Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə,Cinayət Məcəlləsinin 29, 120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Hüseynov Rövşən Aydın oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Hüseynov Emil Aydın oğlunun üzərinə və əşyalarına baxış keçirilən zamanı sağ ayağında olan corabın içərisində gizlətdiyi, daxilində danışıq kartı olmayan bir ədəd “SAMSUNQ” markalı mobil telefon aparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Month: March 2018
-
Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb
-
Prezident seçkilərini izləmək istəyən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
M. Pənahov deyib ki, bura ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 280 qısa müddətli müşahidəçisi və MDB-nin qısa müddətli müşahidəçiləri bu siyahıya daxil deyil.
Ümumilikdə, 47 ölkənin vətəndaşları Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün MSK-ya müraciət edib. -
Masallıda baş verən güllələnmənin təfərrüatı açıqlanıb
Masallı rayonunda ötən axşam bir neçə güllə yarası alan şəxs Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə keçirilib.
“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, Masallı rayonunun Qızlavar kənd sakini 1953-cü il təvəllüdlü Ağəddin Nuru oğlu Ağayevin üzərində cərrahiyyə əməliyyatı 7 saata yaxın davam edib. Onun bədənindən 4 ədəd güllə çıxarılıb. Reanimasiya şöbəsinə yerləşdirilən A.Ağayevin vəziyyəti ağır olaraq qalır.
Bu arada hadisənin bəzi təfərrüatı məlum olub. “Report”un əldə etditi məlumata görə, insident kənd qəbiristanlığının yaxınlığında baş verib. “Mercedes” markalı avtomaşında olan üç nəfər A.Ağayevin qarşısını kəsib. Onlardan biri ana tərəfi Qızlavar kənindən olan, Masallı şəhərində yaşayan Zaur adlı şəxsdir. Avtomobildə olanlar atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşıblar. İnsidentin motivinin əslində A.Ağayevlə deyil, onun oğlu ilə əlaqəli olduğu söylənilir. Belə ki, atasından oğlunun yeri soruşulub, demədiyi üçün o, güllələnib.
İnsidentlə bağlı hələlik saxlanılan yoxdur. Faktla bağlı araşdırmalar davam etdirilir.
-
Gəncədə “Niva” DYP-nin avtomobilinə çırpılıb

Gəncə şəhərində “Niva” markalı avtomobil Dövlət Yol Polisinə (DYP) məxsus avtomobilə çırpılıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.
Hərəkətdə olan “Niva” idarəetmədən çıxaraq qarşı yolda olan DYP-yə məxsus “BMW”yə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
-
Novosibirskdə azərbaycanlı gənc iş adamı evində ölü tapılıb

Rusiyanın Novosibirsk şəhərində azərbaycanlı iş adamı yaşadığı evdə ölü vəziyyətində tapılıb.
“Report”un Rusiya bürosu xəbər verir ki, əslən Azərbaycanın Gəncə şəhərindən olan, 1982-ci il təvəllüdlü İsmayılov Qorxmaz Hüseyn oğlunun meyitini martın 22-I səhər tezdən qonşuları onun evində aşkarlayıb.
Meyit üzərində heç bir zorakılıq halı aşkarlanmasa da, Q.İsmayılovun yaxınları onun sağlamlığı ilə bağlı heç bir probleminin olmadığını bildirib.
Azərbaycanlı iş adamı Novosibirskdə mebel sexlərinin sahibi olub.
-
348 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub – VIDEO

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 24-də Əlahiddə Çevik Polis Alayında DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, aidiyyatı baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 518 iddiaçının arasından daha hazırlıqlı olan 348 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cİlham Əliyevin mükəmməl təhsilli, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tapşırıqlarını xatırladan nazir bu istiqamətdə hər zaman zəruri addımların atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürü olduğunu bildirib.
General-polkovnik Ramil Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək onlara öz tələb və tövsiyələrini verib.

-
Gəncədə “700 min ağac əkək” kampaniyası davam edir

Gəncə şəhərində”700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
YAP Gəncə şəhər təşkilatından “Report”a verilən məlumata görə, aksiyada Azərbaycan Respublikası Milli Məclisinin deputatları Naqif Həmzəyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər Təşkilatının idarə heyəti, Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri, ziyalılar və partiya fəalları yaxından iştirak ediblər.
YAP fəalları bayram əhval-ruhiyyəsi ilə davam edən aksiya çərçivəsində Heydər Əliyev Park Kompleksinin ərazisində 2500 ədəd şişburun xurma ağacı əkiblər. Partiya fəalları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.
Keçirilən ağacəkmə aksiyası ilə bağlı fikirlərini bölüşən YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev “700 min ağac əkək” kampaniyasının aprel ayının sonuna qədər davam edəcəyini, Gəncədə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcəyini qeyd edib.
-
Qurban Qurbanov: Rəşad Sadıqov milliyə geri qaytara bilərik

Futbol millimiz Belarusla yoldaşlıq görüşündə 0:1 hesabı ilə uduzub.
Baş məşqçi Qurban Qurbanov mətbuat konfransında aşağıdakı fikirləri bildirib:
“Oyundan razı qaldım. Rəqibin güclü müdafiə xəttinə baxmayaraq, qol epizodları yarada bildik. Bundan sonrakı oyunlarımız bundan da çətin olacaq. Yeni oyunçulardan razı qaldım. Araz Abdullayev və Elvin Yunuszadənin heyətdən kənarda qalması öz səhvlərinin nəticəsidir. Ancaq bu, elə böyük xəta deyil. Ola bilər ki, onlardan biri Antalyaya aparılsın, biri isə yox. Hotelə qayıtdıqdan sonra dəqiq qərar verəcəyəm.
Mənim bugünkü oyunda narazı qaldığım məqam nəticə və fərdi mübarizələrdə uduzmağımızdır. Rəşad Sadıqov hələ futbol oynayır. Onun yerinə futbolçu axtarmaq ifadəsi ona görə düzgün səslənmir. Amma görsək ki, müdafiədə problem yaşayırıq, onu geri qaytara bilərik”.
-
Elvin Yunuszadə millidən kənarlaşdırıldı

Müdafiəçi Elvin Yunuszadə milli komandanın heyətindən kənarlaşdırılıb.
Median.Az-ın xəbərinə görə, bu barədə AFFA-nın rəsmi saytında məlumat yerləşdirilib.
Buna səbəb kimi futbolçunun nizam-intizam qaydalarını pozması göstərilir.
Qeydə edək ki, E.Yunuszadə “Qarabağ” klubunun futbolçusudur.
-
Завтра в Азербайджане ожидаются грозы и дожди

В воскресенье в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами будет пасмурно, преимущественно без осадков.
Как сообщили oxu.az в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов, к ночи местами ожидаются слабый туман, морось.
Сильный северо-западный ветер во второй половине дня перейдет в умеренный.
Температура вохдуха в Баку и на Абшеронском полуострове ночью составит 6-9, днем – 9-11 градусов тепла.
В районах Азербайджана вечером и ночью местами ожидается дождь, возможны грозы.
Осадки местами будут интенсивными. На горных территориях прогнозируются снег, град. Утром местами туман. Порывистый западный ветер.
Ночью – 1-6, днем – 10-15 градусов тепла, в горах ночью – 2-5 градусов мороза, днем – 3-8 градусов тепла.