Month: March 2018

  • Более 113 тысяч человек покинули Восточную Гуту

    С начала действия гуманитарных пауз из Восточной Гуты (пригород Дамаска) организован выход больше 113 тысяч человек. Об этом сообщает в понедельник российский Центр по примирению враждующих сторон (ЦПВС), передает Median.Az со ссылкой на РИА Новости.

    “Двадцать пятого марта из города Дума (входит в Восточную Гуту) через гуманитарный коридор в Мухайям Аль-Вафедине вышло более 1 092 мирных жителя. Всего с начала действия гуманитарных пауз из Восточной Гуты при содействии российского ЦПВС организован выход 113 715 человек”, – сказано в релизе.

    Параллельно мирные жители возвращаются в освобожденные от боевиков населенные пункты Восточной Гуты Сакба и Кафер-Батна. Нуждающихся обеспечивают водой, продуктами и спальными принадлежностями. Работают врачи.

  • Президент Ильхам Алиев: В этом году в Сумгайыте заработает завод по производству удобрений

    В текущем году в Сумгайыте начнет функционировать завод по производству удобрений.

    Об этом Президент Азербайджана Ильхам Алиев, в частности, сказал, выступая в понедельник со вступительной речью на республиканском совещании по вопросам развития хлопководства в Барде.

  • Oğurluq edən uşaq tutuldu

    Qubada oğurluq etmiş uşaq tutuldu. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Criminal.az-a verilən məlumata görə, martın 24-də Şabran şəhər sakini Elşən Paşayev RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus Grand mağazasından ümumi dəyəri 1200 manat olan 5 ədəd mobil telefonun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

    Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən bir nəfər azyaşlı saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdikləri cinayəti etiraf edərək oğurladığı mobil telefonları müxtəlif şəxslərə satdığını bildirib.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə telefonların satıldığı şəxslər müəyyən edilərək satılmış mobil telefonlar onlardan maddi sübüt kimi götürülərək istintaqa təqdim olunub.

    Faktla bağlı barələrində Şabran RPŞ-də cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

  • Həyat yoldaşını öldürsə də, qayınatası bağışlayan gəlinin FACİƏSİ…

    “Bəzən əri onu elə döyürdü ki, görəndə məəttəl qalırdıq. Üz-gözü şişmiş vəziyyətdə, qançır olurdu. Evləri xarabaya bənzəyirdi. Yağış yağanda içəri girmək mümkün deyildi, hər yer nəm olurdu, ətrafda siçanlar yuva salmışdı. Əri isə qazandığı pulu içkiyə verirdi. Hamımızın o qadına yazığımız gəlirdi…” – bu 28 yaşlı Nuridə Kərimova barəsindəki cinayət işində qonşunun ifadəsidir. Gununsesi.info xəbər verir ki, gənc qadın həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilərək həbs olunmuşdu. Amma sonradan Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət verib azadlığa buraxdı.

    Prokurorluq bu hökmə etiraz edib protest versə də, Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişmədi. Prokurorluq daha sonra Ali Məhkəməyə kassasiya protesti verdi. Bu instansiya isə qərarı ləğv eləyib, işi yenidən baxılması üçün geri qaytardı. Hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə bu məsələ yenidən araşdırılır. Bu iş üzrə məhkəmənin növbəti iclası martın 29-na təyin olunub. Nuridə həyat yoldaşı Vüqarın onun vurduğu bıçaq zərbəsindən öldüyünü inkar eləmir. Ancaq and-aman eləyir ki, onu öldürmək niyyəti olmayıb. Həmin vaxt hadisələr xoşagəlməz hadisələr yaşanıb ki, nəticə də belə faciəvi olub… Cəlilabad rayonundan olan Nuridə 2009-cu ildə valideynlərinin məsləhəti ilə Kürdəmir sakini Vüqar Kərimovla ailə qurub.

    Birgə nikahdan 2012-ci ildə bir qız övladları dünyaya gəlib. Evləndikdən az sonra ailədə münasibətlər ürəkaçan olmayıb. Səbəb isə ailə başçısının spirtli içkilərə qurşanması, narkotik vasitələrdən istifadə etməsi, həyat yoldaşına, azyaşlı qızına qayğı göstərməməsi, Nuridəni döyüb-incitməsi olub. Bakıda kafelərdən birində dönərçi işləyən Vüqarın evin kommunal xərclərini belə ödəməməsi üzündən Nuridə ilə azyaşlı övladı günlərlə işıqsız qalıblar… Bütün bunları təkcə Nuridə özü demir, həm də qohum-qonşu təsdiqləyir.

    “Nuridə elə vəziyyətdə olurdu ki, ona yazığımız gəlirdi. Həyat yoldaşım da, mən də ona Vüqardan boşanmağı məsləhət görürdük. Amma Nuridə səfil gündə yaşamasına, hər gün döyülüb söyülməsinə baxmayaraq, boşanmadı. Vüqar evin kommunal xərclərini də ödəmirdi. Günlərlə işıqsız qalırdılar. Axırda Nuridəyə kömək üçün evimizdən naqillə elektrik xətti çəkmişdik ki, işıqsız qalmasınlar…”, – qonşu şahid ifadəsində belə deyib. Nuridənin qayınatası Səfa Kərimov cinayət işində zərərçəkmişin hüquqi varisi qismində tanınıb. Oğlunun ölümünə baxmayaraq, gəlib məhkəmədə gəlininin xeyrinə ifadə verdi, onu bağışladığını dedi. Məhkəmədən xahiş elədi ki, onu buraxsınlar.

    Nuridə özü isə başına gələnlər və hadisə günü olanlar barədə bunları danışır: “Birlikdə yaşadığımız müddətdə məni çox incidib, tez-tez döyüb, əzab verib. Bütün bu dava-dalaşlar, döyülmələr qızımın gözləri önündə baş verirdi. Uşağımı da götürüb evdən gedirdim, bir neçə gündən sonra gəlib dil töküb qaytarırdı, amma heç nə dəyişmirdi. Onun məni döyməsi ilə bağlı heç yerə şikayət etməmişdim. Əgər şikayət etsəydim, münasibətlərimizin daha da pis olacağından qorxurdum. Vüqar işıqpulunu ödəmirdi, qazandığının hamısını içkiyə verirdi. Hadisə baş verən gecə saat 2-də gəlib çıxdı, yenə içkili idi. Qaranlıqdan, evdə tək qalmaqdan qorxduğumu deyib niyə gec gəldiyini soruşanda “yaxşı eləmişəm, xoşun gəlmirsə, çıx get” deyib məni itələdi. Boğazımdan yapışıb divara çırpdı, döyməyə başladı. Taqətimi itirdim, başımda kəskin ağrı yarandı. Qollarımdan tutub silkələdi, plastik stulu götürüb başıma vurmaq istəyəndə, özümü müdafiə etmək üçün stolun üstündəki bıçağı götürdüm. Öldürmək niyyətim yox idi, qorxutmaq istəyirdim. Düşündüm ki, bıçaqdan qorxar, mənə heç nə eləməz. Amma əksinə oldu. Stulla məni vurub üstümə hücum çəkəndə bıçaq Vüqarın sinəsinə girdi…”

  • Saxta pulla alış-veriş edən şəxs saxlanıldı

    Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən Ruslan Hacıyev şəhərdəki bazarda ona məxsus piştaxtaya yaxınlaşmış naməlum şəxsin orada satıcı işləyən qardaşı Rüstəmə 5 ədəd 100 manatlıq əskinas verərək balıq məhsulları aldığını, sonradan həmin əskinasların saxta olduğunu müəyyən etdiklərini bildirib.

    Daxili İşlər Nazirliyindən Criminal.az-a verilən məlumata görə, R.Hacıyev həmin saxta əskinasları polisə təqdim edib.Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Təxirəsalınmaz tədbirlərlə saxta əskinaslarla alış-veriş etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Nəcəfov olduğu məlum olub.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

  • “Evdə sağ qalan olmayacaq” yazıb arvadı və qayınanasının başını kəsdi – FOTO

    Belçikada yaşayan Türkiyə vətəndaşı qətl hadisəsi törədib.

    Median.Az milli.az-a istinadla xəbər verir ki, Belçikada yaşayan Beytullah adlı kişi imam nikahlı arvadını və qayınanasını öldürüb.

    “Evdə sağ qalan olmayacaq” deyə mesaj atan Beytullah qeyri-rəsmi nikahlı arvadının və onun anasının başını kəsib. Buna səbəb isə aralarında yaranan mübahisə olub. Belə ki, Beytullahdan hamilə qalan qadın uşağı doğduqdan sonra ərini tərk edib.

    Qeyd edək ki, Beytullah Eminə adlı qadının ikinci əridir. O, birinci dəfə boşandıqdan sonra 2 il əvəl Beytulla ilə kəbin kəsdirib.
    "Evdə sağ qalan olmayacaq" yazıb arvadı və qayınanasının başını kəsdi - FOTO
    "Evdə sağ qalan olmayacaq" yazıb arvadı və qayınanasının başını kəsdi - FOTO
    "Evdə sağ qalan olmayacaq" yazıb arvadı və qayınanasının başını kəsdi - FOTO
    "Evdə sağ qalan olmayacaq" yazıb arvadı və qayınanasının başını kəsdi - FOTO

  • Азербайджанский ансамбль «Одлар Юрду» из Красноярска побывал с гастролями в Турции в рамках международного благотворительного проекта

    Азербайджанский ансамбль «Одлар Юрду» из Красноярска побывал с гастролями в Турции в рамках международного благотворительного проекта

    Буквально на днях народный азербайджанский ансамбль «Одлар Юрду» из Красноярска побывал в гастрольном туре по Турции в рамках крупномасштабного международного благотворительного азербайджано-российско-турецкого проекта «Дети шехидов Азербайджана и Турции обнимаются», посвященном детям погибших военнослужащих двух стран. Как передаёт Median.Az, об этом AzRu.org сообщила координатор Международного благотворительного проекта от России, директор ансамбля «Одлар Юрду», известный общественный деятель Саадет Караева.

    Отметим, что организатором проекта в Турции является председатель Общества азербайджанских женщин Турции Джавахир Ахмедова, а куратором от Азербайджана – председатель Союза журналистов азербайджанской диаспоры Фуад Гусейнзаде.

    По словам Саадет Караевой, дети прибыли из Баку в Анкару и совместно с коллективом «Одлар Юрду», посетили памятник жертвам геноцида азербайджанцев в Ходжалы, возложив к нему венки и цветы.

    В течение всего времени пребывания в столице Турции солисты ансамбля провели несколько ознакомительных дней с детьми – участниками проекта, посетили экскурсии по городу и продемонстрировали им несколько творческих номеров. Более того, концерт ансамбля в Анкаре был высоко оценен официальными лицами и представителями общественности, а самой главной оценкой мастерства коллектива из Красноярска явилась радость детей.

    Далее коллектив «Одлар Юрду» приехал в одну из исторических точек Турции, а именно — в город Амасья для участия в праздновании Международного дня Новруза. Отметим, что этот визит был осуществлен в рамках многолетнего плодотворного двустороннего сотрудничества и по личному приглашению ректора Университета Амасии в адрес Саадет Караевой.

    Выступая с приветственной речью в Университете, С.Караева поблагодарила руководство вуза за многолетнее плодотворное сотрудничество и тесные дружеские связи. Она отметила, что Амасия имеет историческое значение для азербайджанцев, так как эта земля раскрыла свои объятия для наших соотечественников и стала для них родиной.

    Совместно с турецким ансамблем «Хойтад» под управлением Исмаила Йолчу при Университете Амасии ансамбль «Одлар Юрду» дал концерт, в показав азербайджанские фольклорные номера: «Сюита Азербайджан», «Танец Чобанов», «Той», «Танец с барабанами».

    Отметим, что турецкая публика с восторгом приняла ребят – участников Международного благотворительного проекта. Также руководством фестиваля народному азербайджанскому ансамблю «Одлар Юрду» из России были вручены благодарственные письма за активное участие в проекте.

    Народный азербайджанский ансамбль песни и танца «Одлар Юрду» г. Красноярска выражает благодарность Региональной азербайджанской национально-культурной автономии Красноярского края, лично председателю Талеху Садиевичу Махмудову и активистам автономии за поддержку и возможность популяризации азербайджанской культуры не только в пределах России, но и за рубежом.

     

  • Könül Xasıyevaya 1 milyon 200 min “atdılar”? — ŞOK İDDİA

    Tanınmış xanəndə, xalq artisti Könül Xasıyevaya bir milyon iki yüz min manat “atıldığı” barədə iddialar səsləndirilib.

    “Ölkə.Az”ın əldə etdiyi xəbərə görə, xalq artistinə bir müddət öncə tanıdığı şəxs tərəfindən ortaq biznes qurmaq təklifi edilib. Sənətkar əvvəlcə təkliflə razılaşmasa da, sonradan müsbət cavab verib.

    İddiaya görə, biznes Gürcüstanda qurulmalıymış. Əldə edilmiş razılaşmaya əsasən, “şəriki” qonşu ölkədə qurulacaq biznesin təşkilati tərəflərini həll etməli, aidiyyatı dövlət qurumlarıyla əlaqələr qurmalı, xalq artisti isə maliyyə ayırmalıymış. Amma “şərik” pulu Xasıyevadan alandan sonra yoxa çıxıb.
    Əldə etdiyimiz xəbərlə bağlı K.Xasıyevanın münasibətini öyrənmək cəhdlərimiz baş tutmayıb.
    Qeyd edək ki, K.Xasıyeva uzun müddətdir bir neçə xəstəlikdən əziyyət çəkir.

    Bir daha qeyd etmək yerinə düşər ki, əldə etdiyimiz məlumat sadəcə iddiadır. Həqiqətin necə olduğunu yalnız Könül Xasıyeva bilir.

  • “Biz yanırıq, əlvida…” – 13 yaşlı Mariya

    Rusiyanın Kemerova şəhərində “Qış albalısı” ticarət mərkəzindəki yanğında itkin düşən yeniyetmələrdən ikisinin son paylaşımı yayılıb.

    Median.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, skrinşotlar “Telegram”da yayılıb.  Fotolarda 13 yaşlı Mariya Moroz və 12 yaşlı Maya Yeroxinanın son sözləri yer alıb. Mariya ticarət mərkəzində yanğın olduğunu qeyd edib. Onun son sözü “Biz yanırıq. Bəlkə də əlvida”- olub.

    Maya isə “Vkontakte” hesabında sonuncu dəfə 17:44-də aktiv olub və “Bu sondur”- sözlərini yazıb.
    Qeyd edək ki, yanğın zamanı itkin düşənlərin adları açıqlanıb. Mariya və Mayanın adı da həmin siyahıda yer alıb. 

  • FHN Mingəçevirdəki yanğınla bağlı AÇIQLAMA YAYDI

    Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub.

    Median.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 20 kv.m olan birotaqlı mənzildə 2 ədəd məişət avadanlığı yanıb.

    Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.