məlumat tamaşaçılara təqdim edilib.

    Amil Xəlil birbaşa efirdə çipslərin yağlığını əyani formada tamaşaçılara təqdim edib. Belə ki. aparıcı 1 ədəd çipsini adı ağ vərəqdə əzir. və ağ kağızın yağlığı konkret olaraq görünür. Hətta A4 vərəqinin arxası da yağ olur. Təsəvvür edin ki, 1 ədəd çipsdə olan yağlıq belədir. Bir qutu çips isə həqiqətən “Sarı ölüm”dür.

    Qeyd edək ki. veriliş həftə içi hər gün saat 19:55 də Space Tv -də Amil Xəlilin təqdimatında yayımlanır.

  • Aprel döyüşlərində iştirak etmiş erməni hərbçilərdən etiraf – VİDEO

    “Aprel döyüşlərində xeyli ərazi və bir çox strateji yüksəklikləri itirdik. İtkilərin çox olmasının səbəbi isə sıradan çıxmış, köhnə texnika olub”.

    Bu sözləri aprel döyüşlərində iştirak etmiş erməni döyüşçü David Kaqramanyan deyib.

    O etiraf edib ki, aprel döyüşlərində özünün də olduğu Madagiz postunda 29 ölü və 38 yaralı olub: “Hakimiyyət isə bu faktları ört-basdır etmək istəyir. Ancaq biz buna imkan verməyəcəyik”.

    Kaqramanyan daha bir önəmli da məqama toxunub. Onun sözlərinə görə, aprel döyüşlərində ağır yaralanıb. Müalicə alsa da, amma hazırda səhhətində ciddi problemlər var. Nə qədər müraciət etsə də dövlətdən heç bir sosial yardım və maddi dəstək ala bilmir.

    “Dövlət büdcəsində vəsaitin olmadığını izah edərək mənə yardım etməkdən imtina edirlər. Hazırda mənim kimi ağır və maddi çətinliklərlə üzləşən döyüşçülər çoxdur. Ancaq tanışı və vəzifəli qohumu olanlar nəsə ala bilirlər. Hakimiyyətin bu etinasızlıgına bütün keçmiş döyüşçülər etiraza qalxmaga hazırlaşırlar”,-deyə D.Karqamanyan bildirib.

    Başqa bir erməni döyüşçü isə bildrib ki, aprel döyüşlərinin iştirakçılarına təhqiredici imtiyazlar verilib. Bəzilərinin hərbi biletində müharibə iştirakçısı barədə müvafiq qeydlər aparılmayıb. Təhsil haqqı güzəştləri gənclər fondu vasitəsilə təqdim edilib.

    Bu barədə erməni mətbuatına aprel döyüşlərinin iştirakçısı “Dirkapah” ictimai birliyinin təsisçisi Manuel Manukyan bildirib. O, aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində hər şeyi xatırladığını və nə baş verdiyini indi dərk etdiyini deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi aprel döyüşlərində çoxsaylı itkilərdən nəticə çıxarmır, hərbdə yenə də korrupsiya halları tügyan edir. Əsgərlər dözülməz şərtlər daxilində qulluq edirlər, heç kəs öz övladını Qarabaga göndərmək istəmir.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Pişiklə cinsi əlaqəyə girən şəxsin evinə qadınlar basqın etdilər – Bakıda (VIDEO)

    Ötən gün 24-25 yaşlı gəncin küçədə pişiyə qarşı zorakılığından sonra bir qrup şəxs bu hadisəyə reaksiya göstərib.

    Bir qrup şəxs pişiklə küçədə cinsi əlaqədə olan gəncin evinə gedib.

    Ev sahibi ilə qarşı tərəf arasında mübahisə yaranıb. Şikayətçilər pişiyə qarşı zorakılığa görə cərimə olduğunu bildirib. Zorakılıq etmiş şəxsin yaxınları isə həmin şəxsin ruhi-xəstə olduğunu bildirərək onun hərəkətlərini bəraət qazandırıblar.

    Qeyd edək ki, gəncin pişiklə intim əlaqəsindən sonra heyvan ölüb.

  • Gədəbəydə 14 yaşlı məktəbli qız qaçırılıb – VİDEO

    Gədəbəydə 8-ci sinif şagirdi məktəbdən qayıdarkən qaçırılıb.

    Median.Az “xezerxeber.az”a istinadən xəbər verir ki, hadisə Gədəbəyin Arıqdam kəndində baş verib.

    Kənd sakini 14 yaşlı Səbinə İsgəndərova martın 27-də günorta saatlarında dərsdən evə qayıdarkən 3 nəfər oğlan tərəfindən “Niva” markalı avtomobilə oturdularaq qaçırdılıb.

    Anası Mətanət İsgəndərovanın dediyinə görə, Səbinəni Əli Qurbanov adlı 19 yaşlarında olan həmkəndlisi zorla qaçırıb və bu işdə onun dostları Vüqar Sadıqov və Elyar Sadıqov da yaxından iştirak ediblər.

    Qızın valideynləri bildirir ki, əvvəllər Əli Qurbanovun ailəsi qızları üçün elçi düşməyiblər. Ancaq oğlan özü hər gün qızı məktəbdən evlərinə kimi təqib edirmiş. Övladlarının taleyindən narahat olan valideynlər qızın hara qaçırıldığından xəbərsizdirlər.

    Kənd sakinləri bu cür halın kənddə ilk dəfə olmadığını deyirlər. Əvvəllər də yetkinlik yaşına çatmayanların qaçırılması faktına rast gəlinib.

    Gədəbəy Rayon Polis Şöbəsindən bildirildi ki, məktəblinin qaçırılması ilə bağlı xəbər daxil olandan sonra təxirəsalınmaz axtarışlara başlayıblar. Qızı qaçıranların yuxarda adları çəkilən şəxslər olduğu da müəyyənləşib. Yaxın zamanda cinayəti törəndən şəxs və ya şəxslər tapılaraq istintaqa cəlb olunacaqlar.

  • Ceyranbatan su anbarının statusu dəyişib

    Ceyranbatan su anbarının statusu dəyişib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” qərarında müvafiq dəyişiklik edib.

    İndiyə qədər Ceyranbatan su anbarından müvafiq olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı üçün götürdüyü, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Abşeron magistral kanalı vasitəsilə suvarma üçün götürdüyü suyun dəyərini Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinə ödəyiblər.

    Dəyişikliyə əsasən bundan sonra sudan ödənişli istifadə qaydaları təsdiq edilənədək, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Samur-Abşeron kanalı istismarı idarəsi tərəfindən Ceyranbatan su anbarına gətirilən suyun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə topdansatış tarifi Tarif (qiymət) Şurası tərəfindən əvvəlki tarif nəzərə alınmaqla təsdiq ediləcək.

  • Ticarət obyektlərinin adını bildirən lövhələrə dair yeni tələb müəyyənləşib

    Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, indiyə qədər birbaşa aid olduğu ticarət (xidmət) obyektlərinin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələr reklam daşıyıcıları hesab edilməyib.

    Dəyişikliyə əsasən bundan sonra birbaşa aid olduğu ticarət (xidmət) obyektlərinin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam daşıyıcıları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilməyəcək.

  • Gəncədə 18 yaşlı gənc özünü yandırıb

    Gəncə şəhərində intihar hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü Suleymani Əli Fərhad oğlu bədən səthinin 99% yanığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

    Vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, Ə.Suleymani intihar məqsədi ilə üzərinə benzin tökərək alışdırıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Aygün Kazımova klipə görə yıxıldı, burnu zədələndi – VİDEO

    Xalq artisti Aygün Kazımova “Hardasan” adlı yeni mahnısını və klipini təqdim edib.

    Sözləri Gülağa Tənhaya aid olan, modern aranjimanda hazırlanan mahnı bəstəkar İsmayıl Əsədov tərəfindən Aygün Kazımovaya hədiyyə edilib.

    Bəstəkar 11 ildir ki, bu mahnını Aygün Kazımovanın ifasında eşitməyi arzuladığını bildirib. Bir neçə saat ərzində musiqi platformlarında üst sıralara yüksələn “Hardasan” mahnısı Aygün Kazımovanın növbəti meqahiti hesab oluna bilər.

    Klipdə Aygün Kazımovanın teatrallaşdırılmış rəqsi maraq oyadır.

    Ekran işində sənətçinin tərəf müqabili Türkiyədə fəaliyyət göstərən həmyerlimiz modelyer -dizayner Rüfət İsmayıldır.

    Klipin rejissoru Teymur Nəcəfzadə, özünün ekran işində xüsusi qrafika yaradıb. Montaj və rəng effektləri Elrəngə məxsusdur. Müğənninin imici üzərində Ruxa, Telman Heybətov və dizayner Rüfət İsmayıl çalışıb. Lahiyənin rəhbəri isə “SS Production”dır.

    Qeyd edək ki, Kazımova klipin çəkilişləri zamanı yıxılıb və burnundan zədə alıb.

  • Azərbaycan-İran biznes forumu keçirilir – FOTO + YENİLƏNİB

    Martın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.

    Əvvəlcə Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib.

    Prezident İlham Əliyev və prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində inşa olunan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıblar.

    Sonra avtomobil zavodunda istehsal prosesini əks etdirən videoçarx təqdim olunub.

    Daha sonra Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın sərmayə yatırdığı İranın Astara Yük Terminalına dair videoçarx nümayiş etdirilib.

    * * * * *

    Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani biznes forumda iştirak edirlər.