Month: March 2018

  • Bakıda külək su çənini avtomobilin üzərinə aşırıb – VİDEO

    Bakıda güclü külək hündürmərtəbəli binanın üstündəki su çənini aşırıb.

    Median.Az-ın Report-a xəbərinə görə, Yasamal rayonu, 586-cı məhəllə, Ə.Ələkbərov küçəsi 97D ünvanında baş verən hadisə zamanı çən binanın həyətində dayanmış avtomobilin üstünə düşüb.

    Hadisə nəticəsində həmin avtomobilə ciddi ziyan dəyib, digər avtomobillərin isə güzgüləri sınıb.

  • Очередная ничья от Мамедъярова

    Состоялся 11-й тур проходящего в Берлине турнира претендентов на шахматную корону.

    Азербайджанский гроссмейстер Шахрияр Мамедъяров сыграл вничью с представителем США Уэсли Со.

    Мамедъяров с 6,5 очками остается на второй строчке турнирной таблицы. Лидирует представитель США Фабиано Каруана с 7 очками.

  • Şəhriyar Məmmədyarov doqquzuncu dəfə heç-heçə edib

    Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Berlin şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirində 8-ci heç-heçəsini edib.

    Şahmatçı yarışın XI turunda amerikalı Uesli So ilə qarşılaşıb və tərəflər 51-ci gedişdə xalları yarı bölüblər. Rəqiblərin ilk görüşü də eyni nəticə ilə yekunlaşmışdı.

    Bu görüşdən sonra Məmmədyarov xallarının sayını 6-ya çatdırıb və lider Fabiano Karunadan (ABŞ) 0,5 xal geri qalır.

    İddiaçılar turniri, XI tur

    Uesli So (ABŞ) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0,5:0,5

    Fabiano Karuana (ABŞ) – Vladimir Kramnik (Rusiya) – 0,5:0,5

    Din Lijen (Çin) – Aleksandr Qrişuk (Rusiya)

    Levon Aronyan (Ermənistan) – Sergey Karyakin (Rusiya

    Turnir cədvəli: Karuana – 7 xal, Məmmədyarov – 6,5, Qrişuk – 5,5, Karyakin, Dinq Lijen – hərəyə 5 xal, Kramnik – 4,5, So – 4, Aronyan – 3,5.

  • Нефть стремительно дорожает

    24 марта цены на нефть на мировых рынках повысились.

    На лондонской бирже ICE нефть марки Brent подорожала на 1,54 доллара или 2,23% до 70,45 доллара за баррель.

    В ходе электронных торгов на Нью-Йоркской товарной бирже NYMEX, стоимость барреля нефти марки WTI повысилась на 1,58 доллара или 2,46% и составила 65,88 доллара.

  • Neft sürətlə bahalaşır – RƏQƏMLƏR

    Martın 24-də dünya birjalarında neftin qiyməti bahalaşıb.

    Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,58 dollar və ya 2,46% artaraq 65,88 dollar təşkil edib.

    ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,54 dollar və ya 2,23% azalaraq 70,45 dollar olub.

  • İtkin düşən alpinistin anası danışdı – VİDEO

    “Dekabrın 23-də onu evdən yola saldım. Dedim salamat get, salamat qayıt ay Namin. O da dedi ki, Quba dağlarına gedirik, tez qayıdacağam, təxminən 1-2 günə”.

    Median.Az xəbər verir ki, bu haqda Real TV-yə açıqlamasında itkin düşən alpinist Namin Bünyatovun anası Səadət Bünyatova deyib.

    O bildirib ki, dekabrın 25-dən hər gün ona zəng vursa da Namin telefona cavab vermirdi.

    “İtkin düşdüklərindən isə dekabrın 27-si xəbər tutmuşam. Aprelin 8-i Naminin ad günüdür. O günü necə yaşayacağam heç bilmirəm”, – deyə Səadət Bünyatova qeyd etdi.

    Oğlu itkin düşdükdən sonra qızının yanına sığınan ana günlərdir ki, oğlunun yolunu gözləyir.
    Namin 3 ay bundan öncə dekabrın 23-də yola çıxdığı Babur Hüseynov və Fəridə Cəbrayılzadə ilə birlikdə şahdağ zirvəsində yoxa çıxıblar. Dekabrın 26-da geri qayıtmalı olan gənclərdən 3 aydır heç bir xəbər yoxdur.

    “Gilavar” idman klubunun Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsi istiqamətində qalxan üç üzvü – 35 yaşlı Namin Bünyatov, 28 yaşlı Babur Hüseynov və 27 yaşlı Fəridə Cəbrayılzadənin axtarışlarına Fövqəladə Hallar , Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopterlər cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, 3 gənc Xınalıq kəndindən Şahdağ Milli Parkının “Xınalıq” keçid məntəqəsinə gələrək zirvə istiqamətində hərəkət edib və naməlum şəraitdə itkin düşüblər.

    Hazırda axtarışlara qoşulan alpinist, “Everest” idman klubunun baş direktoru Rusif Bağırov ərazidəki vəziyyəti Real TV-yə şərh edib.

    “Gilavar” – hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.Babur Hüseynovun polis leytenantı olduğu bildirilir. Namin Bünyatov isə bir neçə ay öncə iki nəfər həmkarı ilə bərabər “Elbrus” zirvəsini fəth edib. Fəridə Cəbrayılzadə fotoqrafdır. alpinistlərin itkin düşməsi ilə bağlı artıq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, hazırda axtarışların getdiyi ərazidə qar yağdığından və bu cür hava şəraiti işlərə maneə oldğundan, itkin düşən alpinistlərin axtarışları müvəqqəti dayandırılıb.

  • Бакинский аэропорт – лучший в СНГ

    Бакинский международный аэропорт имени Гейдара Алиева в 2018 году стал 65-ым в мировом рейтинге World Airport Awards, который британская маркетинговая компания Skytrax составляет на основе отзывов пассажиров.

    Рейтинг шестой год подряд возглавил Сингапурский международный аэропорт Чанги.

    Южнокорейский Инчхон занял второе место, поменявшись местами с аэропортом Токио Ханэда. На четвертую строчку поднялся международный аэропорт Гонконга, который в прошлом году был на пятом месте.

    При этом бакинский аэропорт возглавил список самых лучших среди всех аэропортов России и стран СНГ.

    Также Международный аэропорт Гейдар Алиев занял третье место среди лучших воздушных гаваней мира, обслуживающих более пяти миллионов пассажиров в год.

    Рейтинг Skytrax World Airport Awards является результатом изучения 13,73 млн опросных листов, которые получили пассажиры свыше 100 национальностей в 550 аэропортах по всему миру в период с августа 2017 года по февраль 2018 года. Пассажиры оценивали аэропорты по 39 критериям: от чистоты туалетов и транспортной доступности до разнообразия магазинов и дружелюбности персонала.

  • Bakı aeroportu MDB-də ən yaxşı hava limanıdır

    Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı 2018-ci ildə Britaniyanın Skytrax marketinq şirkəti tərəfindən sərnişinlər arasında apardığı sorğu nəticəsində hazırlanan World Airport Awards reytinqində 65-ci yerə layiq görülüb.

    Siyahıya ardıcıl altıncı dəfə Çanqi Sinqapur Beynəlxalq Hava Limanı başçılıq edib.

    Cənubi Koreyanın İnçhon aeroportu ikinci, Tokionun Xaneda hava limanı isə üçüncü olub.

    Eyni zamanda Heydər Əliyev Beynəlxalq Hava Limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı aerport seçilib.

    Bakı aeroportu həmçinin bir il ərzində beş milyondan çox sərnişinə xidmət göstərən hava limanları arasında üçüncü olub.

    Skytrax World Airport Awards reytinqi 2017-ci ilin avqustundan 2018-ci ilin fevralına qədər dünyanın 550 aeroportunda 13,73 milyon sərnişin arasında aparılan sorğu nəticəsində hesablanıb. Sərnişinlər hava limanlarını 39 meyar əsasında qiymətləndiriblər: sanitar qovşaqlarının təmizliyi və nəqliyyat xidmətindən tutmuş mağazaların müxtəlifliyi və personalın xoş xarici görünüşə malik olmasına qədər./oxu.az

  • Cəbhədə son vəziyyət

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 106 dəfə pozub.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Dünyanın ən bədbəxt 26 ölkəsi – SİYAHI

    İşin yoxdursa və yaşayış xərcləri artırsa, həmin ölkədə yaşamaq çətinləşir.

    İqtisadçı Arthur Okun ölkənin işsizlik və inflyasiya səviyyələrini toplayaraq “Bədbəxtlik İndeksi”ni yaratmışdır.

    Median.Az Milli.Az istinadən xəbər verir ki, bu indeksi tənqid edənlər kifayət qədərdir. Bir çox tədqiqatlar (Harvard Universitetinin bu tədqiqatı) inflasiya ilə müqayisədə işsizliyin ölkə əhalisinin xoşbəxtliyinə (və ya bədbəxtliyinə) daha çox təsir etdiyini göstərmişdir.

    ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) 2017-ci il üzrə açıqladığı məlumatlara istinadən, Moneta.az dünyanın ən bədbəxt 27 ölkəsinin siyahısını hazırlayıb. Qeyd edilən ölkələr həm işsizlik, həm də inflyasiya səviyyəsinin yüksək olması ilə mübarizə aparırlar.

    26. Yamayka
    Bədbəxtlik indeksi səviyyəsi: 15.6
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 3.4%
    İşsizlik: 12.2%
    25. Tunis
    Bədbəxtlik indeksi səviyyəsi: 17.5
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 4.5%
    İşsizlik: 13.0%
    24. Eritreya
    Bədbəxtlik indeksi səviyyəsi: 17.6
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 9.0%
    İşsizlik: 8.6%
    23. Özbəkistan
    Bədbəxtlik indeksi səviyyəsi: 17.9
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 13.0%
    İşsizlik: 4.9%
    22. Serbiya
    Bədbəxtlik indeksi səviyyəsi: 19.4
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 3.4%
    İşsizlik: 16.0%
    21. İordaniya
    Bədbəxtlik indeksi səviyyəsi: 19.8
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 3.3%
    İşsizlik: 16.5%
    20. Ermənistan
    Bədbəxtlik indeksi səviyyəsi: 20.8
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 1.9%
    İşsizlik: 18.9%
    19. Türkiyə
    Bədbəxtlik indeksi səviyyəsi: 22.1
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 10.9%
    İşsizlik: 11.2%
    18. Bosnyia və Hersoqovina
    Bədbəxtlik indeksi səviyyəsi: 22.3
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 1.8%
    İşsizlik: 20.5%
    17. Ukrayna
    Bədbəxtlik indeksi səviyyəsi: 22.6
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 12.8%
    İşsizlik: 9.5%
    16. İran
    Bədbəxtlik indeksi səviyyəsi: 22.9
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 10.5%
    İşsizlik: 12.4%
    15. Yunanıstan
    Bədbəxtlik indeksi səviyyəsi: 23.5
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 1.2%
    İşsizlik: 22.3%
    14. Qana
    Bədbəxtlik indeksi səviyyəsi: 23.7
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 11.8%
    İşsizlik: 11.9%
    13. Makedoniya
    Bədbəxtlik indeksi səviyyəsi: 23.7
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 0.3%
    İşsizlik: 23.4%
    12. İspaniya
    Bədbəxtlik indeksi səviyyəsi: 29.1
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 2.0%
    İşsizlik: 27.1%
    11. Nigeriya
    Bədbəxtlik indeksi səviyyəsi: 29.7
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 16.3%
    İşsizlik: 13.4%
    10. Surinam
    Bədbəxtlik indeksi səviyyəsi: 31.4
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 22.3%
    İşsizlik: 9.1%
    9. Lesoto
    Bədbəxtlik indeksi səviyyəsi: 32.0
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 3.9%
    İşsizlik: 28.1%
    8. Cənubi Afrika
    Bədbəxtlik indeksi səviyyəsi: 33.0
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 5.4%
    İşsizlik: 27.6%
    7. Argentina
    Bədbəxtlik indeksi səviyyəsi: 35.0
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 26.9%
    İşsizlik: 8.1%
    6. Misir
    Bədbəxtlik indeksi səviyyəsi: 35.7
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 23.5%
    İşsizlik: 12.2%
    5. Mozambik
    Bədbəxtlik indeksi səviyyəsi: 39.9
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 17.5%
    İşsizlik: 22.4%
    4. Sudan
    Bədbəxtlik indeksi səviyyəsi: 46.5
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 26.9%
    İşsizlik: 19.6%
    3. Yəmən
    Bədbəxtlik indeksi səviyyəsi: 47.0
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 20.0%
    İşsizlik: 27%
    2. Cibuti
    Bədbəxtlik indeksi səviyyəsi: 63.0
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 3.0%
    İşsizlik: 60%
    1. Suriya
    Bədbəxtlik indeksi səviyyəsi: 75.5
    İstehlakçı Qiymətləri İndeksi (CPI) inflyasiyası: 25.5%
    İşsizlik: 50.0%